Kubanit
Kubanit — mineral, CuFe2S3
== Haqqında ==
Kubanit — rombik. Habitus uzunsov, qalın lövhəvari. Ayrılması {001} və {110} üzrə. İkiləşmə {110} və {130} üzrə dördlüklər və altılıqlar. Aqreqatı dənəvər. Rəngi bürüncü-sarı. Parıltısı metallik. Sərtliyi 3,5–4. Xüsusi çəkisi 4,16. Pirrotin və xalkopirit ilə Cu-Ni sulfid yataqlarında, kolçedan filizlərində, bəzən polimetallik damar yataqlarında rast gəlinir.