Stromae
Pol Van Aver (fr. Paul Van Haver; 12 mart 1985), daha çox Stromae (tələffüzü: Stromay) adı ilə tanınan, Ruanda əsilli belçikalı repçi. O, "Stromae" səhnə təxəllüsünü "maestro" sözündən təhrif edib.
2000-ci ildə o, Opamaestro təxəllüsü ilə rep dünyasında öz fəaliyyətini başlıyır, amma bu təxəllüs başqa birisinə oxşadığı üçün onu dəyişmək qərarına gəlir və Stromae-ni seçir. 18 yaşında JEDİ (Didye Jan-Lonqan) adlı repçi ilə qrup yaradır, və onlar "Faut que t’arrête le Rap" adında mahnı və klip hazırlayırlar. Buna baxmayaraq JEDİ qrupu tərk edir, və beləcə Stromae-nin solo karyerası başlıyır.
Təhsil haqqını ödəmək üçün o, işləməyə başlıyır, amma qazandığı pullar yenə də onu qanə etmir, və o, Milli kinematoqrafiya və radioelektronika institutunun (İNRACİ) kino fakültəsinə qəbul olunur, qazanmış pullarla "Juste un cerveau, un flow, un fond et un mic…" adlı ilk albomunu yazdırır.
2008-ci ildə Pol Melissa M. iə "Avec tout mon amour" albomu üçün "Cette fois interprété" mahnısını yazır, həmçinin Keri Ceymsin "À L’Ombre Du Show Business" albomu üçün daha dörd kompozisiya və Anggunla birlikdə "Si je t’emmène" sinqlını yazır.
2009-cu ildə Stromae öz birinci hitini "Alors on danse" mahnısını təqdim edir. Mahnı başqa ölkələrdə də sürətlə məşhurlaşır.