STRUKTUR

süxurların yatımının məkan forması; müxtəlif tipli qırışıqlar, qalxmalar, günbəzlər və süxurların yatımının başqa elementar formaları. структура structure
STROMBOLİ TİPLİ PÜSKÜRMƏ
STRUKTUR-ABRAZİON SAHİL
OBASTAN VİKİ
Struktur
Struktur (lat. structūra), – hər hansı obyektin daxili quruluşu. Struktur sistem elementləri arasında əlaqələrin nisbi dayanıqlı quruluşudur.
Dramatik struktur
Dramatik struktur, film və ya tamaşa kimi dramatik bir əsərin strukturudur. Bir çox alimlər tarix boyu dramatik strukturu təhlil etmişdirlər. Bu təhlillər ilk dəfə Aristotel tərəfindən “Poetika” əsərindən başlamışdır. Bu isə eramızdan əvvəl 335-ci ilə müvafiq gəlir. == Tarix == Qədim yunan filosofu Aristotel “Poetika” əsərində “Bütün başlanğıcı, ortası və sonu olan bir şeydir” fikrini irəli sürmüşdür. Roma dramatik tənqidçisi Horatius Ars Poetika əsərində 5 hissəli strukturu müdafiə etdiyi qədər Aristotelin bu üç hissəli baxış fikrinə razı deyildi. Horatius əsərində yazırdı: “Tamaşa 5 fəsildən nə uzun, nə də qısa olmamalıdır.” 5 hissəli strukturdan imtina edildikdən sonra İntibah dramaturqları onu yenidən diriltmişdirlər. 1863-cü ildə Henrik İbsen kimi dramaturqlar 5 hissəli strukturdan imtina edərək 3 və 4 hissəli strukturu sınaqdan keçirmişdirlər. Alman dramaturqu və yazıçısı Qustav Freytaq “Die Technik des Dramas” əsərində 5 hissəli dramatik struktura dair qəti tədqiqat aparmışdır. Bu tədqiqat Freytaq Piramidası kimi tanınmağa başlamışdır.
Sosial struktur
Sosial struktur cəmiyyətdəki mütəşəkkil münasibətlərin bütövlüyüdür. Cəmiyyətin bir çərçivəsini təşkil edir və bu çərçivə şəxs doğulmazdan əvvəl mədəniyyətlə qorunub saxlanılır və münasibətlər sistematik şəkildə təşkil olunur. Sosial strukturu meydana gətirən komponentlər mədəniyyət, sosial siniflər, status, sosial statusla əlaqəli rol və üzvi bütövlüyünün qorunması üçün zəruri olan qurumlardır (sağlamlıq, təhsil, təhlükəsizlik və s.). Sosial quruluşun komponentləri fərdin sosiallaşma prosesinə də güclü təsir göstərir; fərdin hansı mədəniyyətdən asılı olması, sinfi mövqeyi, özünə miras qalmış statusu, zamanla qazandığı status və bununla əlaqəli rolları, xarakteri və şəxsiyyətinin formalaşmasında birinci dərəcəli təsirlərə malikdir. Beləliklə, sosial struktur nəinki keçmişdən bu günə qədər olan mirasları daşıyır, bu günümüzdə mirasın həyat damarlarıdır və gələcəkdə hansı münasibətləri yaşayacağımızı da müəyyənləşdirir.
Struktur funksionalizm
Struktur funksionalizm — sosiologiyada metodoloji yanaşma. Bu yanaşmaya görə cəmiyyət sosial sistem kimi strukturlardan ibarətdir və bu strukturların öz funksiyaları var. Struktur funksionalizmin banisi Tolkot Parsons sayılsa da, əsasını Herbert Spenserin əsərlərindən götürür.
Struktur işsizlik
Struktur işsizlik (ing. structural unemployment) — iş axtarışı prosesini çətinləşdirən davamlı institusional amillərin yaratdığı işsizlik. İnstitusional amillər əmək bazarının fəaliyyət göstərdiyi qaydalarla əlaqələndirilir. Bu qaydalar işə götürmə və işdən çıxarma prosesində əlavə pul və vaxt xərclərinə, eləcə də mükəmməl rəqabətli əmək bazarında müəyyən edilmiş dəyərlərdən uzun müddət kənara çıxa bilən sərt əmək haqqına səbəb ola bilər.. Struktur işsizlik təbii işsizliyin bir hissəsidir və ona görə də uzunmüddətli xarakter daşıyır, çünki onun amilləri sabitdir. Onlar uzunmüddətli perspektivdə əmək bazarında tam məşğulluğa nail olmağa mane olurlar. Bu, onu iqtisadi fəaliyyətdə müvəqqəti azalmalar nəticəsində yaranan tsiklik işsizlikdən fərqləndirir. == Təsviri == K. R. Makkonell və S. L. Brüya görə, struktur işsizlik istehlak mallarına tələbin strukturunda və istehsal texnologiyasında baş verən dəyişikliklər nəticəsində yaranan işsizlikdir, bunlar peşələrinə tələbin olmaması və ya işsiz olduqları üçün işsiz qalan insanlardır ; zəruri ixtisasların olmaması. BRE-də struktur işsizlik — əmək tələbi ilə ümumi işçi qüvvəsinin peşəkar strukturu arasında uyğunsuzluq və istehlak tələbinin strukturunda dəyişiklik nəticəsində yaranan qeyri-iradi işsizlikdir. İşçilər, işəgötürənlər tərəfindən peşələrinə tələbat olmadığı və ya işə düzəlmək üçün kifayət qədər ixtisasa malik olmadıqları üçün iş yerlərini itirdikdə struktur işsizliyə daxil edilirlər.
