Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sınıqlar
Sınıqlar — mexaniki zərbə və patoloji proseslər (şişlər, osteomielitlər, vərəm) nəticəsində lüləli və yastı sümüklərin tamlığının pozulmasına sınıq deyilir. Bədənin bütün zədələnmələrinin 6–7% sınıqların törənməsi ilə müşahidə olunur. Sınıqlar daha çox (60%) əl-daraq və pəncə sümüklərində törənir. Said və baldır sümüklərinin sınığı tezliyinə görə ikinci yerdə dayanır və zədələnmişlərin 20%-də müşahidə olunur. Bədənin digər sümükləri: qabırğalar və döş sümüyü — 6%, bud sümüyü 0,9%, fəqərələr 0,5%, kürək sümüyü — 0,3% hallarda sınır. == Sınıqların təsnifatı == Sınıqlar inkişaf dövrünə, mənşəyinə, zədələndirici amilə, dəri örtüyün vəziyyətinə, sınığın xüsusiyyətinə, yerləşməsinə, törənmə mexanizminə, növünə, sayına, müştərəkliyinə, yerdəyişməsinə görə təsnif olunur. == Anadangəlmə (bətndaxili) və qazanılma sınıqlar == Bədənin inkişaf dövrünə müvafiq olaraq sınıqlar iki yerə bölünür: anadangəlmə (bətndaxili) və qazanılma. Qazanılma sınıqlar — öz mənşələrinə görə 2 qrupa bölünür: travmatik və patoloji sınıqlar. Travmatik sınıqlar — sağlam sümük toxumasında mexaniki güc təsirindən yaranırlar. Patoloji sınıqlar — sümük toxumasında ilkin yaranmış xəstəliklər: birincili və metastatik şişlər, vərəm, osteomielit, sifilis, exinokok və qeyri-parazitar sistlər, abseslər, yaxud bəzi xəstəliklərdə (Qoşe xəstəliyi, osteoparoz, qalxanabənzər ətraf vəzlərin funksional pozuntularında, hormonal preparatlarla uzunmüddətli müalicə fonunda) sümük toxumasının sərtliyinin pozulması nəticəsində törənir..
Avulsiya sınığı
Avulsiya sınığı — fiziki travma nəticəsində sümük parçasının əsas sümük hissəsindən qopması zamanı əmələ gələn sümük sınığı. Avulsiya sınığı bədəndən kənar qüvvələr (məsələn, düşmə və ya gərginlik) nəticəsində və ya sümüyünü bir arada tutan qüvvələrdən daha çox olan əzələ daralması nəticəsində vətərdə baş verə bilər. Ümumiyyətlə əzələ daralmalarına qoyulan nevroloji məhdudiyyətlər ilə əzələ avulsiyasının qarşısı alınır. Yüksək təlim keçmiş idmançılar gücün bu nevroloji maneəsinin öhdəsindən gələ bilər və bir sümüyü sındıra və ya yıxmağa qadir olan daha çox güc yarada bilər. == Növləri == === Diş avulsiyası === Dişin alveolyar sümükdəki yerindən travmatik tam yerdəyişməsi. Bu, təcili müalicənin (zədədən 20-40 dəqiqə ərzində) dişin proqnozuna təsir etdiyi ciddi bir stomatoloji təcili vəziyyətdir. === 5-ci metatarsal sümüyün apofizinin avulsiyası === Yumruğun avulsion sınığı (həmçinin yalançı Cons sınığı və ya rəqqas sınığı kimi də tanınır) beşinci metatarsal sümüyünün (ayağın xarici kənarında kiçik barmağa qədər uzanan sümük) ümumi sınığıdır.Bu sınıq plantar aponevrozun (tendon) yan zolağından qaynaqlanır. Bu sınıqların əksəriyyəti sərt dabanlı ayaqqabı və ya gips ilə müalicə olunur. Bu, ağrı keçənə və sonra xəstə normal fəaliyyətə qayıdana qədər lazımdır. Sağalma adətən 8 həftə ərzində tamamlanır.
Galeazzi sınığı
Qaleassi sınığı — mil sümüyün (radial) orta hissəsi ilə bilək arasında olan mil sümüyünün sınığı. Ön qol 2 uzun, nazik sümükdən ibarətdir: dirsək sümüyü və mil sümüyü. Bu iki sümük dirsək və biləkdə oynaqlarla bağlanır.Qaleassi sınığı italyan cərrahı Rikkardo Qaleassinin (1866-1952) şərəfinə adlandırılıb. == Simptomları == Mil sümüyünün biləklə birqə zədələnməsinin yerində yumşaq toxumaların ağrısı və şişməsi qeyd olunur. Bu zədə rentgen müayinəsi ilə təsdiqlənir. Ön qolun zədələnməsi kompartman sindromu ilə əlaqəli ola bilər. Qabaq sümüklərarası sinirin (QSS) (palmar sümüklərarası sinir) iflici də ola bilər. Sırf motor siniri olan QSS median sinirin bir qoludur. QSS-nin zədələnməsi şəhadət barmağının iflicinə səbəb ola bilər ki, bu da baş barmaq və şəhadət barmağı arasında olan əlaqə mexanizminin itirilməsi ilə nəticələnir. Galeassi sınıqları bəzən radial sinirin, əyilmə vətərlərinin və ya əzələlərin zədələnməsi səbəbindən bilək düşməsi ilə əlaqələndirilir.
Qaleassi sınığı

2.02 (Buran sinifli kosmik gəmi)
2.02 Sovetlər tərəfindən inşa edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin dördüncüsü idi. 1993-cü ildə Sovet Space Shuttle proqramı dayandırılmışdır, bu zaman 2.02 tikinti mərhələsinin hələ başlanğıc mərhələsində idi (10–20%). Natamam 2.02 sonradan istehsal binasında söküldü, bu və Moskva yaxınlığındakı Tushino Machine Buildin zavodundan çölə çıxarıldı. Shutlee 2.02-nin bəzi hissələri internetdə onlayn olaraq hərraca çıxarılaraq satılmışdır.
2.03 (Buran sinifli kosmik gəmi)
2.03 Sovetlər tərəfindən istehsal edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin beşincisi idi. 2.03, 2-ci seriyanın kosmik gəmilərindən biri idi. Beləliklə də, "2" rəqəmi ilə qeyd olunur. 1993-cü ildə Sovet kosmik gəmi proqramı dayandırılmazdan əvvəl 2.03-ün istehsalı demək olar ki, yeni başlanıldığı üçün kosmik gəminin çox az bir hissəsi hazır vəziyyətdə idi. Hazırlanan parçalar proqram dayandırıldıqdan qısa bir müddət sonra sökülmüşdür. 1995-ci ildə isə heç bir şey dəyişilməz qalmamışdı. Çox az yaşadığı üçün 2.03 şəkilləri demək olar ki, mövcud deyildir. Ancaq görünüşü demək olar ki, ikinci seriyanın kosmik gəmilərinə bənzəyir. Və ilk seriyadakı nümunələrlə də oxşar cəhətləri mövcuddur. 2.02.
2.03 (Buran sinifli kosmik gəmi))