Solo-veksel

Sola bill Üzərində veksel məbləğinin ödə nişinə öhdəlik daşıyan yalnız bir şəxsin imzası olan sadə veksel.
Skripofiliya
Son instansiya (məqam) kreditoru
OBASTAN VİKİ
Veksel
Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar.
Solo
Solo (it. solo - "bir") - bir nəfərin səsli və ya musiqi aləti ilə bütöv bir musiqi əsərini və ya onun aparıcı tematik hissəsinin ifa etməsi. Belə bir solo partiyanın ifaçısı solist adlanır. “Solo” anlayışı rəqs sənətinə də aiddir: məsələn, “baletdə solo”. Rok musiqisində "solo" termini mahnının əsas motivini inkişaf etdirən gitara körpüsü deməkdir. Çox vaxt solo mahnının ortasına və ya sonuna doğru daxil edilir. Hevi-metalda sololar uzun olur və bir-iki dəqiqədən beş və hətta altı dəqiqəyə qədər davam edə bilər (Deep Purple -ın " Child in Time" mahnısında olduğu kimi). Alternativ rokda tez-tez qısa sololara, bəzən yalnız bir neçə bar uzunluğuna rast gəlmək olar.
Veksel uçotu
Veksel uçotu — vekselin ödəniş tarixindən əvvəl alınması üçün veksel sahibi tərəfindən banka köçürülməsi. Bir vekselin uçotu üçün bank, veksel məbləğinin yüzdə bir hissəsi kimi bir haqq alır. Bu faizə endirim dərəcəsi və ya endirim faizi və ya endirim deyilir. Başqa sözlə, bir vekselin mühasibat uçotu, bank tərəfindən vekselin altındakı bir qiymətə diskontla bir faktura almasıdır. Diskont dərəcəsinin ölçüsü fakturanın keyfiyyətinə və ödəmə müddətinə bağlıdır və bank sahibi ilə bank arasındakı müqavilədə müəyyən edilir. Endirim dərəcəsinin ölçüsünə bankın verdiyi kredit faiz dərəcəsi təsir göstərir. Sabit borc məbləği göstərildiyi veksellər üçün faiz hesablanmadan endirim dəyəri düsturla müəyyən edilir: D = B ⋅ T ⋅ I 100 ⋅ 360 {\displaystyle D={\frac {B\cdot T\cdot I}{100\cdot 360}}} , burada D {\displaystyle D} - diskont məbləği; B {\displaystyle B} - veksel; T {\displaystyle T} - vekselin ödəmə tarixindən əvvəlki günlərin sayı; I {\displaystyle I} - bank endirim dərəcəsi. Banklar, ödəmə qabiliyyəti şübhə doğurmayan nüfuzlu firmaların öhdəliklərini ehtiva edən vekselləri, birinci dərəcəli vekselləri nəzərə alır. Bir banknota böyük bank zəmanət verirsə, o zaman bank zəmanəti olmayan (bank avalı) ticarət və ya sənaye firmalarından daha aşağı faizlə uçota alınır. Kiçik və maliyyə baxımından zəif firmaların öhdəlikləri olan dövriyyə vərəqələri banklar tərəfindən mühasibat uçotu üçün qəbul edilmir və ya adi, çox şişirdilmiş faiz dərəcələrindən fərqli olaraq uçota alınır.
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. == Qəbulu == Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır. "World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Hop Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Houp Solo

Solo Türk
SoloTürk və ya Solo Türk, adətən SOLOTÜRK deyə üslublaşdırılıb — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında həyata keçirilmiş və qrupun ilk ictimai uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti komandanın özünə xasdır. Komanda xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 30TM" təyyarəsindən istifadə edir. Təyyarələr aviaşoularla yanaşı real döyüş əməliyyatlarında da iştirak edə biləcək vəziyyətdədir. Üç pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və nəqliyyat təyyarəsi kimi "CASA CN-235M-100" istifadə olunur. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür. == Tarixi == Təktəyyarəli aerobatika komandasının yaradılması üzərində işlər 25 noyabr 2009-cu ildə başlamışdır. Hərbi Hava Qüvvələri Komandanlığı personalı tərəfindən göndərilən təxminən 300 ad təklifi arasından "SOLOTÜRK" adı seçilmişdir.
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. == F-16 Solo Display Team == Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. == AH-64D Apache Solo Display Team == Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Han Solo: Ulduz müharibələri. Hekayələr
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)

Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)
== Məlumat ==