Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulanıq
Bulanıq (türk. Bulanık) — Muş ilinin ilçəsi.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir.Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir.Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir. == Ümumi baxış == Klassik məntiq yalnız doğru və ya yalan olan nəticələr çıxarmağa icazə verir. Bununla belə, dəyişkən cavablı hökmlər də var.
Lubanq adası
Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada. == Coğrafiyası == Bu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. == Coğrafiya == Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo.Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. == İnzibati bölgü == Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Yabanı albalı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Yabanı alça
Yabanı alça. Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür.
Yabanı cirəgülü
Yabanı cirəgülü (lat. Pimpinella saxifraga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Yabanı gilas
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Yabanı kətan
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir. Mərakeş yabanı kətan (L.maroccana) əvvəlki növdən hündürlüyünə və uzun mahmızlarına görə fərqlənir.
Yabanı sirkən
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Yabanı xaşxaş
Yabanı xaşxaş (lat. Papaver rhoeas) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin xaşxaş cinsinə aid bitki növü.
Yabanı yerkökü
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Yabanı çiyələklər
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. == Məzmun == Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Şubanı qəsəbəsi
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Qubanın ağ alması
"Qubanın ağ alması" — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Səxavət Məmmədov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı. == Haqqında == Bu mahnı ilə bağlı da folklor araşdırıcıları arasında müxtəlif fikirlər mövcud olsa da, əsas iki mövqe hakimdir: Onların bir qisminin fikrincə "Qubanın ağ alması" misrasının heç də bu mahnının hansısa bir qubalı sənətkar tərəfindən deyilməsinə dəlalət etmir. Hər hansı bir azərbaycanlı el sənətkarı da ağ almanın Qubaya xüsusi şöhrət gətirməsi baxımından çıxış edib, onu öz deyiminə qafiyə kimi tərəf müqabili seçə bilərdi. İkinci fikirdə olanlar isə mahnının məhz Qubada dünyaya gəlməsi fikrinə tərəfdardırlar.Bəzi tədqiqatçıların fikrincə "Qubanın ağ alması" ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazılmış və ifa edilmişdir. Qeyd edilir ki, o, bu mahnını Qubaya etdiyi qastrol səfərində eşitmişdir. Başqa bir versiyaya görə isə Cahan xanıma "Qubanın ağ alması" mahnısını akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı olan qubalı qızı Reyhan xanım oxumuşdur. == Sözləri == Qubanın ağ alması I Qubanın ağ alması, Yeməyə var alması, Yarım gələnə qalıb, Yaramın sağalması.II Qubadan alma aldım, Yarıma yola saldım. Yarım gələnə kimi, Heyva kimi saraldım. Sevirəm, yar sevirəm.
Ubanq dili
Ubanq dili — Niger-Konqo dilləri ailəsinin Bendi dilləri qrupuna daxil olan dil. Təxminən 11 min nəfər bu dildə danışır. Ubanq dili öz unikal xüsusiyyətinə görə dünyanın digər dillərindən fərqlənir. Belə ki, Nigeriyada eyniadlı kənddə yaşayan bu dilin daşıyıcısı olan ubanqlı kişilər və qadınlar ayrı formada danışırlar. Düzdü, oğlan uşaqları 10 yaşına kimi qadınların danışdığı dildə danışa bilər. Buna kimsə etiraz etməyəcək; ancaq oğlan uşağının 10 yaşından sonra da qadın dilində danışmağı məqsədəuyğun deyil. Əgər bir oğlan, "kişi" dilində danışırsa deməli bu uşaq artıq yeniyetmədir. Uşaq müvafiq yaşda doğru dilə keçmirsə, hesab olunur ki, deməli onda nəsə bir "anormallıq" var. Ubanqlılar bu fərqliliklə qürur duyur və bunu Tanrının bir hədiyyəsi sayırlar. Onlar deyir ki, “Tanrı Adəm, Həvva və Ubanq xalqını yaradıb".
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). == Toponimikası == Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Kubanit
Kubanit — mineral, CuFe2S3 == Haqqında == Kubanit — rombik. Habitus uzunsov, qalın lövhəvari. Ayrılması {001} və {110} üzrə. İkiləşmə {110} və {130} üzrə dördlüklər və altılıqlar. Aqreqatı dənəvər. Rəngi bürüncü-sarı. Parıltısı metallik. Sərtliyi 3,5–4. Xüsusi çəkisi 4,16. Pirrotin və xalkopirit ilə Cu-Ni sulfid yataqlarında, kolçedan filizlərində, bəzən polimetallik damar yataqlarında rast gəlinir.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. == Mərhələləri == Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq tokemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə === Yanıq şoku === Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir;torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. === Yanıq toksemiyası === Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Yabanı qida bitkiləri
Yabanı qida bitkiləri – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. == Yayılması == Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K.S.Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır.
Kubanın Demilitarizasiyası Ordusu Medalı
Kubanın Demilitarizasiyasının Ordusunun Medalı, Birləşmiş Ştatların Müharibə Dairəsinin 11 May 1909-cu ildəki əmrləri ilə yaradılan ABŞ Ordusunun hərbi bir mükafatı idi. Medal, Birləşmiş Ştatların Kuba'nı 1906-1909 illəri arasında işğalı əsnasında xidmət edənləri tanıdı.Kubanın Demilitarizasiyasının Ordusunun Medalı'na, layiq olmaq üçün, bir xidmət üzvünün, 6 oktyabr 1906 və 1 Aprel 1909 tarixləri arasında Kubada vəzifələndirilən Birləşmiş Ştatlar işğal qüvvətində vəzifə etməsi lazım idi. Medal ayrıca, 12 Sentyabr 1906 və 1 aprel 1909 tarixləri arasında Kubada xidmət edən hərbi donanma kadrları və ya bu tarixlər arasında, bölgədə xidmət verən bir çox gəmiyə bağlı hər hansı bir gəmi kadrlarınada verilirdi.Mükafatın təqdimatı üçün hər hansı bir vaxt yoxdur və bir xidmət işçisi texniki olaraq, yalnız bir neçə gün xidmət etdiyi üçün Kuba Demilitarizasiyasının Ordusunun Medalına layiq ola bilər. Kubanın İşğalının Ordusunun Medalı olaraq bilinən bənzər bir dekorasiya, İspan-Amerikan müharibəsindən sonra Kubanın ilk işğalı əsnasında xidmət edənlər üçün də mövcud olmuşdur.
Ubangi (çay)
Ubangi (Obangui) — Mərkəzi Afrikada çay. Konqo (Zair) çayının ən böyük saö qolu. Konqo Respublikasının, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası sərhədi ilə axır. Uele və Mbomu çaylarının birləşməsindən əmələ gəlir. Ubangi çayının uzunluğu Uele çayının mənbəyindən 2300 kilometrdir. Hövzəsinin sahəsi 772,8 min kvadrat kilometrdir. Bangi şəhərindən yuxarı astanalıdır. Mənsəbindən Bangi şəhərinədək 650 kilometr uzunluğunda gəmiçiliyə yararlıdır.