SNAYPER

I
сущ. снайпер:
1. стрелок, владеющий искусством меткой стрельбы, маскировки и наблюдения
2. о самом метком нападающем в футболе, хоккее и т.п. , поразившем ворота соперников больше всех
II
прил. снайперский. Snayper tüfəngi снайперская винтовка, snayper atəşı снайперский выстрел
SMETAN
SNAYPERLİK
OBASTAN VİKİ
Snayper
Snayper (ing. Sniper) - orduda xidmət keçən əsgərə verilən ad. Bu əsgərlərə Snayper tüfəngi ilə xüsusi təlim keçirilir. Snayperlər uzaq məsafədə yerləşən hədəfi vurmaq və ya kiçik ölçülü hədəfləri vurmaq üçün xüsusi ləvazimatlardan istifadə edirlər. Düşmən tərəfindən görünməmək məqsədilə snayperlər kamuflyajdan istifadə edirlər. Snayperlər 1 km məsafəyədək dəqiq atəş aça bilir. Dünyanın bir çox ölkələrində xüsusi təyinatlı birləşmələrin tərkibində snayper birlikləri mövcuddur. Ovçuluqla məşğul olan şəxslərin snayperlər tərəfindən istifadə olunan vasitələrdən istifadə etməsi geniş yayılmışdır. Snayper sözüdə ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Ovçuların nadir hallarda ovlaya bildiyi snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.
Snayper qülləsi
FNSS Snayper qülləsi — bir şəxs tərəfindən istifadə edilə bilən, bir çox fərqli nəqliyyat vasitəsi üzərinə quraşdırıla bilən, lakin əslində Zirehli Döyüş Maşınları üçün istehsal edilmiş bir qüllə sistemi. Qüllənin üstündə qoşa ağızlı 25 mm-lik M242 Bushmaster avtomat topu və 7,62 mm-lik pulemyotu mövcuddur. Qüllə bir mil üstündə saniyədə 60 dərəcə hərəkət edə biləcək formadadır. Qüllədə dörd ədəd M27 birləşdirilmiş gündüz/gecə uyğunlaşdırılmalı periskoplar mövcuddur. Bundan əlavə, qüllədə səkkiz ədəd duman buraxıcısı mövcuddur. Mərminin başlanğıc sürəti 1,100 m/s (3,610 ft/s), dəqiqədə atılan mərmi sayı 200 mərmi, effektiv mənzili 2,000 m (1.2 mil), maksimum mənzili 6,800 m (4.23 mil), nişangah sistemi əsas: Gündüz/Gecə (Görüntünü yaxınlaşdıran və ya termal) Asılı Görüntü Sistemi: 4 ədəd pereskopdur.
Snayper tüfəngi
Silah saytlarının və ekspertlərinin qiymətləndirmələrinə görə, bu gün çoxlu sayda şirkət tərəfindən müxtəlif modeldə iriçaplı güllələrdən atəş açan snayper tüfəngləri yaradılıb və müxtəlif ölkələrin ordularında silahlanmaya qəbul edilib. Amma keyfiyyət və tətbiqatı baxımından "ən yaxşı" iriçaplı snayper tüfəngləri barmaqla sayılası qədərdir. Maraqlısı odur ki, bu silahlar arasında Azərbaycanın 2009-cu ilin əvvəlində dünya bazarına çıxardığı İST 14,5 Antimaterial Rifle "İstiqlal" tüfəngi də var. İriçaplı snayperlər arasında "ən yaxşı" tüfəng seçilənlər isə aşağıdakılardır: Mechem NTW-20 (Denel NTW-20) CAR-ın "Denel" firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin kütləsi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır. NTW-14,5-in isə kütləsi 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır.
Snayper tüfəngləri

