sindikalizm

is. syndicalisme m (idealist cərəyan)

simvol
sindikat
OBASTAN VİKİ
Anarxo-sindikalizm
Anarxo-sindikalizm — sindikalizmi və ya inqilabi sənaye birliyini işçilərə kapitalist iqtisadiyyatda və beləliklə, daha geniş şəkildə cəmiyyətdə idarəni ələ alma metodu kimi görən anarxist düşüncə məktəbi və siyasi fəlsəfə. Sindikalizmin son hədəfi maaş köləliyi kimi gördükləri maaş sistemini ləğv etməkdir. Buna görə də, anarxo-sindikalist nəzəriyyə ümumi olaraq işçi hərəkatına yönəlir. Anarxo-sindikalizmin təməl prinsipləri həmrəylik, birbaşa hərəkətə keçmə (siyasətçi, bürokrat və hakim kimi üçüncü tərəfin qarışmadığı hərəkətə keçmə) və birbaşa demokratiya və ya işçilərin özünüidarəetməsidir. Anarxo-sindikalistlər iqtisadi nəzəriyyələrinin proletarınöz fəaliyyətini asanlaşdırmaq və insan ehtiyaclarını ödəməyə yönəlmiş demokratik dəyərlər və istehsal ilə alternativ bir kooperativ iqtisadi sistem yaratmaq üçün bir strategiya təşkil etdiyinə inanırlar. Onlar dövlətin əsas məqsədini kapital malları şəklində özəl mülkiyyətin müdafiəsi və bu səbəbdən iqtisadi, sosial və siyasi imtiyaz kimi qiymətləndirirlər. Dövlət bu status-kvonu qoruyarkən öz vətəndaşlarının əksəriyyətini maddi müstəqillik və ondan qaynaqlanan sosial muxtariyyətdən istifadə etmək qabiliyyətini əllərindən alır. İlkin ilhamını aldığı anarxist fəlsəfəni əks etdirən anarxo-sindikalizm gücün korlandığı və etik cəhətdən əsaslandırıla bilməyən hər hansı bir iyerarxiyanın ya dağıdılmalı, ya da mərkəzləşdirilməmiş bərabərlik nəzarəti ilə əvəz olunmalı olduğu fikrinə əsaslanır. == İstinadlar == == Xarici keçidlər == A comprehensive list of Anarcho-syndicalist organisations What is revolutionary syndicalism?

Digər lüğətlərdə