SOLMA

сущ. от глаг. solmaq :
1. увядание. Təbiətin solması увядание природы
2. линяние (ткани)
SOLLUQ
SOLMAQ
OBASTAN VİKİ
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Solmaz (dəqiqləşdirmə)
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.
Solmaz Eliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Solmaz Hətəmova
Solmaz Hətəmova (1950, Bakı) — aktrisa. Solmaz Hətəmova 1950-ci ildə Bakıda anadan olub. 150 saylı orta məktəbi bitirib. 13 yaşında məşhur "Sehrli xalat" filmində pioner Zərifə obrazını yaradıb. Sonradan Azərbaycan Neft Akademiyasının (AZİ) iqtisadiyyat fakultəsini bitirib. Uzun müddət Rabitə Kollecində dərs deyib və ixtisası üzrə çalışıb. Hazırda təqaüddədir. Ailəlidir, 2 oğlu, 3 nəvəsi vardır.
Solmaz Kosayeva
Kosayeva Solmaz Qorçu qızı (Aşıq Solmaz; 3 mart 1955, Qazax rayonu) — Azərbaycan aşığı, şairi, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2016). Solmaz Kosayeva 1955-ci il iyunun 3-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb. Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb. 1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norveç, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.
Solmaz Mirzəyeva
Solmaz Mirzəyeva (8 iyul 1938, Bakı – 25 yanvar 2010, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. Solmaz Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir. 1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır. Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980–1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur. İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır.
Solmaz Musayeva
Solmaz Qurban qızı Musayeva (10 aprel 1928, Bakı – 21 oktyabr 2016) — teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2007). Solmaz Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947–1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1953–1955-ci illərdə təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat etmişdir. 1965–1981-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamı kimi çalışmışdır. 1981–1987-ci illərdə isə baş rəssam kimi çalışmış, teatrın Azərbaycan və rus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan "Malçiş-Kibalçiş" (A.Qaydar), "Bu ev kimin evidir?" (S.Marşak), "Məşədi İbad" (Ü.Hacıbəyli), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Ə.Abbasov), "Cunquş" (X.Əlibəyli), "Qaravəlli" (Anar), "Meşə nağılı" (T.Mütəllibov), "Yumaq top" (F.Sadıq), "Şən ayılar" (V.Rabadan), H.X.Andersenin "Ole Lukoye və yaxud Sehrli çətirlər" (H.X.Andersen), "Cırtdan", "Sehrli nar" (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.
Solmaz Mustafayeva
•Elmi əsərlərinin sayı- 680 •Xaricdə dərc olunan əsərlərinin sayı- 525 •Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 150 •Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 35 •Elmi-pedaqoji fəaliyyəti = 2 il pedaqojı stajı - Bakı Ali Hərbi Məktəbində •Dil bilikləri = azərbaycan, rus və ingilis dilləri Mürəkkəb tərkibli xalkogenid AIIIBVI və TlBIIIC2VI yarımkeçiricilərdə relaksasiya electron proseslərinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamış və xüsusi xassələrə malik olan interkalyasiya olunmuş laylı və zəncirvari strukturaları dünyada ilk dəfə alıb və tədqiq etmişdir. Xarici amillərin (sabit və dəyişən elektrik sahəsi, elektromaqnit şüalanması, temperatur, təzyiq, rentgen şüalanması və s.) alınmış yarımkeçirici nazik təbəqə və kristallarına təsirinin fiziki qanunauyğunluqları tədqiq edilmiş və bu əsasda yeni tipli yarımkeçirici çevricilər və cihazlar ixtira edilmişdir. 1. Mustafaeva S.N., Asadov M.M. Currents of Isothermal Relaxation in GaS (Yb) Single Crystals // Solid State Communications. 1983. V. 45. № 6. P. 491 - 494. 2. Mustafaeva S.N., Abdullaev G.B. Photostimulated polarization and depolarization in metal- GaSe -metal thin film structures // Thin Solid Films.
Solmaz Məhərrəmova
Məhərrəmova Solmaz Səttar qızı (1949, Laçın) — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru. Azərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Laçın Rayon təşkilatının sədridir. 1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür. Üç monoqrafiya, 150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", habelə bu yaxınlarda nəşrə təqdim edilmiş "Qarabağın etnorafiyası" adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir.
Solmaz Orlinskaya
Solmaz Qaragen qızı Orlinskaya (əsl adı və qızlıq soyadı: Nina Qareginovna Basmaçyan; 12 (25) sentyabr 1906, Yelizavetpol – 17 iyun 1973, Kirovabad) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1955). Solmaz Orlinskaya 12 (25) sentyabr 1906-cı il sentyabrın 25-də Yelizavetpolda (hazırkı Gəncə) dünyaya gəlib. Əsl adı Nina olan aktrisasın qızlıq soyadı Basmaçyan olub. Aktrisanın atası milliyyətcə yunan olub. Onun adı bəzi proqramlarda "Nona" kimi də yazılıb. Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramında Solmaz rolununun ifasında fərqləndiyinə görə özünə bu adı səhnə təxəllüsü olaraq götürüb. Aktrisa beş sinif təhsil alıb. İlk dəfə səhnəyə 15 yaşında Gəncə Dəmiryolçular klubunun dram dərnəyində çıxan aktrisa burada, Qadınlar klubunda, 1924-cü ildə Şamaxı şəhər dram dərnəyində müxtəlif rollar oynayıb. 1924–1933-cü illərdə M. F. Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1933-cü ildə Gəncə Dövlət Dram Teatrının truppasına daxil olub və ömrünün sonuna kimi burada yaradıcılıq fəaliyyəti göstərib.
Solmaz Qurbanova
Solmaz Cəbrayıl qızı Qurbanova (13 noyabr 1939, Bakı – 4 iyun 2013, Bakı) — Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). Solmaz Qurbanova 1939-cu ildə Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S. Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir), kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır. Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda dünyasını dəyişib.
Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi (2018). Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-ci ildə farsca "İran kommunist mətbuatı mühacirətdə" (fars. مطبوعات کمونیست ایران در مهاجرت‎) mövzusunda namizədlik, 2001-ci ildə "Kominternin Şərq siyasəti və İran" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Elmi tədqiqat istiqamətləri: XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi. Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.
Solmaz bir bahar kimi (film, 1979)
Solmaz bir bahar kimi — rejissor Cahangir Həsənağanın filmi. Film Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 80 illiyinə həsr edilmişdir. 1934-cü ildə SSRİ yazıçılarının I qurultayında C.Cabbarlı da iştirak etmişdir. Filmdə biz onu Moskvada yazıçı Maksim Qorki ilə gəzən qurultay iştirakçıları arasında görürük. Bu görüşü əks etdirən xronikal lentdən ilk dəfədir ki, kinoda istifadə olunur. Sonrakı kinokadrda eynək arxasında qaynar gözlər görünür. C.Cabbarlı görkəmli kino xadimi Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod "Sevil" bədii filminin çəkilişi vaxtı lentə alınmışdır. Filmə "1905-ci ildə" dramından, "Od gəlini" pyesindən, "Sevil" tamaşasından parçalar, "Sevil" və ""Almaz" filmlərindən fraqmentlər daxil edilmişdir. Kinoda Sevil və Almaz rollarının ifaçısı, akademik İzzət Oruczadə, yazıçı Mirzə İbrahimov, aktyor Ağasadıq Gəraybəyli və başqaları C.Cabbarlı haqqında söhbət açırlar.
Solmaz İsrafilbəyli
İsrafilbəyli Solmaz Hüseyn qızı (13 mart 1928, Bakı – 11 yanvar 2024) — tibb elmləri doktoru (1974), professor (1979), əməkdar elm xadimi (1987). Solmaz Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir Solmaz İsrafilbəyli həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başladı və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bazasında "mamalıq və ginekologiya" ixtisası üzrə aspiranturaya daxil oldu. Solmaz xanım şəxsi söhbətlərində bir qayda olaraq, o dövrün görkəmli həkimlərindən və tibb alim-lərindən F. N. İlyinlə, M. K. Mahmudbəyova ilə, M. M. Hacıqasımovla, A. A. Atayevlə birgə çalışdığı və onların zəngin təcrübəsindən bəhrələndiyi haqda həvəslə danışır. Onun professor F. N. İlyinin rəhbərliyi ilə işləyib, 1960-cı ildə müdafiə etdiyi "Nisbi göstərişlər əsasında aparılan Sezar kəsiyi əməliyyatı məsələsinə dair" mövzusunda namizədlik dissertasiyasının müddəaları bütün sonrakı elmi-pedaqoji fəaliyyətinin əsas motivini təşkil etmişdir. Çünki o vaxtdan onilliklər keçsə də, bu mövzu aktuallığını itirməmişdir. Solmaz xanım bütün ömrü boyu dünyaya insan gəlişinin – doğuşun təbii yolla başa çatdırılmasının qızğın tərəfdarı olmuş, özü nümunəvi bir cərrah – mama-ginekoloq olmasına baxmayaraq, həmkarlarından Sezar kəsiyi əməliyyatına yalnız hamilə qadının və doğulacaq körpənin həyatına təhlükə ola biləcəyi hallarda əl atmağı tələb etmişdir. Solmaz İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent vəzifəsində işləmiş, 1967-ci ildə dosent vəzifəsinə seçilmişdir və 1968-ci ildə ona adı çəkilən institutun "Mamalıq və ginekologiya" kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir.
