Spekulyasiya

bu və ya digər qiymətlilərin, xüsusilə də qiymətli kağızların gələcəkdə qiymət artımı nəticəsində ticarət mənfəətinin əldə edilməsi məqsədilə alqı-satqısı.
Sövdələşmənin Şifahi Forması
Spesifikasiya
OBASTAN VİKİ
Spekulyasiya
Spekulyasiya (lat. specio sözündən) — iz ilə gedib tapma, izinə düşmə, baxıb tapmaq , aşağıdakı mənaları ifadə edə bilər: İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. İqtisadi ədəbiyyatlarda tez-tez spekulyasiya və investisiyanı bir-birindən fərqləndirmək cəhdlərinə rast gəlirik Ümum humanitar xarakterli, fəlsəfi, həmçinin ümum elmi ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir. Məcazi mənada isə – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək (məsələn siyasi çətinliklər üzərində spekulyasiya etmək). Spekulyant — nəyisə şəxsi istifadə və istehlak məqsədilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədilə alan şəxs. Alış və satış qiymətləri arasındakı fərq nəticəsində gəlir (və ya zərər) əldə etmək. Bu zaman spekulyasiya obyektinə dair hər-hansı bir tədbirlərin görülməsi nəzərdə tutulmur. Qiymət fərqləri müxtəlif bazarlarda eyni anda (məkan arbitrajı) və ya eyni bir bazarda müxtəlif zamanlarda (zaman arbitrajı) yarana bilər. Səhm, istiqraz, xammal, valyuta, kolleksiya predmetləri, daşınmaz əmlak, törəmə qiymətli kağızların, həmçinin digər dəyərlərin onların qiymət fərqindən yaranan dəyişiklik sayəsində mənfəət qazanmaq məqsədilə alqı-satqısı; Eyni obyektlərin şəxsi, istehsal məqsədləri, həmçinin digər üsullarla gəlir əldə edilməsi (məsələn dividentlər qazanmaq və ya qərarların qəbul edilməsində öz mövqeyini qorumaq mexanizmindən istifadə, insayder maraqları və s), həmçinin qiymət sirklərini hec (hedge) edilməsi, risklərin diversifikasiyası və faiz arbitrajı əməliyyatları məqsədilə alınması spekulyasiya hesab edilmir.
Domen adı spekulyasiyası
Domen adı spekulyasiyası (ing. domaining)— İnternet domen adlarının sonradan mənfəət məqsədi ilə yenidən satışa çıxarılması üçün müəyyən etmək, qeydiyyata almaq və əldə etmək üsuludur. Bu trafik növünə aid ola biləcək sözləri əhatə edən domen adları haqqında fikir yürütmək adi haldır. Buna görə də, «poker» (poker), «insurance» (sığorta), «travel» (səyahət), «creditcards» (kredit kartları), «sex» və digərləri kimi ümumi sözlər və ifadələr istənilən yüksək səviyyəli domendə spekulyasiya üçün cəlbedici hədəflərdir. Domen adının spekulyativ xüsusiyyətləri xəbərlər və ya cari hadisələrlə əlaqəli ola bilər. Həmçinin, bu cür imkanların aktual olduğu effektiv dövr məhdud ola bilər. Domen satışında sürətli dönüş çox vaxt domen dempinqi adlanır.