STRİDİYA

сущ. зоол. устрица (съедобный морской моллюск класса двустворчатых, имеющий двустворчатую раковину)
STRES
STRİXNİN
OBASTAN VİKİ
Stridiya
Stridiya — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir Stridiya suyun tempraturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə mln yumurta verir. Stridiyaların çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir.