Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəkilçi
Şəkilçi — lüğəvi mənası olmayan, sözün ayrılıqda işlənə bilməyən və kökə qoşulduqdan sonra leksik və ya qrammatik məna yaradan hissəsidir. Azərbaycan dilində, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir, lakin bəzi şəkilçilər sözün kökündən əvvələ də qoşula bilir. Məsələn: comərd, nakişi. Şəkilçilər 2 cür olur: leksik şəkilçilər və qrammatik şəkilçilər. == Leksik şəkilçilər == İkinci adı sözdüzəldici şəkilçilərdir. Azərbaycan dili qrammatikasında leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir. Bu şəkilçilər sözlərin kökünə yaxud başlanğıc formasına qoşularaq yeni mənalı söz yaradır. Yeni yaranan sözlə kök arasında məna yaxınlığı olur. Leksik şəkilçilər həm milli, həm də alınma ola bilər. Alınma leksik şəkilçilər, əsasən, isim, sifət və zərflərin yaranmasında istifadə olunur.
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet.
Şəkilli kitab
Şəkilli kitab — vizual və şifahi hekayəni birləşdirən kitab növüdür. Əsasən mətn vasitəsilə izah edilən povestlə, bunu ilk növbədə ardıcıl şəkillər vasitəsilə edən komikslərdən fərqlənirlər və əsasən uşaqlara hədəflidirlər. Şəkilli kitablardakı təsvirlər yağlı boyalar, akril, akvarel və karandaş kimi müxtəlif vasitələrdə hazırlana bilər. Şəkilli kitablar çox vaxt uşaqlara dil inkişaf etdirməyə və ya dünyanı anlamağa kömək edən pedaqoji resurslar rolunu oynayır. == Hədəf auditoriyası == Şəkilli kitablar gənc uşaqlar üçün nəzərdə tutulub. Çoxları uşağın başa düşə biləcəyi, lakin mütləq oxuya bilməyəcəyi lüğətlə yazılmışdır. Bu səbəbdən, şəkilli kitabların uşaqların həyatında iki funksiyası var: böyüklər onları əvvəlcə kiçik uşaqlara oxuyur, sonra isə oxumağı öyrənməyə başlayan kimi uşaqlar özləri oxuyurlar. == Kateqoriyalar == Şəkilli kitabları bir sıra xüsusi növləri var: Stol kitabları — kitablarla daha az diqqətli olmağa meyilli olan gənc uşaqlar üçün möhkəm kartonda çap olunmuş şəkilli kitablardır. Həm üzlük, həm də daxili səhifələr üçün kartondan istifadə olunur. Səhifələr xüsusi olaraq qatlanır və bir-birinə bağlanır.
Şəkilçi və şəkilçi... (film, 1995)
== Rollarda ==
Fərman Şəkili
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır.
Şəkili (Göyçay)
Şəkili — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Əsl adı Molla Şəkilidir. Yaşayış məntəqəsini Şəkidən köçüb gələn ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 353 nəfər əhali yaşayır.
Şəkili bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır. Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. == Simptomları == Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. == Səbəbləri == === Naməlum === Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.O, həmçinin hipotalamusun, hipofiz sapının, arxa hipofizin zədələnməsi ilə əlaqədardır və baş travması nəticəsində yarana bilər.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. == Simptomları == Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur.Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır. == Səbəbləri == === Qazanılmış === Nefrogenik şəkərsiz diabet ən çox qazanılmış formalarda olur, yəni qüsur doğuş zamanı olmur.
V şəkilli dərələr
V şəkilli dərələr- Erozion mənşəli çay dərələrinin əksəriyyəti bu tip dərələrə aiddir.Dərənin V şəkilli quruluşa malik olması birinci növbədə üfüqi eroziyanın təsiri ilə əlaqədardır.Ona görə də bu dərələrin yamacları yuyularaq bir -birindən bir qədər aralı olur.Qeyd edək ki,tektonik mənşəli dərələrin əksəriyyəti V şəkilli quruluşa malikdir.Buna misal olaraq Reyn çay dərəsinin orta hissəsini göstərmək olar.
Çəkisiz/çəkili indekslər
Hacı xan Şəkili
Hacı xan Səlim xan oğlu Şəkili (d.?-ö.?) — Kirmanşah valisi. == Həyatı == Səlim xanın ikinci oğlu Hacı xan Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası ilə bərabər İrana qaçmışdı. Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə 1837-ci ildə Şəkiyə gəlmişdi. O, burada özünü xanın varisi kimi qələmə verərək ətrafına xeyli adam toplamış və çarizm əleyhinə təbliğata başlamışdı. 1838-ci il avqustun sonlarında üsyançılar Şəki vilayətinə daxil oldular. Əhalinin əhvali-ruhiyyəsinə güvənən Ağa bəy və Məşədi Məhəmmədin dəstəsi Şəkiyə yaxınlaşdı. Komendant idarəsinin məmurları da orada idilər. İlk həmlədən üstünlüyü ələ alan üsyançılar, qala istisna olmaqla, şəhəri ələ keçirdilər.
Məhəmmədhüseyn xan Şəkili
Məhəmmədhüseyn xan Şəkili — Şirvanşahlar nəslindən olan Səfəvi sərkərdəsi. == Həyatı == Məhəmmədhüseyn xan Səfəvi dövlətində hərbi və mülki vəzifələrdə xidmət etmiş sərkərdə olmuşdur. O, Şirvan bəylərbəyiliyinin Şəki əyalətinin hakimi kimi çalışmışdır. Bu zaman Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) idi. Məhəmmədhüseyn xan Şəki hakimi I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri zamanı təyin olunmuşdur. Ata tərəfdə Şirvanşahlar nəslindən gələn Məhəmmədhüseyn xan həmçinin türk tayfalarından olan Zülqədər elinin başçısı kimi də fəaliyyət göstərmişdir. İraqda və Azərbaycanda yaşayan bu tayfanın başçısı olmuş Məhəmmədhüseyn xan ana tərəfdən bu tayfaya mənsub idi.Məhəmmədhüseyn xan Gürcüstanda 1615-ci ildə Səfəvilər əleyhinə başlamış üsyan nəticəsində öldürülmüşdür. == İstinadlar == == Mənbə == Floor, Willem; Herzig, Edmund, redaktorlarIran and the World in the Safavid Age. I.B.Tauris. 2012.
Səlim xan Şəkili
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. == Həyatı və siyasi fəaliyyəti == === Şəki xanı olmasına qədər qardaşı Məhəmmədhəsən xanla münasibətləri === Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Sahilsiz təzadlar
Sahilsiz təzadlar-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2014-cü ildə nəşr edilmiş romanı. == Ümumi məlumat == “Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və detektiv romandır. Əsərin əsas qəhrəmanları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn hadisələr əsasında qurulmuşdur. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə rənglərin əmələ gəlməsi,kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır. Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir. Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişidir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Seçimsiz seçimlər
"Seçimsiz seçimlər" — Lourens Langer tərəfindən Holokost zamanı yəhudilərin qarşılaşdıqları heç bir qalibiyyət olmayan vəziyyətləri təsvir etmək üçün istifadə edilən termin.
Doxsan səkliz
Doxsan səkkiz — say sistemində ədədlərdən biridir. Doxsan yeddidən sonra, doxsan doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Bramsı sevirsiz? (roman)
Brahmsı sevirsiz? - Fransa yazıçısı Fransuaza Saqan tərəfindən 1959-cu ildə qələmə alınmış məhəbbət romanı. Romanlarında əsasən varlı adamların şəxsi həyatlarından bəhs edən Fransuaza Saqan bu romanında yetkin qadın və gənc oğlan arasında münasibətləri ələ alır. Romanda Parisdə ona tez-tez xəyanət edən sevgilisi Rocer ilə yaşayan Paulanın ABŞ-lı müştərisinin gənc oğlu Filip ilə yaşadığı münasibətlərdən söz açılır. Paula bu gəncə aşiq olur, amma ağlı başına gələn Rocer Paulanı təzdən qazanmaq üçün mübarizəyə girişir. == Film == Fransuaza Saqanın bu romanı əsasında 1961-ci ildə Anotele Litvak tərəfindən çəkilmişdir. Fransa-ABŞ istehsalı olan bu ağ-qara filmin rollarında İnqrid Berqman, Yves Montand və Antoni Perkins oynamışdılar. Filmin musiqisini Corc Auris bəstələmişdir 1961-ci ildə film Kann Film Festivalında ən yaxşı filmə namizəd olmuş və aktyor Antoni Perkins ən yaxşı aktyor seçilmişdir.
Sahilsiz gecə (film, 1989)
== Məzmun == Ən çətin şəraitdə belə insan dözməli, ömrünü ləyaqətlə yaşamalıdır, başqalarına lazım olduğunu heç vaxt unutmamalıdır.Filmdə əsas fikir bundan ibarətdir. Burada mürəkkəb və maraqlı mövzu-insan və həyatın sərtliyi, insan və bəxtin dönüklüyü açılıb göstərilmişdir. == Film haqqında == Film yazıçı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Şahmar Ələkbərov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Nataliya Nuriyeva(Natalya Nuriyeva kimi) Montaj edəni: Nailə Dadaşova Mahnıların mətni: Fikrət Qoca Rejissor: Fərid Hümbətov Geyim rəssamı: Afət Məmmədova Qrim rəssamı: Namiq Manafov Rejissor assistenti: Rafiq Orucov Operator assistentləri : E. Zeynalov, Xaqani Hüseynov Dekorasiya üzrə rəssam: N. Mustafayev Montaj üzrə assistent: A. Budaqova İşıq ustası: Niyazi Zeynalov İşıq tənzimçisi: Əminə Cəfərova Çalır : Rafiq Babayevin idarəsi ilə İnstrumental Ansambl Filmin redaktoru: Aydın Dadaşov Filmin direktoru: Rimma Abdullayeva === Rollarda === Oğuldurdı Məmmədquliyeva — Zibeydə Mehriban Xanlarova — Zibeydə (gənc) İnarə Zeynalova — Zibeydə (uşaq) Səfurə İbrahimova — Dürdanə Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Dürdanə (gənc) Nuriyyə Əhmədova — Roza B. Hüseynova — Nisə Əbdülqəni Əliyev — Ağagül Tələt Rəhmanov — Səfər Z. Kərimova — Şəfiqə R. Hacıyev Nazim Ağayev — mahnı oxuyan Tariyel Qasımov — Dürdanənin tanışı Süleyman Əhmədov — bolşevik Larisa Xələfova — əxlaqsız qadın Fikrət Məmmədov — "Jiquli" sahibi Eldəniz Rəsulov — "Jiquli" sahibi R. Ələkbərova Nəcibə Behbudova — Ağabacı M. Vəkilova Zilli Namazov F. Hacıyev Nəmxuda Usubəliyev Gümrah Rəhimov Loğman Kərimov — faytonçu Dadaş Kazımov — Bəşir Muxtar Maniyev — İsrafil Kamil Məhərrəmov — "Qızıldiş" Təvəkkül İsmayılov — rəqs edən (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Əjdər Həmidov — sürücü (titrlərdə yoxdur) Hacı İsmayılov — İsrafil (Muxtar Maniyev) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Zibeydə (Mehriban Xanlarova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Ağagül (A. Əliyev) (titrlərdə yoxdur) Sona Mikayılova — alıcı (titrlərdə yoxdur) == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".