soğanlı
soğansız
OBASTAN VİKİ
Soğanlıq
Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı. Soğanlıq Tbilisi şəhərinin yaxınlıında yerləşən, əsasən azərbaycanlıların yaşadıqları bir kəndin qədim adıdır. Kənddə 5698 nəfər yaşayır. Ondan 2836-ı qadın, 2862-i isə kişidir. Əhalisi müsəlmandır. Soğanlıq qədim tarixə malikdir. Kəndin adının türk əsilli olması güman edilir. Aleksandr Puşkinin "Ərzuruma səfər" kitabında o bu kəndin adını hallandırır. 1970-ci illərin sonunda Gürcüstan Respublikasinda aparılan addəyişmə islahatlarına görə Soğanlığın qədim adı dəyişilərək "Poniçala" (gürcü dilində çala fonunda yerləşən yer deməkdir) qoyulur. == Tarixi == 1725-1728-ci illərdə Osmanlı İmperiyası məmurları tərəfindən tərtib edilmiş "Dəftər-i müfəssəl-i əyalət-i Tiflis"-ə görə Tiflis əyalətinin Baratlı nahiyyəsində yerləşən Soğanlıq kəndində 23 ev vardır və burada 37 nəfər vergi ödəyən müsəlman yaşayırdı.Əvvəllər Tbilisi şəhərindən bir neçə kilometr aralıda yerləşən kənd, sonralar sənayeləşmə prosesi ərəfəsində bir tərəfdən Tbilisi, digər tərəfdən Rustavidə baş verən urbanizasiya nəticəsində bir çox sənaye müəssisələri ilə əhatə olunmuşdur.

Digər lüğətlərdə

аскети́чно безволо́сый дова́ливать минерализова́ться напо́тчевать неподде́льность по-де́вичьи промола́чивать прота́лина транквилиза́торный вреди́тельница выбить почву из-под ног гранито́ль ки́сточка по-бы́чьи субти́тр мазь am bitten gnar grub up seedage авангардистский деятельность хореографический