Amerikalı snayper
Amerikalı Snayper (ing. American Sniper) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Film avtobioqrafiya janrındadır. == Məzmun == Film Texasdan olan dəniz piyadası Kris Kaylın memuarları əsasında ekranlaşdırılıb. Kris İraqda snayperçi kimi xidmət etmiş və düşmən əsgərlərinin məhv edilməsi üzrə rekordçu olmuşdu. Buna görə iraqlılar ona "İblis" adı vermişdilər. Kitab döyüş təsvirlərindən başqa, həm də Krisin arvadının xatirələrindən ibarətdir. Xatirələrdə Krisin silahdaşlarına və müharibəyə olan bağlılığından danışılır.
Abbas Qasımov (snayper)
Avtomatik snayper tüfəngi
Avtomatik snayper tüfəngi – güclü gilizlərdən istifadə edən, kiçik daraqlı və gilizi daha uzaq məsafələrə atmağı bacaran avtomat növüdür. Avtomatlardan fərqli olaraq daha güclü və uzun mənzilli gilizlərdən istifadə edir. Ayrıca olaraq avtomatlardan daha uzun olurlar. Bu cür silahları daha çox şəhərlərin və ya strateji əhəmiyyətli obyektlərin, regionların, bölgələrin müdafiəsində, ön xəttin arxasında və digər müharibə meydanlarında istifadə edirlər. Bu cür silahlar ABŞ istehsalı 30-06 Springfield, Rusiya istehsalı (rus standartı) 7.62x54mmR, NATO istehsalı (NATO standartı) 7.62x51mm, İsveçrə istehsalı (İsveçrə standartı) 7.5x55mm gilizlərindən istifadə edirlər. Daraqları isə adətən 20 güllə tutur. Əvvəllər Avtomatik snayper tüfəngləri yarımavtomatik rejimdə işləyirdilərsə, hal-hazırda avtomatik snayper tüfənglərinin işləmə mexanizmi dəyişdirilərək həm yarımavtomatik, həm də tam avtomatik rejimə keçirilmişdir.
Draqunov snayper tüfəngi
Draqunov snayper tüfəngi — Draqunovun 7.62 mm-lik snayper tüfəngi. Peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Tüfəng snayperin ştat silahıdır. Qarabag müharibəsində geniş istifadə olunmuşdur. Silahdan atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bununla da həmin obyekti dəqiq nişan almaq olur. == Xarakteristikası == Atəş uzaqlığı — 1300 m., açıq nişangahla 1200 m.
Mübariz (snayper tüfəngi)
Mübariz (Snayper tüfəngi) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan snayper tüfəngi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan Mübariz snayperi ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence −2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Türkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib. Mübariz snayperi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. "İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adı ilə qəbul edilib. İST −12,7 "Mübariz" — 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. "Mübariz" uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.
Məmmədəli Abbasov (snayper)
Məmmədəli İsmət oğlu Abbasov (rus. Абасов Мамедали Исматович; 1920, Bərdə – ən geci 1990) — Böyük Vətən müharibəsi iştirakçısı, "Qızıl Ordu"nun serjantı, snayper. İkinci Dünya müharibəsi zamanı düşmənin bəzi mənbələrə görə 187, hərbi sənədlərə görə isə 199 əsgər və zabitini məhv edib. O, Böyük Vətən müharibəsinin ən məhsuldar sovet snayperləri yüzlüyünə daxil olub. Məmmədəli Abbasov 1920-ci ildə Bərdədə kəndli ailəsində anadan olub. Milliyətcə azərbaycanlıdır. Müharibədən əvvəl Bərdə rayonunun Lənbəran kəndində müəllim işləyib. 1940-cı ildə Qızıl Ordunun sıralarına qoşulub. Burada o, snayper ixtisası üzrə hazırlıq keçib. Onun snayper olmasında boyunun balaca olması da müəyyən rol oynayıb.
Yalquzaq (snayper tüfəngi)
Yalquzaq (snayper tüfəngi) MSN mühəndisləri tərəfindən yaradılmışdır. Bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub. "Yalquzaq"ın atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır. "Yalquzaq"Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. Hazırda silahın bütün hissələri yerli zavodlarda istehsal olunur, yəni "Yalquzaq" 100% yerli zavodlarda istehsal olunan NATO standartına uyğun snayper tüfəngidir. Çəkisi boş halda 7.1 kq təşkil edən "Yalquzaq" snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və dəqiqədə 10–15 atəş tezliyinə malikdir. Qeyd edək ki, snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.
Yırtıcı (snayper tüfəngi)
Yırtıcı — yarıavtomat iş prinsipinə malik 7,62×54 mm çaplı snayper tüfəngi. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən yaradılıb. "Yırtıcı" snayper tüfənginin uzunluğu 1185 mm, qundaq yığıldıqda isə 951 mm, lüləsinin uzunluğu 620 mm, effektiv atış məsafəsi 1000 metr, güllənin başlanğıc sürəti 830 metr/saniyə təşkil edir. Tüfəng 10 patron tutumuna malik daraqla dəstləşdirilir. Altı kiloqram çəkiyə malik silahın lülə qutusunun üzərində və yanlarındakı piccatini tamasaları ona taktik aksessuarlar əlavə etmək imkanı yaradır. 2017-ci ildə testləri başa çatan "Yırtıcı"nın bir sıra xarici analoqlardan fərqi onun özəl dizaynla hazırlanması, atıcı üçün tənzimlənə bilən ayaqlıq və qundaqlarından başqa, konstruktiv dəyişmədə sadəliyinin olmasıdır. Tənzimlənən qundağın atıcı üçün çiyin nahiyyəsinin dirənəcəyində geriyə təpmə zamanı zərbəni yüngülləşdirən xüsusi rezin qoruyucu qoyulub ki, bu da atıcının daha dəqiq atəş açması və bu zaman zəruri xəsarət almaması üçün böyük amildir. Lülə qutusunun üzərində bərkidilən "Pikkatini" relsi, silahın bir sıra optik, termal, infraqırmızı və s. nişangahlardan istifadəsini mümkün edir. İstehsalçının verdiyi məlumata görə isə, effektiv atəş məsafəsi 1000 metrdir.
İstiqlal (snayper tüfəngi)
İstiqlal (İST-14,5 Anti-Materiel Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub. "İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib. Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıb Hazırda "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanır Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur. Çəkisi 54 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur. Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir.
İstiqlal snayper tüfəngi

Amerikalı snayper (film, 2014)
Amerikalı Snayper (ing. American Sniper) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Film avtobioqrafiya janrındadır. == Məzmun == Film Texasdan olan dəniz piyadası Kris Kaylın memuarları əsasında ekranlaşdırılıb. Kris İraqda snayperçi kimi xidmət etmiş və düşmən əsgərlərinin məhv edilməsi üzrə rekordçu olmuşdu. Buna görə iraqlılar ona "İblis" adı vermişdilər. Kitab döyüş təsvirlərindən başqa, həm də Krisin arvadının xatirələrindən ibarətdir. Xatirələrdə Krisin silahdaşlarına və müharibəyə olan bağlılığından danışılır.
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.
Snayper 2 (film, 2002)
Snayper 2 (ing. Sniper 2) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmidir. Serjant Tom Bekket əlindən ağır zədə aldıqdan sonra vəzifəsindən çıxır. Lakin ona yenidən bir əməliyyat təklif olunur. Onun yeni əməkdaşı Koul olur. Onlar Serb generalı Balastoriyanı aradan qaldırmalıdırlar. Snayper 2 — Internet Movie Database saytında.
20 mm-lik Anzio snayper tüfəngi
Lülənin kalibri - 20 mm
Abbas Qasımov (snayperçi)

Значение слова в других словарях