bare1
adj 1. çılpaq, lüt, üryan, yalın; açıq; ~ knees çılpaq dizlər; ~ feet yalın ayaqlar; ~ to the waist qurşağa qədər çılpaq; with one’s head ~ başı açıq; 2. açılmış, ifşa edilmiş; to lay ~ açmaq; açıb göstərmək, aşkara çıxartmaq, ifşa etmək; He laid bare his heart before the girl O, qəlbini qıza açdı; 3. boş; örtülməmiş, quru; ~ walls boş divarlar (şəkilsiz); ~ floor döşənməmiş döşəmə; to sleep on ~ boards quru taxta üstündə yatmaq; to light with ~ hands boş (silahsız) əllə vuruşmaq; ~ flank hərb. açıq cinah; 4. el. çılpaq, izolə edilməmiş, açıq; 5. (of) -sız. -siz, -suz, -süz; a room ~ of furniture mebelsiz otaq; ~ of thought / ideas fikirsiz, mənasız; ~ of fear qorxusuz, qorxu bilməyən; 6. sadə, çılpaq; ~ facts çılpaq faktlar / dəlillər; 7. minimal, ən az, ən kiçik; cüzi, xırda; ~ possibility / chance cüzi imkan / şans; elected by a ~ majority cüzi səsçoxluğu ilə seçilmiş;
◊ ~ weight xalis çəki; in one’s ~ skin tamamilə çılpaq / lüt, üryan
bare2
v 1. açmaq; çılpaq etmək, soyundurmaq; to ~ one’s arm for vaccination peyvənd vurdurmaq üçün qolunu açmaq; to ~ one’s head başını açmaq; to ~ one’s heart / soul ürəyini / qəlbini açmaq; 2. dağıtmaq, məhv / bərbad etmək, xaraba qoymaq; They burned the houses and bared the gardens Onlar evləri yandırdılar, bağları məhv etdilər