Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Tağlı
Tağlı (Zəngilan)
Şamlı
Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslərAbbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançıYaşayış məntəqələriŞamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hüseynabad Şamlı — İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd Şamlı (tayfa) — Azərbaycanlıların soykökündə duran tafyalardan biri. Şamlı eli — Azərbaycanın soykökündə duran qurumlardan biri.
Böyük Şamlı
Böyük Şamlı-İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd.
Hüseynabad Şamlı
Hüseynabad Şamlı-İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd.
Kiçik Şamlı
Kiçik Şamlı (fars. شاملوي كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (35 ailə).
Məhəmmədcəfər Şamlı
Məhəmmədcəfər Şamlı-(?-?). XVIII yüzil tarixçisi == Həyatı == == Yaradıcılığı == Məhəmmədcəfər Şamlı öncə Nadir şah Avşarın sarayında, onun ölümündən sonra Əfqanıstanın Dürrani sülaləsindən Əhməd şah Abdalinin srayında yazıb-yaratmışdı.Onun "Mənazil-əl-futuh", "Tərifi-Mənazil-əl-futuh" adlı tarixi əsərləri var. Bu əsərlər İran, hindistan şahlarından bəhs edir. Məşhur Paniapat döyüşü bu əsərlərdə işıqlandırılır.
Sepidə Şamlı
Sepidə Şamlı- İranlı yazıçı, romançı.O, fars dilində bir neçə roman yazmışdır.2000-ci ildə onun "Eləbil bizə demişdin Leyli" adlı romanı Gülşiri mükafatına layiq görülmüşdür.
Səid Şamlı
Professor Səid Şamlı-İranın Klinik psixologiyasının təsisçisi.1929-cu ildə Məlayer şəhərində anadan olmuşdur.ABŞda təhsil alıbdır.2004-cü ildə Tehranda vəfat edib.
Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1488, Ərdəbil – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin] == Həyatı == Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı. Taclı bəyim 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşündə iştirak etmişdir.
Tatlı (Ağstafa)
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. == İqtisadiyyatı == Kəndin esas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.
Tatlı (Samux)
Tatlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Cənubi Azərbaycandan gəl­miş ailələr tərəfindən salınmışdır. Tat komponentli toponimlər həmçinin Dağıstan və Gürcüstan ərazisində də mövcuddur: Tatlar kəndi, Tatavul kəndi (Dərbənd rayonu), Tatu- şağı (Kaspi rayonu). == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1041 nəfərdir.
Tatlı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tağlı (Zəngilan)
Tağlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Şayıflı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tağlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Tağlı körpü
Qudyalçay körpüsü (digər adı Tağlı körpü) — Quba rayonu ərazisində yerləşən körpü. Keçmis mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür. XIX əsrdə Quba qəzasında 7 körpü olmuşdur. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Bu səbədən onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmışdır. Körpünün tikintisi 78.000 manata başa gəlmişdir.
Tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
İbrahim Tatlı
İbrahim Tatlısəs (türk. İbrahim Tatlıses; 1 yanvar 1952, Şanlıurfa) — ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamı. == Həyatı == İbrahim Tatlısəsin atası ərəb, anası kürddür. "Ayağında Kundura" türküsü ilə məşhurlaşan Tatlısəs günümüzə qədər qırxdan çox albom çıxarmış, bir çox filmlərdə rol almış, 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışmışdır. İ.Tatlısəs Türkiyədən başqa bir çox ölkə və regionlarda — Qafqazda, Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada, Avropada — xüsusi ilə Yunanıstan və Kosovoda tanınır. İbrahim Tatlisəs Kanal D televiziyasında yayımlanan proqramda "Özünüzü nə olaraq ifadə edərsiniz sualına" "Atam ərəb, anam kürd, mən də türkəm" deyə cavab vermişdir. 2005-ci ildəki Ərbil konsertində də eyni sözləri təkrarlamışdır. 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası almışdır. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib.
Şamlı (Ağdam)
Şamlı — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. == Tarixi == Şamlı- Ağdam rayonunda XIX əsrdə kənd adı. Suriyada (Şamda) məskunlaşmış və sonra qızılbaşlara qoşulmuş bir elin adı. Teymurləng səfəvi şeyxi Xacə Əliyə bağışlamış, o da onları Azərbaycana gətirib yerləşdirmişdir.
