SMTP
SMTP (ing. Simple Mail Transfer Protocol; sadə poçt ötürülməsi protokolu) — TCP/IP şəbəkələrində elektron poçtun ötürülməsində tətbiq olunan protokoldur.
SMTP poçtun, istifadəçidən serverlərə və serverlər arasında poçtu qəbul edən tərəfə göndərilməsində istifadə olunur. Poçtu qəbul etmək üçün poçt klienti POP3 və ya IMAP protokolu istifadə etməlidir.Məlumatı ünvana çatdırmaq üçün onu ünvanın yerləşdiyi domenin poçt serverinə göndərmək lazımdır.Bunun üçün adətən DNS sisteminin MX (tələffüz: "em iks". Mail eXchange — poçt mübadiləsi) yazısı istifadə olunur. MX olmadığı təqdirdə elə həmin məqsəd üçün A tipli yazı istifadə oluna bilər.Bəzi müasir SMTP serverləri (məsələn Exim[1]) göndərilən ünvanın domendəki poçta xidmət edən serverini müəyyənləşməsi üçün SRV- yazı (RFC 2782)maraqlandıra bilər. SMTP protokolunun geniş istifadəsi 1980-ci illərə təsadüf edir. SMTP protokolundan əvvəl, məlumatı göndərən tərəfdən məlumatın göndərildiyi ünvanın tam olaraq marşrutu və kordinatlarını və ya məlumatı göndərən və məlumatı alan kompyuterlər arasında bilavasitə ya da daimi əlaqəni tələb edən UUCP protokolu istifadə olunurdu.Sendmail, SMTP ilə işləyən məlumatın göndərilməsi üçün istifadə olunan ilkin agentlərdən biri idi. Hal-hazırda SMTP protokolu elektron poçt üçün standart hesab olunur və onu bütün klient və serverlər istifadə edir.