Siesta (Van Qoq)
Siesta (fr. La méridienne dit və ya La sieste) — məşhur holland rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Parisdə, Orse muzeyində saxlanılan rəsm əsəri 1889-cu ilin dekabrı ilə 1890-cı ilin yanvarı arasında, yəni rəssam Sen-Remidə ruhi xəstəxanada qalarkən çəkilib.
Mövzu olaraq siestanı seçən Vinsent fransız rəssamı Jan-Fransua Millenin eyniadlı rəsm əsərinə istinad edir. Rəsmin sakit təbiət təsviri olmasına baxmayaraq, burada Vinsentin üslubuna məxsus bədii gərginlik də nəzərə çarpır.
Siesta Vinsentin ən məşhur rəsm əsərlərindən biri hesab edilir.