Sirkəşirə
İçki adıdır. Sirkə ilə qəndin suda qarışığından hazırlanır. Məhdud areala malik bu şivə sözü mürəkkəb quruluşlu olub “sirkə” və “şirə” leksik vahidləri əsasında formalaşmışdır. Bu söz Salyan dialektində “sirkə ilə qəndin suda qarışığından hazırlanan şərbət” mənasında işlənir. (1, 362)