SPOR TOZCUĞU ANALİZİ

müxtəlif çöküntülərdə bitki tozcuğu və sporlarının paylanması qanunauyğunluqlarının öyrənilməsi. спорово-пыльцевой анализ spores and pollen analysis
SPELEOLOGİYA
SPREDİNQ
OBASTAN VİKİ
NTV Spor
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
TRT Spor
TRT Spor — TRT tərəfindən yaradılan idman kanalıdır. 2010-cu ildə TRT 3-ün bağlanması planlaşdırılırdı və bu kanal TRT Spor ilə əvəzləndi, lakin TRT-nin 3-cü kanalının televiziya verilişləri səbəbiylə başqa bir kanala ehtiyac yarandı. İtaliya Kuboku Qadınlar Basketbol Super Liqası Əfəler Liqi Dünya Kuboku Yay Olimpiya Oyunları 8 dekabr 2014-cü ildə yayımına başlayan TRT Spor HD, TRT Spor və TRT 3-Spor kanalları HD görüntü keyfiyyəti ilə eyni vaxtda yayımlanır. Türksat 3A 11054 V 30000 3/4 frekans, Eutelsat 7A 10762 V 30000 5/6 frekans, D-Smart 86-cı kanal, Digiturk 86-cı kanal, Filbox 74-cü kanal, CableTV 222-ci kanal və Tivibu 93-cü kanal, Turkcell TV + 70-ci kanaldan izləmək mümkündür.
Dispersiya analizi
Dispersiya analizi bir və ya bir neçə asılı göstəricilər ilə bir və ya bir neçə asılı olmayan parametrlər arasında münasibətin analizinə xidmət edir. Bu yoxlama üsulu prosesin giriş parametri və çıxış göstəriciləri arasında mövcud olan asılılığın aşkar edilməsi üçün zəmin yaradır. Ona riyazi statistikada çox vaxt struktur yoxlanması da deyilir. Dispersiya analizi eksperimentlərin planlanmasının əsası sayılır. Dispersiya analizi təsadüfi metrik dəyişənlərin müxtəlif qruplardakı (həmçinin siniflərdə) riyazi gözləməsinin fərqlənməsini yoxlayır. Yoxlama üsulu ilə qruplar arasında yaranan dispersiya ilə qrup daxili dispersiya arasındakı fərqin böyük olub-olmaması dəqiqləşdirilir. Bunun sayəsində qrupların bölünməsinin əhəmiyyətli və ya əhəmiyyətsiz olmasını görmək olur. Əgər qruplar arasındakı fərq böyük olarsa, onda ehtimal olunur ki, onlara müxtəlif qanunauyğunluqlar təsir edir. Digər tərəfdən nəzarət qrupunun eksperiment qrupu ilə identik olması aydınlaşdırılır. Dispersiya analizinin növü faktorların sayı ilə müəyyən edilir.