Təşkilati struktur
Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv — yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü — funksional ənənəvi coğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı — xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və mənfi cəhətlər mümkün və yetərli ola bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq idarəetməni həyata keçirirlər. == Növləri == Təşkilati strukturun bir neçə tipi fərqləndirilir ki, bunlardan bəziləri elementar və ya baza təşkilati struktur adlandırılır. Xətti təşkilati struktur çox sadədir, ali rəhbərlikdən bilavasitə orta səviyyəli "xətti" menecerlərə və daha sonra təşkilatın işçilərinə birbaşa tabelik və məsuliyyət xəttini nəzərdə tutur.
Xətti struktur
Xətti struktur (ing. linear structure) – elementləri ciddi olaraq böyüklük qaydalarına uyğun şəkildə təşkil olunmuş struktur. Xətti strukturda iki şərt tətbiq olunur: 1. Əgər X Y-dən öndə gəlirsə və Y Z-dən öndə gəlirsə, onda X Z-dən öndə gəlir. 2. Əgər X Y-dən öndə gəlirsə və X Z-dən öndə gəlirsə, onda ya Y Z-dən öndə gəlir, ya da Z Y-dən öndə gəlir. Bu tərifə görə, ağacşəkilli struktur xətti deyil, çünki o, birinci şərti ödəsə də, ikinci şərti ödəmir (Y və Z X-in törəmələri ola bilər və buna görə də onlardan heç biri digərindən öndə gəlməyəcək). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Relyefin struktur forması
Hüceyrə strukturları
Hüceyrə strukturlarının bir çoxu sitoplazmadan membranla ayrılırlar. Membran iki lipid cərgəsi, bir lipid qatı və zülallardan təşkil olunmuşdur. Membrana malik hüceyrə strukturları memberanlı orqanoidlər adlanır. Bəzi orqanoidlər isə sitoplazmadan membrabla ayrılmırlar. Bunları membransız orqanoidlər adlandırılar. == Membransız orqanoidlər == Membransız orqanoidlərə ribosom və hüceyrə mərkəzi aiddir. == Bir membranlı orqanoidlər == Endoplazmatik şəbəkə, Holci kompleksi və lizosom və vakuol aiddir == İki membranlı orqanoidlər == Mitoxondri və plastidlər aiddir. Bir-birinə oxşayan orqanoidlər: Holci kompleksi ilə hamar endoplazmatik şəbəkə, ribasom ilə hüceyrə mərkəzi, mitoxondri ilə xloroplast. Hüceyrələrin hərəkət orqanoidlərinə kirpik, qamçı, yalançı ayaq, miofibrillər aiddir. HÜceyrə törəmələrinə nişasta, yağ damcıları, zülallar, efir yağları və digər maddələr aiddir.
Markuş strukturu
Markuş strukturları (-R) və ya Kimyəvi soy strukturları (ing. Markush structure və ya Generic chemical structure) — özləri hər hansı konkret birləşməyə müvafiq olmayan, lakin bir çox birləşməni, bəzən sonsuz sayda bırləşməni, əgər qeyri-müəyyən terminlər saxlayırsa, məsələn heterosikllər, əvəz olunmuş aromatik radikallar və s., özündə birləşdirən ümumiləşdirilmiş kimyəvi strukturlardır. == Patentləşdirmə == Markuş strukturu belə strukturların istifadəsi ilə bağlı "Pirazolon rəngləyicisi və onun əldə olunması prosesi" patentini almaq üçün iddiada qələbə qazanmış Nyu-Cersidə fəaliyyət göstərən "Pharma Chemical Corporation" şirkətinin sahibi, ixtiraçı Yucin Markuşun şərəfinə adlandırılmışdır. Patent müraciəti 9 yanvar 1923-cü ildə edilmiş və ABŞ Patent İdarəsi 26 avqust 1924-cü ildə patenti təsdiq etmişdir. Bu iş kimyəvi soy strukturlarına dair patent müraciətlərində presedentə yol açdı. Markuş strukturu patent sahibinə bir neçə aktiv/effektiv struktur formulu sadalamağa imkan verir. Patent müraciəti edənlərdən tələb olunur ki, onlar öz kəşflərinin tətbiqini ən yaxşı əks etdirən struktur formulunu açıqlasınlar və əgər bu struktur çox qarışıq olarsa, müraciət rədd edilə bilər. == Problemlər == Son iyirmi ildə patent düsturlarında Markuş strukturlarının istifadəsi kimya sahəsində patent hüququ sferasında böhrana gətirib çıxarmışdır. Markuş strukturları ilə bağlı problemlərə onların necə genişmiqyaslı olduğunu sübut edən bir neçə beynəlxalq forumun həsr edilməsinə baxmayaraq, heç bir kimya və ya patentşünaslıq ədəbiyyatında onlar müzakirə olunmamışdır. Markuş strukturları real olaraq alınmamış böyük miqdarda kimyəvi birləşmələri, daha doğrusu, "kağız" kimyasında fenomen yaratmış hipotetik strukturları mühafizə edir.