Şamlı (Heris)
Şamlı (fars. شاملو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedevostan dehestanında kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (69 ailə).
Şamlı (Qəbələ)
Şamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Qəbələ rayonundakı Şamlı kəndidir. "Şamlı" Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Kəndin əsasını Şamlı tayfaları qoymuşdur. Şamlı Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hücumu zamanı Türkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər.
Şamlı (Zəngilan)
Şamlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.Yerli əhalinin məlumatına əsasən kəndin əsası XIX əsrdə Şamı, Tağı və Nağı adlı qardaşlar qoymuşlar. Böyük qardaş Şamının adı ilə Şamlı adlandırılmışdır. Əslində topononim Qızılbaşların şamlı qəbiləsi ilə bağlıdır. Şamlı Teymurun 1402-ci ildə türk Bəyazid üzərində qəbələsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili ailəsi ilə əlaqədardır. Həmin ailəni Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, oda onları Azərbaycanın cənubundə yerləşdirmişdir. Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə şamlılar iştirak etmişdir. Səfəvi şahları bu tayfaya Azərbaycanda yerlər bağışlamışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur .
Şamlı (tayfa)
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. == "Şamlı" adı haqqında == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Şamlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şamlı eli
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. == "Şamlı" adı haqqında == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Əhməd Şamlı
Əhməd Şamlı (farsca: احمد شاملو; 12 dekabr 1925, Tehran – 24 iyul 2000 və ya 23 iyul 2000, Kərəc, Tehran ostanı) — A.Bamdad ədəbi təxəllüsü ilə tanınan iranlı şair, yazıçı və jurnalist. O, müasir İranın ən vacib şairlərindən biri hesab olunur. İlk şeirlərini Nima Yuşiçin təsiri altında yazmış, onun ənənələrini davam etdirmişdir. İranlı ədəbi tənqidçi Abduləli Dastgib Şamlının müasir İran poeziyasının qabaqcıllarından biri olduğunu və Nimadan sonra öz dövrünün şairlərinə ən çox təsir göstərən şair olduğunu söyləmişdir. Şamlının şeirləri mürəkkəb olsa da, təsvirləri anlaşıqlıdır. O, İran oxucularına Hafiz və Ömər Xəyyamın şeirlərindən tanış olan ənənəvi təsvirlərdən istifadə etmişdir. Şamlının şeirlərində gündəlik təsvirlərdə təcəssüm etdirilən oksimonorik elementlər abstraktlığın qeyri-reallığı, eyni zamanda da reallıq ilə vəhdət təşkil edir. İran poeziyasında görülməyən bu metod ənənəvi şeriyyat pərəstişkarlarının bəzilərini narahat etmişdir. Şamlı fransız dilindən farscaya çoxlu tərcümələr etmiş, eyni zamanda, öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Bundan əlavə, o, çox sayda pyes yazmış, İran poeziyasının önəmli klassik şairlərinin, xüsusilə də Hafizin əsərlərini redaktə etmişdir.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Takli adası
Takli adası (ing. Takli Island) — Alyaskanın cənub sahillərində yerləşən ada. Yarımadanın cənub-qərbində Şelixov boğazında yerləşir. Ada Amalik Körfəzinin girəcəyində, Kadyak-Aylend borosunun materikdən kənar ərazisində qərarlaşır. Ada Katmay Milli Parkının ərazisi ilə əhatə edir. Ada ərazisində ilk dəfə 1960-cı illərdə arxeoloji qazıntılar aparılmışdır. Adada bir sıra qədim mədəniyyətlərə aid arxeoloji abidələr vardır. İlk dəfə 1847-ci ildə Rusiya xəritələrində qeyd edilmişdir. Ada 1978-ci ildə ABŞ-də Tarixi Yerlərin Milli Reyestrinə daxil edilmişdir.
Tamil dili
Tamil Nadu əyalətinin rəsmi dili olan Tamil, ən az 2000 illik keçmişi olan köhnə bir Dravid dilidir və təxminən 65 milyon insan tərəfindən danışılır.
Tamil kinomatoqrafiyası
Tamil kinomatoqrafiyası və ya digər adı ilə Kollivud (Kollywood) — Cənubi Hindistanda yaşayan Tamil qəbilələri tərəfindən yaradılmış prodakşndır. Kollivud filmlərində adətən senqal və tamil dillərində danışılır. Bu filmləri Şri Lankada da görmək mümkündür.