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılması Analiz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; == Şirkət səviyyəsində analiz == Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir. Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. == Üsullar == Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə, bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisə Maliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Radiokarbon analizi
Radiokarbon tarixləndirmə - (həmçinin karbonla tarixləndirmə və ya C14 təyini də deyilir) karbonun radioaktiv izotopu olan radiokarbonun xüsusiyyətlərindən istifadə etməklə tərkibində üzvi material olan obyektin yaşını təyin etmək üçün bir üsuldur. 1939-cu ildə Berklidəki Radiasiya Laboratoriyasında Martin Kamen və Samuel Ruben, üzvi maddələr üçün ortaq olan elementlərdən hər hansısa birinin biotibbi tədqiqatlarda əhəmiyyətli olacaq qədər uzun ömrü olan izotoplara malik olub-olmadığını müəyyən etmək üçün təcrübələr həyata keçirmişlər. Onlar bu istiqamətdə C14 sintezində laboratoriyanın siklotron sürətləndiricisini istifadə edərək atomun yarı ömrünün əvvəllər düşünüldüyündən çox daha uzun olduğunu kəşf etmişlər. Bunun ardınca o zaman Filadelfiyadakı Franklin İnstitutunda işləyən Serj A. Korffun termik neytronların N14 ilə qarşılıqlı təsiri nəticəsində C14-ün yaranacağı barəsində ideyası irəli sürüldü. Əvvəllər isə belə hesab olunurdu ki, C13-ün deytronlarla qarşılıqlı əlaqədə olması nəticəsində C14-ün yaranma ehtimalı daha yüksəkdir. İkinci Dünya Müharibəsi zamanı Korffun tədqiqatı ilə tanış olan Willard Libby tarixləndirmədə radiokarbon üsulundan istifadənin mümkün ola biləcəyi haqqında düşünmüşdür. 1945-ci ildə Libbi Çikaqo Universitetində işləməyə başladığı dövrdən radiokarbon tarixləndirmə üsulu üzərində işləməyə başlamışdır. O, 1946-cı ildə canlı maddədəki karbonun C14 elementi, eləcə də radioaktiv olmayan karbon ehtiva edə biləcəyini yazdığı məqalə nəşr etdirdi. Libby və bir neçə əməkdaş Baltimorda kanalizasiya işləri zamanı toplanmış metan qazı ilə təcrübə aparmağa davam etmiş və nümunələrini izotopik zənginləşdirmədən sonra onların tərkibində C14 olduğunu sübut etmişlər. Bunun əksinə olaraq neftdən yaranan metan yaşına görə heç bir radiokarbon aktivliyi göstərməmişdir.
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada, n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.
SWOT analizi
SWOT analizi— şəxs və ya təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı Güclü (ing. Strengths), Zəif (ing. Weaknesses) tərəfləri, İmkanları (ing. Opportunities) və Təhdidləri (ing. Threats) müəyyən etməyə kömək etmək üçün istifadə edilən strateji planlaşdırma və strateji idarəetmə texnikası. SWOT analizi ilk dəfə Albert Humphrey tərəfindən 1960–1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox şirkətlər güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər. Güclü tərəfləri müəyyən etmək üçün aşağıdakı sualları cavablamaq lazımdır: Rəqiblərər nəzərən hansı üstünlüklər mövcuddur? Xərclərin keçən ilə nəzərən azalıbmı? Uğursuz olunan layihələr və uğusuzluğa aparan səbəblər nələrdir?
Vektor analizi
Vektor analizi — Riyazi analiz metodlarını vektorlara, ümumiyyətlə iki və ya üç ölçülü məkanda yayan riyaziyyatın bir qolu.
NTV Spor HD
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
Ayrılan qazların analizi
Ayrılan qazların analizi – nümunənin isidilməsi və ya parçalanması nəticəsində yaranan qazların termiki analizatorlarda tədqiqidir. == Termiki analizatorlarda nümunənin isidilməsi və ya parçalanması ilə yaranan qazların analizi == Ayrılan qazların analizi – termiki analiz üsullarından biridir. Termiki analiz üsulları ilə eyni vaxtda yaranan qazları tədqiq edərkən tədqiq olunan nümunə haqqında ən tam məlumat əldə edilə bilər. === Sinxron termiki analiz (STA) alətləri === Sinxron termiki analiz (STA) alətləri temperaturun proqramlaşdırılmış artımı şəraitində bir nümunəni öyrənmək üçün bir neçə üsuldan bir anda istifadə etməyə imkan verir, məsələn, termoqravimetriya analizi (TGA) və differensial termiki analiz (DTA) və ya TGA və differensial skaner kalorimetriya (DSC) ilə kombinasiyada (birlikdə). Bu tədqiqatların məqsədi nümunənin, baş verən proseslərin başlanğıc mərhələsində və ara mərhələlərdə, eləcə də onun qalığının öyrənilməsidir. Amma nümunənin isidilməsi zamanı ayrılan uçucu maddələr analitiklərin nəzərindən kənarda qalır. Uçucu maddələrin öyrənilməsi olmadan baş verən proseslərin və onların fiziki-kimyəvi təbiəti haqda məlumatın tam və dəqiq əldə edilməsi mümkün deyil. === Ayrılan qazların analizi üçün sistemlər === ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi uçucu maddələrin öyrənilməsinin mümkünlüyünü əlavə edir, bununla nümunənin parçalanma mərhələlərinin ardıcıl olaraq ayrılmasını əldə etməyə imkan verir və alınan maddələrin kimyəvi identifikasiyasını təmin edir. İQ Furye spektroskopiya metodu inert və simmetrik iki atomlu molekulları olan qazlar istisna olmaqla, hər hansı bir qazı aşkar etmək üçün istifadə olunur. O, izomerləri ayırmaq və kompleks qarışıqlarda qazları müəyyən etmək üçün istifadə edilə bilər.
