solist
sollaşdırılma
OBASTAN VİKİ
Soliter
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Donuz soliteri
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır. == Ümumi xarakteristikası == Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur.
Öküz soliteri
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz solterinin epidemiyası Afrika, Latın Amerikası, Filippində və Şərqi Avropa ölkələrində mövcuddur. == Xarakteristika == Yetkin fərdi insanın nazik bağırsaqlarında yerləşir. Aralıq sahibinin bədəninə yumurta şəklində daxil olur, finna şəklində tərk edir. Yastı qurdlar əksəriyyəti kimi hermofroditdir. Uzunluğu 4–10 metrdir. Başcıqda 4 sormacıq vardır. Eynicinslidir. Yetkin sürfəsi qaramalın əzələsində yaşayır.
Soliterlər
Soliterlər (lat. Taeniidae) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinə aid heyvan fəsiləsi.