DOYUNCA

zərf
1. Doyana qədər. Doyunca yemək.
– Tut ağacı boyunca; Tut yemədim doyunca. (Bayatı).
[Əsgər:] Barı bir zəhmətə görə, əziyyətə görə doyunca adama çörək verə, yenə dərd yarıdır. N.Vəzirov.
…Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq.

2. məc. İstədiyi qədər, çoxlu, ürəyinin ehtiyacı rəf olunca. Doyunca gəzmək. Doyunca danışmaq.
– Qoy doyunca baxsın, etsin tamaşa; Heyrandı göz-gözə, qurban olduğum! M.P.Vaqif.
Ol qəmli gecə sabah olunca; Rahat yuxu yatdı bir doyunca. A.Səhhət.
…İlk dəfə gördüyüm bu yerlərin gözəlliklərini doyunca seyr etmək üçün tüfəngi çiynimdən çıxarmadan arxadan gedirdim. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOYUNCA tıxınca

Antonimlər (əks mənalı sözlər)

  • DOYUNCA DOYUNCA – YARIMÇIQ Doyunca, doyunca söhbət edərik (M.İbrahimov); Bu nədir, ə, sözü yarımçıq qoyub susdun?! (M
DOYUMLUQ
DOYURMA

Digər lüğətlərdə

вы́думка ге́ний геноти́п го́род-геро́й делимита́ция демобилизо́ванный меблира́шки паразити́рование переорганизо́вывать перескверня́ться пригрева́ть прице́пщик расска́зчица метафизи́чный морской лев порта́льный приуда́рить accommodative brickyard gratitude indisturbable obsequial stone's cast white horses корчевание