Solmaz Şirin
Solmaz Əliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Solmaz Ələsgərova
Solmaz Həbib qızı Ələsgərova (16 sentyabr 1958, Kirovabad) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Solmaz Ələsgərova 1958-ci il sentyabrın 16-da Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. .Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuşdur. 1998-ci ildə istefa edərək Azərbaycan Demokrat Partiyasına (ADP) üzv olmuşdur. Solmaz Ələsgərova ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 85 nömrəli Samux-Goranboy dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Solmaz Ələsgərova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Solmaz Ələsgərova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Solmaz Əmirli
Solmaz Əmirli (9 iyun 1948, Kürdəmir) — Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri. Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərmişdir. 1983–2003-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır. Bu illərdə Solmaz Əmirli "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olmuşdur. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici "Ünsiyyət" proqramının müəllifi və aparıcısı olmuşdur. Efirdə olduğu 17 ildə proqram geniş dinləyici auditoriyası qazanmışdı.
Solmazçiçək
Ödotu (lat. Helichrysum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Qumluq ödotu (Helichrysum arenarium (L.) Moench) Qatlı ödotu (Helichrysum plicatum DC.) Helichrysum abietifolium Humbert Helichrysum abietifolium subsp. gracilifolium (Humbert) Humbert Helichrysum abietinum O.Hoffm. Helichrysum achyroclinoides Baker Helichrysum acrophilum Bolus Helichrysum acutatum DC. Helichrysum adenocarpum DC. Helichrysum adenophorum F.Muell. Helichrysum adhaerens (Bojer ex DC.) R.Vig. & Humbert Helichrysum adscendens (Thunb.) Less. Helichrysum albanense Hilliard Helichrysum albertense Hilliard Helichrysum albilanatum Hilliard Helichrysum albirosulatum Killick Helichrysum albo-brunneum S.Moore Helichrysum album N.E.Br. Helichrysum allioides Less. Helichrysum alsinoides DC. Helichrysum alticolum Bolus Helichrysum altigenum Schltr.
Solmaz Elqızı
Solmaz Qaşqay
Solmaz Bəyim Mir Tağı qızı Qaşqay (10 iyul 1936 – 18 iyun 2011) — tarix elmlər namizədi, mixi yazılar üzrə mütəxəssis, Manna dövlətinin tarixini araşdıran beynəlxalq aləmdə tanınan alim. Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşında olarkən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta məktəb təhsilini 1944 – 1955-ci illərdə almışdır. 1955-ci ildən 1960-cı ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur. Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi. Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. Görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. O, 2011-ci ildə 18 iyunda növbəti ürəktutmasından dünyasını dəyişdi.
Solmaz Daryani
Solmaz Daryani (1989, İran) — Birləşmiş Krallıq və İranda fəaliyyət göstərən, İran azərbaycanlısı olan fotoqraf və viziul incəsənət ustası. Onun işi xüsusilə iqlim təhlükəsizliyi, iqlim dəyişikliyi, su böhranı, Yaxın əv Orta Şərqdə insan şəxsiyyəti və ətraf mühit mövzularını əhatə etməsi ilə fərqlənir. Daryani, "Qadın Fotoqraflar" və "Diversify Photo" təşkilatlarının üzvüdür. Fotoqrafiya və yazıçılıq sahəsində Urmiya gölünün qurudulması məsələsindən çox bəhs etmiş, bu barədə yazdığı kitab "FotoEvidence Fondu" tərəfindən çap edilmişdir. Onun işləri beynəlxalq jurnallar və qəzetlər, o cümlədən: "National Geographic", "L'OBS Magazine", "Foreign Policy", "Polka" və "Zenith" tərəfindən nəşr edilmişdir. 2016-cı ildə o, Sabii azlığının dini icmasına və onların cənub-qərbdə, Əhvazdakı müsəlman icması ilə qarşılıqlı əlaqəyə diqqət yetirməklə din və ətraf mühitin kəsişməsini sənədləşdirən layihə olan "Din haqqında" adlı layihənı həyata keçirmişdir. Onun bu layihəsi "Magnum Foundation Photography in Collaboration" qrantını almışdı. Daryani Tehranda İslami Azad Universitetində kompüter elmləri üzrə təhsil almış, proqram təminatı mühəndisliyi ixitsası üzrə magistr dərəcəsi yiyələnmişdir. O aviasiya fotoqrafiyasına olan marağına görə 2012-ci ildən həvəskar fotoqraf kimi fəaliyyətinə başlamışdır. Solmaz Dəryani 2014-cü ildən bəri Yaxın Şərqin ən böyük ekoloji fəlakətlərindən biri olan Urmiya gölünün quruması və onun ətraf mühitə vurduğu zərərlər, həmçinin bəşəriyyətə təsirini vurğulayan əsərlər yaratmağa başlayıb.

Значение слова в других словарях