Natrium sitrat
== Natrium sitrat ==
Na3C6H5O7 - limon turşusunun natrium duzudur.
Mr(Na3C6H5O7)=258,06
== Alınması ==
Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər.
== Fiziki xassələri ==
Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur.
== Tətbiqi ==
Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.