Semiotika
Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır:
Məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası,
Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s.
== Ədəbiyyatda semiotika ==
Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa,
eyni zamanda mətnin funksional strukturunu, yəni onun "necə işlədiyini" aşkarlamağa imkan verir.