Selektiv Təftiş

təftiş edilən müəssisənin fəaliyyətinin bir tərəfini, bir hissəsini əhatə edən natamam yoxlama.
Selektiv Nəzarət
Sellinq, Selenq
OBASTAN VİKİ
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Selektiv IgA defisiti
Selektiv IgA defisiti – ən çox rast gələn I immunodefisit xəstəlikdir, istənilən yaşda xroniki residivləşən infeksiyalarla gedir, IgG və IgM normal olduğu halda, IgA azalır, autoantitellərin (xüsusi ilə RF və ANA) olmasına baxmayaraq autoimmun xəstəliklərin aşkar klinik əlamətləri yoxdur, amma sistem və orqan-spesifik autoimmun xəstəlik əmələ gəlmə riski yüksəkdir.