Lazer impuls analizi
Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Qan ləkəsi analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Təbliğat Analizi İnstitutu
Təbliğat Analizi İnstitutu (ing. Institute for Propaganda Analysis; abbr. IPA) — ABŞ-də 1937-1942 illərdə ictimaiyyətə propaqanda və onu müəyyənləşdirmək yolları haqqında təhsil vermək məqsədilə fəaliyəət göstərən qurum. 1937-ci ilin martın 29-da Bostonda yerləşən Universitet Klubunda Edvard Filaynın təşəbbüsü ilə "demokratiya üçün təhsil" mövzusu ilə bağlı görüş keçirilib. Alfred Adler, Liman Brayson, Edvard Berneys, Klayd R. Miller və s. bu görüşə qatılanlar arasında olmuşlar. Berneys hesab edirdi ki, bu görüşdən "heç nə alınmadı". Eyni zamanda, görüşdən ilhamlanan Miller Ceyms Mendenholnan birgə növbəti həftə ərzində "təhsil, ictimai fikir və propaqanda araşdırmaları üçün institutunun" layihəsinin qaralamanı hazırlayırdı. İkinci görüş Nyu York şəhərində keçirilib. Orda, Miller hzazırladığı layihəsi üçün Filaynın Good Will Fund-dan 10000 dollar alıb.:129,30 Beləliklə, Kolumbiya Universitetinin Müəllimlər Kollecinin professoru olan Miller Təbliğat Analizi İnstitutu Nyu York şəhərdində 1937-ci ilin oktyabr ayında təsis edib.
Xərc-fayda analizi
Xərc-fayda analizi (XFA) (ing. benefit–cost analysis / cost–benefit analysis / CBA) — qərar qəbul edərkən istifadə olunan iqtisadi qiymətləndirmə metodu və pul vahidi ilə müəyyən bir layihə və ya siyasətlə əlaqəli üstünlükləri (faydaları) və çatışmazlıqlarını (xərclərini) müəyyən etməyə imkan verir.. XFA-nın iki əsas tətbiqi vardır: İnvestisiyanın (və ya qərarın) əsaslı olub olmadığını müəyyənləşdirmək, faydalarının xərclərindən çox olub olmadığını və - nə qədər olduğunu müəyyənləşdirmək. İnvestisiyaların (və ya qərarların) müqayisəsi üçün hər bir variantın ümumi gözlənilən dəyərini və ümumi gözlənilən mənfəətləri ilə müqayisə etmək üçün əsas təmin etmək. XFA maya səmərəliliyi təhlili ilə əlaqədardır. XFA-də fayda və xərclər pul ifadəsində ifadə olunur və pulun vaxt dəyəri üçün düzəldilir; zaman ərzində bütün fayda və xərc axınları, fərqli dövrlərdə çəkilməsindən asılı olmayaraq ümumi cari dəyəri ilə ifadə olunur. Bununla əlaqəli digər metodlar arasında maliyyət faydası analizi, risk-fayda təhlili, iqtisadi təsir analizi, maliyyə təsiri analizi və investisiya gəliri (SROI) analizi yer alır. Xərc-fayda təhlili, təşkilatlar tərəfindən müəyyən bir siyasətin məqsədəuyğunluğunu qiymətləndirmək üçün tez-tez istifadə olunur. Hər hansı bir alternativin və status-kvonun hesabı daxil olmaqla gözlənilən fayda və xərclər balansının təhlili. XFA, bir siyasətin faydalarının digər alternativlərə nisbətən maliyyətlərindən (və nə qədər) çox olub olmadığını proqnozlaşdırmağa kömək edir.
