Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda İslamın yayılması
Azərbaycanda islam — VII əsrdə Azərbaycan (Qafqaz Albaniyası və Atropatena ərazisi) ərəblər tərəfindən fəth edildikdən sonra burada tədricən İslam dini yayılmağa başlamışdır. == İslamın yayılması == Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634–644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə", lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları üzərində asanlıqla qazandığı qələbələrdən və əldə etdiyi zəngin qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına" fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə anlayışları əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi. Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-Sasani müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə əhali ərəb istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər.
2019-nCoV koronavirusunun yayılması
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
Ebola virusunun yayılması (2014)
Ebola virusunun yayılması — 2014-cü ilin fevral ayından etibarən Qərbi Afrika ərazilərində sürətlə yayılmağa başlamışdır. Ebola xəstəliyinə səbəb olan virus ilk dəfə Qvineya ərazisində müəyyən edilmiş və sürətlə digər Afrika ölkələrinə keçmişdir. Xəstəlik nəticəsində ən azı 12,222 nəfər dünyasını dəyişib.2014-cü ilin 20 avqust tarixinə olan hesabata görə virus nəticəsində Qvineyada 406, Liberiyada 624, Nigeriyada 5 və Syerra Leoneda isı 392 nəfər dünyasını dəyişmişdir.
Nüvə silahlarının yayılmaması haqqında müqavilə
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Nüvə silahlarının yayılması haqqında müqavilə
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Bayılma
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Vergidən yayınma
Vergidən yayınma — vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.
Tayılqa
Tayılqa - türk, altay və yakut xalq inancında və şamanizminde qurban tətbiqidir. Heyvanın boğularaq (kəsilmədən) öldürülməsiylə həyata tətbiq olunur. "Altaylılar və yakutlar (bu gün belə) qurban olaraq kəsdikləri atın dərisini uzun bir sırığa keçirib eynilə at şəklinə salaraq asarlar. Bu qurban mərasiminə "mal kagıpyat" (heyvanı göndərmə), mərasiminin edildiyi bu yerə də tayılqa deyərlər. Altaylıların Tayılqa ayin və mərasimləri Verbitski, Radloff, Katanov, Anohin tərəfindən izah edilmişdir. Verilən məlumatlara görə ən uzun sürən və Ülgen adına edilən ayin ən önemlilerindendir. Axşam günəş batanda qurban (tayılqa) üçün hazırlıqlar başlayır. Qurban yeri seçilir, sürüdən qurbanlıq heyvan axtarılar. Şaman, bir meşənin kimsəsiz bir yerində qurban üçün ən uyğun yeri şəxsən seçər. Onun təyin etdiyi bi yerde bir çadır qurular.
Yuyulma
Yuyulma (rus. размыв, ing. wash-out, erosion) – süxurların parçalanması və parçalanma materiallarının su axınları, buzlaq, külək və b. vasitəsilə daşınması prosesi.
Yaşılca
Yaşılca (lat. Callophrys) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yayım
Yayım — radio, televiziya, internet kimi hər hansı bir vasitəçi (media) vasitəsilə bir qrupa məlumat və ya proqramı ötürmək deməkdir. Yayım bir nöqtədən bir çox qəbulediciyə ötürülən və ötürülmə mühiti təkcə şəbəkə deyil, həm də radiodalğalar vasitəsi ilə yerli və ya peyk olaraq da ötürülə bilən bir ötürmə növüdür.
Yuyulma səthi
Yuyulma səthi – (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çökün¬tülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağıl¬ması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olma¬sını sübut edir.
Ayrılma (film)
Ayrılma (ing. Detachment) — Toni Key tərəfindən çəkilmiş Amerikalı əvəzedici müəllimin dağınıq və depressiv həyatı haqqında film. == Süjet == Əvəzedici müəllim Henry Barthes bir aylıq vəzifəyə çağırılır və bir çox şagirdin aşağı səviyyədə çıxış etdiyi orta məktəbdə ingilis dili dərsi keçir. İlk günündə o, tələbələrinin yazı bacarıqlarını, öldükdən sonra necə xatırlanacaqlarına inandıqları ilə bağlı inşa ilə qiymətləndirir. Bu dərs zamanı o, bir çox düşmənçilik və antaqonizm hərəkətlərini, o cümlədən bir tələbənin ona qışqırmasını və onu fiziki təhdid etməsini, həmçinin dərsdən sonra tanış olduğu şagird Merediti şifahi şəkildə təhqir edən iki tələbəni müşahidə edir. Həmin gün müəllim Sarah Madisonu təqib etdiyinə görə məktəbdən qovulan tələbənin anası onunla qarşılaşanda o, daha çox aqressivliyin şahidi olur. Dərsdən sonra Henri demensiyadan əziyyət çəkən babasını görmək üçün baxım müəssisəsinə çağırılır, çünki o, vanna otağına qapanıb və çölə çıxmır. Ziyarətdən sonra yola çıxarkən, Henri babasına lazımi qayğı göstərilmədiyinə inandığı üçün bir işçi ilə məyusluğunu bildirir. Henri avtobusla evə gedərkən gənc seks işçisi Erikanın ona pul verməkdən imtina edən bir adam tərəfindən vurulduğunu görür. Erika Henrini onunla cinsi əlaqədə olmağa inandırmağa çalışır, o isə bundan imtina edir.
Yaylım atəşi
Yaylım atəşi — hərbi ehtiram göstərilməsi üçün boş patronlarla açılan atəşdir. Xüsusi hallarda toplardan yaylım atəşi açıla bilər. Yaylım atəşi zamanı boş partonlarla 3 dəfə atəş açılır.
Rəqamsal yayım
Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası. Termin ümumiyyətlə kağız, optik disklər və VHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.
Yayla (Krım)
Yayla (ümumtürk. «yay» — «yay»; türk. yaylak — yüksək dağlıqlda yerləşən yaylaq) — Krım dağlarının meşə örtüyündən məhrum olan yayla hissəsi. Əsasən yay otlaq sahəsi kimi istifadə olunur. Ərazinin yetərincə horizontal vəziyyətdə olması diqqəti cəlb edir. Münbit torpaq örtüyünə və yay aylarında yüksək rütubətə malik olmasına görə otlaq sahəsi kimi geniş istifadə olunur. Digər dağ silsilələrindən fərqli olaraq Yayla şiş uclu deyil Dağ zirvəsi boyu asanlıqla cığırlar və hətta yol belə çəkmək mümkündür. Yaylada çobanlar bütün mövsümü asanlıqda qala bilirlər. == Etimologiyası == Yayla sözü türk mənşəlidir. Məsələn krımtat.
Yayla (dəqiqləşdirmə)
Yayla Yayla — Şəki rayonu ərazisində dağ. Hün. 3343 m. Yayla (Krım) Yayla (Gürcüstan) — Gürcüstanın Zalqa rayonunda kənd.
Yayma (qida)
== Ərzaqlar == Düyü – 67q, Süd – 100q, Ərinmiş yağ – 15q, Şəkər – 15q, Zəfəran – 0,1q, Duz. == Hazırlanma qaydası == Əvvəlcə süd eyni miqdarda su ilə qarışdırılır. Sonra südə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verildikdə üzərinə yağ əlavə edilir.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.
Yayım jurnalistikası
Yayım jurnalistikası — Köhnə metodlarla “yayımlanan” medianın əvəzinə müasir üsullar ilə translyasiya olunan qəzet və afişalar kimi xəbərlər və jurnallar sahəsidir. Yayım metodlarına radio (hava, kabel və İnternet vasitəsilə), televiziya (hava, kabel və İnternet vasitəsilə) və İnternet daxildir. Belə media şəkillər (statik və hərəkətli), vizual mətn və səslər vasitəsilə yayılır. == Təsvir etmə == Yayımlanan məqalələr “paketlər”, “oxucular”, “səsləri” (VO) və “lentdəki səs” (SOT) şəklində yazıla bilər. “Xülasə" xəbərlərin ümumi və qısa icmalı üçün düzəldilmiş bir video çarxdır və əsasən televiziyada işlədilir.Reortyor tərəfindən təqdim olunur. Səs, video,qrafika və effektlərdən istifadə olunur. "Qiraətçi" - video və ya səslə müşayiət olunmadan məqalə oxuyan şəxsə deyilir. Bəzən "ekranda rəqəmsal qrafik”-də təsvir olunur. Voice-over ya da VO, aparıcı tərəfindən təqdim edilən səsli və görüntülü yayımdır. Sound on tape ya da SOT, müsahibə səsidir.Ümumi bir müsahibəni və ya bir neçə müsahibənin önəmli hissələrini təşkil edir Radio yayım jurnalistikası üçün ilk vasitə idi.
Videooyun yayımı şirkəti
Videooyun yayımı şirkəti və ya videooyun nəşriyyatı — videooyun yayımlayan şirkətlərə verilən ad. Yayım şirkəti videooyunun yaradılışına və satışına görə məsuliyyət daşıyır. Böyük yayım şirkətləri həmçinin, onların yayımladığı oyunları yayır. Daha kiçik biriləri onlar üçün oyunu yaymaq üçün başqa şirkətlər üçün ödəyir.
Antarktikada yayılmış məməlilərin siyahısı
Bu siyahıda Antarktika ərazisində və Antarktidanın sahil zolağına daxil bölgələrdə, Hind okeanı, Atlantik okean və Sakit okeanın cənub bölgələrində yayılmış məməlilər yazılmışdır. Burada ey heyvanları qeydə alınmamışdır. Siyahıda 17 növ dəniz canlısı daxildir. Seyval (Balaenoptera borealis), Finval (Balaenoptera physalus) və Göy balina (Balaenoptera musculus) qorunan canlılar siyahısına daxildir. === Yırtıcılar dəstəsi (Carnivora) === Yarımdəstə: İtkimilər (Caniformia) Fəsilə: Əsl suitilər (Phocidae) Cins: Hydrurga Dəniz bəbiri (Hydrurga leptonyx) LC Cins: Leptonychotes Ueddell suitisi (Leptonychotes weddellii) LC Cins: Lobodon Yengəcyeyən (Lobodon carcinophaga) LC Cins: Mirounga Cənub dəniz fili (Mirounga leonina) LC Cins: Ommatophoca Adi ross suitisi (Ommatophoca rossii) LC === Balinakimilər dəstəsi (Cetacea) === Yarımdəstə: Bığlı balinalar (Mysticeti) Fəsilə: Hamar balinalar (Balaenidae) Cins: Cənub balinaları (Eubalaena) Cənub balinası (Eubalaena australis) LC Fəsilə: Balaenopteridae (Balaenopteridae) Cins: Balaenoptera Balaenoptera acutorostrata (Balaenoptera acutorostrata) LC Seyval (Balaenoptera borealis) EN Finval (Balaenoptera physalus) EN Göy balina (Balaenoptera musculus) EN Cins: Megaptera Qozbel balina (Megaptera novaeangliae) LCYarımdəstə: Dişli balinalar (Odontoceti) Fəsilə: Dəniz donuzları (Phocoenidae) Cins: Dəniz donuzu (Phocoena) Eynəkli dəniz donuzu (Phocoena dioptrica) DD Fəsilə: Ziphiidae (Ziphiidae) Cins: Berardius (Berardius) Berardius arnuxii (Berardius arnuxii) DD Cins: Butulkaburun delfinlər (Hyperoodon) Hyperoodon planifrons (Hyperoodon planifrons) LC Fəsilə: Cephalorhynchus (Delphinidae) Cins: Cephalorhynchus (Cephalorhynchus) Kommerson delfini Cephalorhynchus commersonii DD Cins: Qısabaş delfinlər (Lagenorhynchus) Lagenorhynchus cruciger Lagenorhynchus cruciger LC Cins: Orka (Orcinus) Osa Orcinus orca DD == İstinadlar == == Mənbə == "The IUCN Red List of Threatened Species". International Union for Conservation of Nature. 2010. 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 мая 2013. "Animal Diversity Web".
Azərbaycanda yayılmış balıqların siyahısı
Azərbaycanda yayılmış balıqların siyahısı — Azərbaycan ərazisində 112 növ və yarımnöv balıq müəyyən edilmişdir. İki növ endemikdir və ancaq Azərbaycan ərazisində rastlanılır (Şirvan külməsi və Soyuqbulaq külməsi). Ümumilikdə Azərbaycanda 15 dəstəyə aid balıq növləri yayılmışdır ki, bunlarında bir neçəsi ölkəyə gəlirilərək sənaye əhəmiyyətinə və digər səbəblərdən iqlimləşdirilmişdir. == Dəstə Aterinkimilər (Atheriniformes) == Fəsilə Aterinlər (Atherinidae) Cins Aterinlər (Atherina) Növ Xəzər aterini (Atherina); == Dəstə Xulkimilər (Gobiiformes) == Fəsilə Xullar (Gobiidae) Cins Xul (Neogobius) Növ Girdə xul (Neogobius melanostomus); Növ Xəzər xulu (Neogobius caspius); Növ Kürən xul (Neogobius pallasi); Növ Qumluq xulu (Neogobius fluviatilis); Cins Knipoviç xulları (Knipowitschia) Növ Qafqaz xulu (Knipowitschia caucasica); Növ İlyin xulu (Knipowitschia iljini); Növ Uzunquyruq xul (Knipowitschia longecaudata ); Cins Ponticola (Ponticola) Növ Dərinlik xulu (Ponticola bathybius); Növ Şirman xulu (Ponticola syrman); Növ İribaş xul (Ponticola gorlap); Növ Nordman xulu (Ponticola ratan); Cins Çömçəxul (Benthophilus) Növ Ber çömçəxulu (Benthophilus baeri); Növ Şəffaf çömçəxul (Benthophilus ctenolepidus); Növ Ziyilli çömçəxul (Benthophilus granulosus); Növ Qrimm çömçəxulu (Benthophilus grimmi); Növ Berq çömçəxulu (Benthophilus leobergius); Növ Nazikbaş çömçəxul (Benthophilus leptocephalus); Növ Nazikburun çömçəxul (Benthophilus leptorhynchus); Növ Xəzər çömçəxulu (Bcnthophilus macrocephalus); Növ Pinçuk çömçəxulu (Benthophilus pinchuki); Növ Rəhimov çömçəxulu (Benthophilus ragimovi); Növ Tikanlı çömçəxul (Benthophilus spinosus); Növ Ulduzlu çömçəxul (Bcnthophilus stellatus); Cins Çapar xullar (Babka) Növ Çapar xul (Babka gymnotrachelus); Cins Benthophiloides (Benthophiloides) Növ Brauner xulu (Benthophiloides brauneri); Cins Caspiosoma (Caspiosoma) Növ Kaspiosoma xulu (Caspiosoma caspium); Cins Qamçılı xullar (Mesogobius) Növ Nonultimus xulu (Mesogobius nonultimus); Cins Kütburun xullar (Proterorhinus) Növ Mərmər xul (Proterorhinus marmoratus); Növ Proterorhinus nasalis (Proterorhinus nasalis); Cins Ördəkburun çömçəxullar (Anatirostrum) Növ Ördəkburun çömçəxul (Anatirostrum profundorum); == Dəstə Nərəkimilər (Acipenseriformes) == Fəsilə Nərələr (Acipenseridae) Cins Nərə (Acipenser) Növ Sibir nərəsi (Acipenser baerii); Növ Rus nərəsi (Acipenser guldenstadtii); Növ Kələmo və ya Qaya balığı (Acipenser nudiventris); Növ Cənubi Xəzər nərəsi və ya İran nərəsi (Acipenser persicus); Növ Çökə (Acipenser ruthenus); Növ Uzunburun (Acipenser stellatus); Cins Ağ balıqlar (Huso) Növ Ağ balıq və ya Bölgə (Huso huso); == Dəstə Çəkikimilər (Cypriniformes) == Fəsilə Çəkikimilər (Cyprinidae) Cins Ağ amurlar (Ctenopharyngodon) Növ Ağ amur (Ctenopharyngodon idella); Cins Çəkilər (Cyprinus) Növ Karp, Çəki və ya Sazan (Cyprinus carpio); Cins Qara amurlar (Mylopharyngodon) Növ Qara amur (Mylopharyngodon piceus); Cins Lilbalığı (Tinca) Növ Lilbalıq (Tinca tinca); Cins Kilqranlar (Hemiculter) Növ Koreya kilqranı (Hemiculter leucisculus); Cins Kərgə (Rhodeus) Növ Adi kərgə (Rhodeus sericeus); Cins Külmə (Pseudophoxinus) Növ Şirvan külməsi (Pseudophoxinus atropatenus); Növ Soyuqbulaq külməsi (Pseudophoxinus sojuchbulagi); Cins Qalınalınlar (Hypophthalmichthys) Növ Ağ qalınalın (Hypophthalmichthys molitrix); Növ Əlvan qalınalın (Hypophthalmichthys nobilis); Cins Çapaqlar (Abramis) Növ Çapaq (Abramis brama); Cins Şəmayılar (Chalcalhurnus) Növ Adi şəmayı (Alburnus alburnus); Növ Xəzər şəmayısı (Chalcalburnus chalcoides); Növ Kür şəmayısı (Alburnus filippii); Növ Zaqafqaziya gümüşcəsi (Alburnus charusini hohenackeri); Cins Rutilus (Rutilus) Növ Adi külmə (Rutilus rutilus); Yarımnöv Xəzər külməsi (Rutilus caspicus); Növ Kütüm (növ) (Rutilus frisii); Yarımnöv Kütüm və ya Ziyad balığı (Rutilus frisii kutum); Cins Pseudorasbora (Pseudorasbora) Növ Amur enlibaşı (Pseudorasbora parva); Cins Enlibaş (Squalius) Növ Qafqaz enlibaşı (Squalius cephalus); Cins Xramulya (Capoeta) Növ Adi xramulya (Capoeta capoeta); Növ Sevan xramulyası (Capoeta sevangi); Növ Capoeta gracilis (Capoeta gracilis); Cins Qumlaqçı (Romanogobio) Növ Uzunbığlı qumlaqçı (Romanogobio ciscaucasicus); Növ Kür qumlaqçısı (Romanogobio persus); Cins Altağızlar (Chondrostoma) Növ Kür altağızı (Chondrostoma cyri); Növ Terek altağızı (Chondrostoma oxyrhynchum); Cins Qaraqaş (Acanthalburnus) Növ Adi qaraqaş (Acanthalburnus microlepis); Cins Qarasollar (Vimba) Növ Qarasol (Vimba vimba); Yarımnöv Xəzər qarasolu (Vimba vimba persa); Cins Xəşəmlər (Aspius) Növ Xəşəm (Aspius aspius); Yarımnöv Qırmızıdodaq həşəm (Aspius aspius taeniatus); Cins Ballerus (Ballerus)Növ Göy balıq (Ballerus ballerus); Növ Poru (Ballerus sapa); Cins Şirbit (Barbus) Növ Terek şirbiti (Barbus ciscaucasicus); Növ Kür şirbiti (Barbus lacerta); Cins Üstüzənlər (Leucaspius) Növ Üstüzən (Leucaspius delineatus); Yarımnöv Qafqaz üstüzəni (Leucaspius delineatus delinecatus); Cins Daban balıq (Carassius)Növ Qızılı daban balığı (Carassius carassius); Növ Gümüşü daban balıq (Carassius gibelio); Növ Qızılı balıqcıq (Carassius auratus); Cins Luciobarbus (Luciobarbus) Növ Xəzər şirbiti (Luciobarbus brachycephalus); Növ Zərdəpər (Luciobarbus capito); Növ Mursa (Luciobarbus mursa); Fəsilə Nemacheilidae (Nemacheilidae) Cins Çılpaqça (Oxynoemacheilus) Növ Kür çılpaqçası (Oxynoemacheilus brandtii ); Növ Anqor çılpaqçası (Oxynoemacheilus angorae); Növ Lənkəran çılpaqçası (Oxynoemacheilus angorae Lenkoranensis); Növ Oxynoemacheilus bergianus (Oxynoemacheilus bergianus); Növ Şimali Qafqaz çılpaqçası (Oxynoemacheilus merga); Fəsilə Çöprələr (Cobitidae) Cins İlişgən (Sabanejewia) Növ Qızılı ilişgən (Sabanejewia aurata); Növ Xəzər ilişgəni (Sabanejewia caspia); Növ Qafqaz ilişgəni (Sabanejewia caucasica); Cins Qızılüzgəclər (Scardinius) Növ Qızılüzgəc (Scardinius erythrophthalmus); Cins Qıjovçular (Alburnoides) Növ Qıjovçu (Alburuoides eichwaldi); == Dəstə Çəkidişkimilər (Cyprinodontiformes) == Fəsilə Poecilidae (Poecilidae) Cins Hambuziya (Gambusia) Növ Adi hambuziya (Gambusia affinis); == Dəstə Xanıkimilər (Perciformes) == Fəsilə Xanılar (Percidae) Cins Xanı (Perca) Növ Çay xanısı (Perca fluviatilis); Cins Sıf (Sander) Növ Adi sıf (Sander lucioperca); Növ Dəniz sıfı (Sander marinus); Növ Volqa sıfı (Sander volgensis); == Dəstə Durnabalığıkimilər (Esociformes) == Fəsilə Durnabalığılar (Esocidae) Cins Durnabalığı (Esox) Növ Adi durnabalığı (Esox lucius); == Dəstə Siyənəkkimilər (Clupeiformes) == Fəsilə Siyənəklər (Clupeidae) Cins Alosa (Alosa) Növ Qızılağac siyənəyi və ya Kür siyənəyi (Alosa curensis); Növ Dolgin siyənəyi (Alosa braschnikowi); Yarımnöv Sara siyənəyi (Alosa brashnikovi sarensis); Yarımnöv İrigöz siyənək (Alosa brashnikovi autumnalis); Yarımnöv Ağbaş siyənək (Alosa brashnikovi grimmi); Yarımnöv Aqraxan siyənəyi (Alosa brashnikovi agrachanica); Yarımnöv Həsənqulu siyənəyi (Alosa brashnikovi kisselevitchi); Növ Xəzər şişqarını (Alosa caspia caspia); Növ Qarabel siyənək (Alosa kessleri); Yarıımnöv Volqa siyənəyi (Alosa kessleri volgensis); Növ İrigöz şişqarın (Alosa saposchnikowii); Növ Aqraxan siyənəyi (Alosa sphaerocephala); Cins Kilkə (Clupeonella) Növ Ançousabənzər kilkə (Clupeonella engrauliformis); Növ Xəzər kilkəsi (Clupeonella caspia); Növ İrigöz kilkə (Clupeonella grimmi); == Dəstə Qızılbalıqkimilər (Salmoniformes) == Fəsilə Qızılbalıqlar (Salmonidae) Cins Qızılbalıq (Salmo) Növ Kumja (Salmo trutta); Növ İşxan qızılbalığı (Salmo ischchan); Növ Al-əlvan qızılxallı (Oncorhynchus mykiss); Yarımnöv Əlvan qızılxallı (Oncorhynchus mykiss irideus); Növ Xəzər qızılbalığı (Salmo ciscaucasicus); Yarımnöv Qızılxallı kumja (Salmo trutta fario); Yarımnöv Önqafqaz kumjası (Salmo trutta ciscaucasicus); Cins Ağ qızılbalıqlar (Stenodus) Növ Ağ qızılbalıq (Stenodus leucichthys); Cins Sakit okean sümüklüsü (Oncorhynchus) Növ Keta (Oncorhynchus keta); Növ Kijuç (Oncorhynchus kisutch) == Dəstə Angvilkimilər (Anguilliformes) == Fəsilə Çay ilanbalıqları (Anguilla) Cins Çay ilanbalığı (Anguilla) Növ Adi ilanbalığı (Anguilla anguilla); == Dəstə Minoqayabənzərlər (Petromyzontiformes) == Fəsilə İlanbalıqları (Petromyzontidae) Cins Xəzər minoqaları (Caspiomyzon) Növ Xəzər ilanbalığı (Caspiomyzon wagneri); == Dəstə Naxayabənzərlər (Siluriformes) == Fəsilə Naxakimilər (Siluridae) Cins Naxalar (Silurus) Növ Naqqa balığı (Silurus glanis); == Dəstə Kefalkimilər (Mugiliformes) == Fəsilə Kefallar (Mugilidae) Cins Kefal (Liza) Növ Sivriburun kefal (Liza saliens); Növ Qızılı kefal (Liza parsia); == Dəstə Əqrəbkimilər (Scorpaeniformes) == Fəsilə Tikanbalığıkimilər (Gasterosteidae) Cins Doqquztikanlı tikanbalıqları (Pungitius) Növ Cənub tikanbalığı (Pungitius platygaster); Cins Üçtikanlı tikanbalıqları (Gasterosteus) Növ Üçtikanlı tikanbalığı (Gasterosteus aculeatus); == Dəstə İynəbalığıkimilər (Syngnathiformes) == Fəsilə İynəbalıqları (Syngnathidae) Cins Adi dəniz iynəbalığı (Syngnathus) Növ Xəzər iynəbalığı (Syngnathus nigrolineatus); == Qeydlər == == Həmçinin bax == Azərbaycanın Qırmızı kitabına düşən balıqlar Xəzər dənizində yaşayan balıqların siyahısı == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966.
Azərbaycanda yayılmış kəpənəklərin siyahısı
Azərbaycanda yayılmış kəpənəklərin siyahısı — bura ölkədə yayılmış bütün gündüz kəpənəklər yayılmışdır.
Azərbaycanda yayılmış sürünənlərin siyahısı
Azərbaycanda yayılmış sürünənlərin siyahısı Azərbaycan ərazisində 3 növ Tısbağa, 29 növ və 3 yarımnöv Kərtənkələ, 30 növ ilan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Ayila Yussuf
Ayila Yussuf (4 noyabr 1984[…], Laqos) — Nigeriya futbolçusu.