Sentimentalizm
Sentimentalizm (fr. sentimentalisme və fr. sentiment - hiss, duyğu) — əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfə və ədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul edilir. Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır.
Sentiment - hissiyyat sözü ilk dəfə Lourens Stern "Sentimental səyahət" romanından götürülmüşdür. Dünya ədəbiyyatında sentimentalizimin ilk nümunəsini yaradan Samuel Riçardson olmuşdur.