SOFİST

сущ. софист (тот, кто прибегает к софизмам для доказательства заведомо неверных мыслей, положений)
SOFİLİK
SOFİSTİKA
OBASTAN VİKİ
Sofist Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur. O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
Sofistlər məktəbi
Sofistlər məktəbi - (yun. σοφιστής- "müdrik", "bilikli", "bacarıqlı", "yaradıcı",, "ustad", "rəssam", "yaradan" ) — e. ə.V-II əsrlərdə Afinada natiqlik öyrədən müəllimlər və eyni adlı fəlsəfi cərəyan. Geniş mənada "sofist" bacarıqlı və müdrik insan deməkdir. Sofistlərin diqqət mərkəzində hüquq və siyasət, əxlaq, natiqlik sənəti məsələləri dururdu. Təxminən e.ə. V əsrin ortalarında Yunanıstanda intellektual inkişaf başladı. Bunun səbəbi Afinada demokratiyanın yüksəlməsi idi. Vətəndaşların gücünün artması, individualizmin inkişafı və praktiki problemlərin həllinə olan tələbat düşüncənin köhnəlmiş formalarına qarşı reaksiya ilə nəticələndi. Bunun nəticəsində, bəzi yunan filosofları fiziki dünyanı öyrənməyi dayandırdı və diqqətini fərdlə daha yaxın mövzulara yönəltməyə başladı.
Sofistika
Sofistika (qədim yunan dilindən – hikmət): Sofistika — qədim yunan sofistlərinin təlimi. İkinci sofistika — e.ə. I əsrdən b.e. III əsrinə qədər davam edən dövrü. Sofizm — müzakirədə sofizmlərdən istifadə.
Yeni sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
İkinci sofistika

Digər lüğətlərdə