spektrometrik
spektropolyarimetr
OBASTAN VİKİ
Mass-spektrometriya
Mass-spektrometriya - maddələrin ionlaşmış hissəciklərinin kütləyə görə xüsusi analizatorlarda ayrılmasına əsaslanan fiziki analiz növü. Mass-spektrometriya kütlə spektrlərini, atomların kütlə ədədlərini dəqiqləşdirməyə, yeni izotoplar aşkar etməyə, müxtəlif obyektlərdə izotopların yayılmasını müəyyən etməyə imkan verir. Kütlələrin spektrini qeydə almaq sistemindən asılı olaraq üsul mass-spektroskopiya (işıqlanan ekranda kütlələrin bütün spektrinin alınması) və ya mass-spektroqrafiya (fotoplastinkadan istifadə etdikdə) adlanır. Mass-spektrometriya yeni izotopların identifikasiyası üçün əlverişli üsuldur. Geologiyada süxur, mineral, filiz, sularda element izotoplarının yayılmasının anomal nisbətlərinin tədqiqinin bütün hallarında mass-spektrometriya izotop tədqiqatlarının əsas üsulu kimi istifadə edilir. İzotop tərkibinin variyasiyaları nümunədə radiogen izotopun yığılması, ya da müxtəlif geoloji proseslərinin təsiri, temperatur fərqləri, genezis və b. faktorlarla bağlıdır. Mass-spektrometriya (mass-spektroskopiya, mass-spektroqrafiya, mass-spektrometrik tədqiqat, analiz və.s) ionlaşma zamanı əmələ gələn təcrübə komponentlərinin marağını əks etdirən ionların kütlələrinin enerjiyə olan nisbətini təyin etməyə əsaslanan maddələrin tədqiqat metodudur. Maddənin keyfiyyət identifikasiyasının güclü üsullarından biri olub, kəmiyyəti təyin etməyə də imkan verir. Demək olar ki, mass-spektrometriya — təcrübədə olan molekulun "tərəzidə çəkilməsidir." Bütün mass-spektrometrlər – vakum cihazlarıdır, bir halda ki, ionlar yad molekulların iştirakı zamanı ionlar qeyri-sabitdirlər.

Digər lüğətlərdə

зил коро́ткий наказа́ние оре́шниковый орнамента́льный ослёнок самое́дский третьеразря́дница дерю́жный есть когда! закостене́лый модернизи́рование подкрепля́ться упра́виться щипко́м categoricalness em-rule lallation pithecanthrope semidiurnal shot-up weatherworn zinked исторгнуть мазня