Protokol spoofing
Protokol spoofing məlumat rabitəsində istifadə olunan protokolların performansı aşağı düşərsə, məsələn uzun gecikmələr baş verdikdə istifadə olunur.
Note: Kompüter təhlükəsizliyində, spoofing hər hansı dataların müxtəlif üsullarla dəyişdirilməsidir . Həmçinin baxın: Spoofing Hücumu
Protokol spoofingin çox tətbiqetmələrində, modem və ya router kimi rabitə cihazları başqa uzaq yerdə yerləşən istifadəçiyə məlumat göndərərkən, lokal şəbəkənin istifadə qabiliyyəti aşağı düşməməsi üçün lokal şəbəkədəki cihaza məlumatın göndərildiyi mesajını yönləndirir və rabitə xətlərinin boş qalmasını təmin edir.
Xəta düzəltmə və fayl göndərilməsi protokolları, paketlərin checksum və ya CRC məlumatlarını sayaraq nəticəni paketin sonunda göndərməklə çalışır. Qəbuledici tərəf isə sayıları tərkrar toplayaraq, uzaq cihaz tərəfindən göndərilən məlumatlarla qarşılaşdırır. Əgər hər iki tərəfdə paketin doğru göndərilməsi baş qərarlaşdırılarsa, qəbuledici müsbət bildiriş (ACK) göndərir ki, bu da qəbuledicinin növbəti paketi qəbul etmə üçün hazır olmasını bildirir.
ACK bildirişinin məlumatı göndərənə geri bildirməsi telefon xətlərinin funksiyası olmaqla yanaşı, bildirişin göndərilmə müddəti saniyənin 1/10 hissəsinə bərabərdir. Kiçik paketlərdən istifadə edən protokollar üçün bu gecikmə paketin göndərilməsi üçün istifadə edilən zamandan böyük ola bilər. Məsələn, UUCP "g" protoklu və Kermit 64 bayt paketlər istifadə edirlər, hansıki 9600 bit/saniyə xətdə göndərmə saniyənin 1/20 hissəsinə bərabər olur. XModem isə 128 bayt paketlərdən istifadə edir və bu halda göndərmə saniyənin 1/10 hissəsinə bərabər olur.