Soğança

Kök + şəkilçi modeli əsasında formalaşmış bu söz Qərbi Azərbaycanın Çəmbərək, Kalinino, İrəvan, Vedi, Zəngibasar şivəsində “xörək adı” və “yağda qovrulmuş soğan” mənalarında işlənir. (11, 335) Bu söz Qazax dialektində, Bərdə, Daşkəsən, Göygöl, Tərtər, Tovuz, Gürcüstanın Borçalı şivələrində də Çəmbərək və Kalinino şivələrində ifadə etdiyi mənanı bildirir. (11, 442) Soğança sözü kök və şəkilçi modeli əsasında formalaşmışdır. “Soğan” bitki adını bildirir. Sözün sonundakı –ça şəkilçisi türk dillərində kiçiltmə mənalı isimlər düzəltməyə xidmət göstərir. Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrində soğança sözü “soğan, yağ, su, kartof və quru çörəkdən hazırlanan xörək” anlamında işlənir: -Soğança soğannan, yağdan olor. (26, 236)
Soğan turşusu
Soğut

Digər lüğətlərdə