Sosial şəbəkə analizi
Sosial şəbəkə analizi — şəbəkələrdən və qraf nəzəriyyəsindən istifadə etməklə sosial strukturların tədqiqi prosesi. O şəbəkə strukturlarını qovşaqlar (fərdi aktyorlar, insanlar və ya şəbəkə daxilindəki əşyalar) və onları birləşdirən bağlar, uclar və ya əlaqələr (əlaqələr və ya qarşılıqlı əlaqələr) baxımından xarakterizə edir. Sosial şəbəkələrin təhlili vasitəsilə tez-tez vizuallaşdırılan sosial strukturlara sosial media şəbəkələri, memin yayılması, məlumat dövriyyəsi, dostluq və tanışlıq şəbəkələri, biznes şəbəkələri, bilik şəbəkələri, çətin iş əlaqələri, əməkdaşlıq qrafikləri, qohumluq, xəstəliklərin ötürülməsi və cinsi əlaqələr daxildir. Bu şəbəkələr tez-tez qovşaqların nöqtələr, bağlantıların isə xətlər kimi göstərildiyi sosioqramlar vasitəsilə vizuallaşdırılır. Bu vizuallaşdırmalar, maraq atributlarını əks etdirmək üçün onların qovşaqlarının və uclarının vizual təsvirini dəyişdirərək şəbəkələri keyfiyyətcə qiymətləndirmək üçün vasitə təmin edir. Sosial şəbəkələrin təhlili müasir sosiologiyada əsas texnika kimi meydana çıxıb. O, həmçinin aşağıdakı sahələrdə əhəmiyyətli populyarlıq qazanıb: antropologiya, biologiya, demoqrafiya, kommunikasiya tədqiqatları, iqtisadiyyat, coğrafiya, tarix, informasiya elmi, təşkilati araşdırmalar, politologiya, ictimai səhiyyə, sosial psixologiya, inkişaf tədqiqatları, sosiolinqvistika və informatika, təhsil və distant təhsil tədqiqatı. Hal-hazırda istehlakçı alət kimi mövcuddur. Sosial şəbəkə analizinin üstünlükləri ikiqatdır. O çoxlu əlaqəli verilənləri emal edə və ümumi əlaqəli şəbəkə strukturunu təsvir edə bilər.
NTV Spor Smart HD
NTV Spor Smart HD - 1 iyul 2013-cü il tarixində D-Smart platformasında və 1 Avqust 2013 tarixində müntəzəm olaraq sınaq yayımına başlayan Doğuş Yayım Qrupu şirkətinin sahibləndiyi idman kanalıdır. Həftədə oynanan 10 La Liqa matçının hamısını yayımladı. Voleybol Avropa kuboku oyunları, atletika və tennis oyunları da bu kanalda yayımlanır. 2013-2014 Euroleague mövsümündə bir oyun bu kanalda, bir oyun NTV Sporda yayımlandı. Digitürkün 2015-ci ildən etibarən La Liqa yayım hüquqlarını əldə etməsi səbəbiylə, artıq La Liqanı yayımlamadı. Kanal D-Smart, "Family paketi" və "Cinema Series paketi" xaricində bütün paket istifadəçiləri üçün açıqdır. Kanal hazırda yalnız yüksək dəqiqlikdə (HD) yayımlanır. Yayım 1 Avqust 2015 tarixindən etibarən dayandırıldı.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr