Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrabenvari çökəklik
Qrabenvari çökəklik(rus. грабенообразный прогиб, ing. graben-like depression)- uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı
Çökəklik karstı-tropik karstı bir növü, qrunt suları dərində yerləşən ərazilərdə çatlı əhəng daşlarında inkişaf edir və bir-birinə yaxın yerləşmiş dik yamaclı dərin çökəkliklərin çox olması ilə səciyyələnir. Qonşu çökəkliklərin kəsişən yamacları, korroziya ilə yeyilmiş iti dişli tirələr əmələ gətirir.Kubada, Yamaykada yayılmışdır.
Amerika cökəsi
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Avropa cökəsi
Avropa cökəsi (lat. Tilia × europaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Manjuriyada cökəsi
Prilipko cökəsi
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Qafqaz cökəsi
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Sibir cökəsi
Mancuriya cökəsi
Mancuriya cökəsi (lat. Tilia mandshurica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15(20) m-dək, sıx, enli çətili ağacdır. Zoğlarısarımtıl-yaşıl, tumurcuqları sarımtıl-qonur ulduzvaridir və sadə tükcüklərlə sıx örtülmüşdür. Yarpaq saplaqları yarpaq ayasından iki dəfə qısa, tükcüklü,uzunluğu 4-5 sm-dir, güclü zoğlarda yerləşir. Meyvə verən zoğların yarpaqları yumru və ya enli yumurtavari, uzunluğu və eni 6(8)-1(12) sm, ucu biz, simmetrik, dişli, möhkəm, üstü parlaq,yaşıl, çılpaq və ya az tükcüklü, alt tərəfi ulduzvarı tükcüklü, damarcıqları 6-10 ədəd; steril zoğların yarpaqlarının uzunluğu və eni 20-30 sm-dək, dişlidir. Çiçək altlığının uzunluğu 7-9 (12) sm, eni (1,3) 1,5-2,5 (3) sm-dir, aşağı hissəsi bir az yumru, tükcüklüdür. Çiçək qrupu sallaq, 5 (10) — 12 (15) çiçəkli; çiçək saplağı ağ, ulduzvari və sadə tükcüklüdür. Çiçəklərin diametri 10–12 mm-dir.