Sehen xan
Sehen xan — türk, monqol və altay mifologiyasında müdriklik ilahı. Müdrikliyi və öyrətməyi təmsil edir. İnsanlara nəsihət edər verər və keçmişdə yaşanan hadisələri izah edir.
(Çeç/Çes/Seh/Ses) kökündən törəmişdir. Yakutcada izah edən deməkdir. Çeçen sözü digər Türk dillərində natiq mənasını verər. Monqolcada Sehe (köhnə monqol Sekege) sözü zəka, anlayış, Çeçen/Sesen/Sise/Titen isə müdrik mənası daşıyır.