Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soyutma
== Ərzaqlar == Qoyun əti - 217q, baş soğan - 30q, pomidor - 280q, xama 30q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun əti 0,1-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Kompüter soyutma sistemi
Maye soyutma sistemləri
== Ümumi məlumat == Kompüter soyutması, kompüteri təşkil edən təchizatların bütün və ya qismən ortaya çıxardığı istiliyi aradan etmə texnikalarının tətbiqi əməliyyatıdır. Bir kompüter sisteminin parçaları iş əsnasında olduqca yüksək miqdarda istilik meydana gətirməkdədir. Bu istilik yüksək nisbətdə prosessor, yonqu, ekran kartı və sabit disklər kimi vahid dövrələr tərəfindən ortaya çıxarılsa da, əslində kassa içərisindəki bütün dövrələr tərəfindən da qatqı görməkdədir. Kassa içərisindəki istilik məqbul səviyyələrə azaldılmadığı müddətcə parçaların səmərəli və təhlükəsiz işləməsi təhlükəyə girməkdədir. İndiki vaxtda olduqca kiçilmiş kompüter ölçüləri və bunun yanında irəli istehsal texnologiyası istilik meydana gəlməsini və istiliyin aradan edilməsini asanlaşdırsa da, bu əməliyyat üçün xüsusi vahidlər istifadə ediməsi məşhurdur. Bu xüsusi vahidlər içində yenə məşhur olaraq istiliyin paylandığı səthin artırılması məqsədi ilə istifadə edilən istilik yayıcıları (heat sink) və hava sirkülasyonunun yaxşılaşdırılması məqsədi ilə istifadə əksəriyyəti təşkil etməkdədirlər. Son dövrlərdə istifadəçinin idarəsinə açılan bir digər texniki isə yazılım yönümlü soyutma (softcooling) adı verilən, təchizatın performansını salaraq ortaya çıxan istiliyi birbaşa azaldılması məqsədi daşıyan fabrik çıxışlı bir üsuldur. Yenə son dövrdə kompüterlə maraqlananlar tərəfindən, daha əvvəl motorlu nəqliyyat vasitəsilərdə istifadə edilən radiator, akvarium sistemlərində istifadə edilən nasos və ümumi məqsədli maye xortumları kompüter soyutma məqsədinə həsr olaraq istifadə edilməkdədir. Bu yanaşma nəticəsində, bir çox firma bu cür sistemləri parça əsasında və ya vahid həllər şəklində çıxararaq satışa çıxarmışdır. Bu üsula məşhur olaraq "maye soyutma" adı verilməkdədir.
Güc mənbəyi və soyutma sistemləri SFX/SFX 12 V güc mənbəyi
İnternetime Dokunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. == Etirazlar == 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədi ilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
İnternetimə toxunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. == Etirazlar == 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədi ilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Cinsi oyanma
Cinsi oyanma (həmçinin cinsi həyəcan) — cinsi fəaliyyət zamanı və ya onun ərəfəsində cinsi istəyin stimullaşdırılması. Cinsi əlaqəyə hazırlıq zamanı bədəndə və ruhda bir sıra fizioloji reaksiyalar baş verir və bu proses bütün cinsi əlaqə boyu davam edir. Kişinin seksual stimullaşdırılması zamanı bədənin reaksiyası ereksiyaya səbəb olur. Qadınlarda cinsi oyanma zamanı bədənin cavabı məmə ucları, vulva, klitoral ereksiya, vaginal divarlar və vaginal yağlama kimi cinsi toxumaların fəaliyyəti olur. Zehni stimullaşdırıcılar və toxunma kimi fiziki stimullaşdırmalar və hormonların daxili dalğalanması cinsi oyanmaya təsir göstərə bilər. Cinsi oyanmanın bir neçə mərhələsi mövcuddur və zehni stimullaşmanın və onu müşayiət edən fizioloji dəyişikliklərdən başqa heç bir real cinsi fəaliyyətə səbəb olmaya da bilər. Adekvat cinsi oyanma nəzərə alınarsa, insanlarda cinsi stimullaşdırma orqazm zamanı zirvəyə çatır. Orqazm olmasa belə, insan özünün yaxşılığı üçün bunu edə bilər.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Oyunda (film, 2009)
Oyunda (rus.:"На игре") — 2009-cu ildə Aleksandr Çubaryanın "Həyat Oyunları" kitabının motivləri əsasında Pavel Sanaevin çəkdiyi rus döyuş filmi. Filmin premyerası 26 noyabr 2009-cu il tarixində baş tutub.2010-cu ilin aprelində filmin davamı olaraq "Oyunda: yeni səviyyə" filmi çəkilib. 2012-ci ilin yazında "STS" kanalında "Oyunda" və "Oyunda: yeni səviyyə" filmlərinin davamı olan 8 seriyalı "oyunçular"serialının premyerası olub. == Süjet == Film quldur avtoritetlər olan Matveyin və onun dostlarının evindəki səhnədən başlayır. Onlara gənc bir vampir oğlan müraciət edərək mühafizəçini öldürdüyünü və onlarla danışmaq istədiyini bildirir. Filmdə bir ay əvvəl baş verən hadisələrə keçid edilir. Şəhərdə Kiber idman turniri keçirilir. Turnirdə Vampir, Dok, Komar, Uzun və Yanın üzv olduğu "Grandmaster" komandası qalib gəlir. Vampirin qız dostu Rita avtomobil yarışlarında ikinci yeri tutur. Vampirin dostu Maksim döyüş oyununda qalib gəlir.
Azərbaycan incəsənəti minilliklər boyunca (film, 2014)
Azərbaycan incəsənəti minilliklər boyunca qısametrajlı sənədli televiziya filmi rejissor Elçin Qasımov tərəfindən 2014-cü ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film kökü minilliklərə gedib çıxan Azərbaycan incəsənəti, mədəniyyəti tarixini vərəqləyir. == Məzmun == Film kökü minilliklərə gedib çıxan Azərbaycan incəsənəti, mədəniyyəti tarixini vərəqləyir.
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ == Həyatı == Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Söyün Sadıqov
Sadıqov Söyün Qasımoviç (Qasım oğlu) (1960, Qardabani rayonu) — İqtisad elmləri namizədi, biznesmen, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti == Həyatı == Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. == Karyerası == 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə "AzerRos"un prezidenti seçilib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.