Orderlərin növləri və strukturu
Antik Yunan memarlığında orderin 3 növü işlənmişdir. Dorik order İonik order Korinf orderi Sonralar Qədim Roma memarlığında əlavə olaraq toskan və mürəkkəb və ya kompozit adlanan korinf orderinin variantı tətbiq edilmişdi. Bununla da memarlıq orderləri beş tipdə: Toskan, dorik, ionik, korinf, mürəkkəb və yaxud kompozit orderləri kimi təmsil olunmuşdular.
Qalaq (verilənlər strukturu)
Qalaq informatika elmində — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Gündəlik həyatımızda biz qalaq olaraq bir-birinə dirənərək konus və ya piramida formasında structur yaradan cisimlər (adətən eyni tipli) yığınına deyirik. Dilimizdə "tongal qalamaq" ifadəsi də yandırılacaq cisimlərin əvvəlcə qalaq şəklində yığılması ilə bağlıdır. Qalaq verilənlər strukturunun da forması qalağı xatırlatdığı üçün bu cür adlandırılıb. Qalağı digər ağaclardan fərqləndirən əsas əlaməti onun həmişə tam və ya tama yaxın olmasıdır, yəni onun çiyinləri kötükdən yarpağa qədər mümkün qədər bərabər hündürlükdə olmalıdır. Ancaq son səviyyə tam olmaya bilər, bu zaman isə son səviyyənin mövcud qovşaqları ağacın mümkün qədər sol yarpaqlarını təşkil etməlidir. Bu isə bir səviyyə tam doldurulmayanadək, növbəti səviyyəyə keçilməməklə təmin edilir. Bu tələblər bir tərəfdən ağacın mümkün olan ən kiçik hündürlüyünü təmin edir, belə ki, N sayda qovşaqdan ibarət ağacın hündürlüyü həmişə O ( l o g N ) {\displaystyle O(log\ N)} olur, digər tərəfədən isə qalağı xətti (bir ölçülü) massivdə yerləşdirməyə imkan verir. Qalaq strukturuna olan digər tələb, onun kiçik (min) və ya böyük (max) qalaq olmasından asılı olaraq, qovşağın hər bir törəməsinin özündən böyük ya bərabər və yaxud kiçik ya bərabər olmasıdır. Kiçik qalaq halında bu kötüyün ən kiçik, böyük qalaq halında isə ən böyük element olmasını təmin edir.
RAID disk strukturları və növləri
Strukturalist marksizm
Strukturalist marksizm (ing. Structural Marxism) — marksizmdə strukturalizm ideya və konsepsiyalarına əsaslanan fəlsəfi cərəyan. 1960-1970-ci illərdə Fransada yaranıb və geniş yayılıb, sonra onun hüdudlarından kənara yayılıb. Marksizmdə bu cərəyanın əsas nümayəndələri filosof Lui Altüsser, sosioloq Nikos Pulanzas və antropoloq Moris Qodelye idi. Strukturalist marksizmə bağlı olan Lui Altüsserin (Etyen Balibar, Jak Ransyer, D.Lekur, P.Reymond) bir çox tələbələri sonralar ondan uzaqlaşdılar. Strukturalist marksizmin müasir nümayəndəsi sloveniyalı sosioloq Rastko Moçnikdir. == Haqqında == Humanist marksizmə qarşı Lui Altüsser vurğulayırdı ki, bir elm olaraq marksizmin vəzifəsi obyektiv strukturları araşdırmaqdır və əsasları Marksın ilk əsərlərində yer alan marksist humanizmə, tarixçiliyə və fenomenologiyaya qayıdış “elmdən əvvəlki humanist ideologiyaya qayıdışdır”. 1970-ci illərin ortalarında və 1980-ci illərdə marksist nəzəriyyəçilər dövlət, hüquq və cinayət haqqında strukturalist marksist düşüncəni inkişaf etdirirdilər. Strukturist marksizm, dövlətin kapitalistin və ya hakim sinfin birbaşa xidmətçisi kimi görünə biləcəyinə dair instrumentalist fikrə etiraz edir. İnstrumentalist baxış dövlət institutlarının kapitalist sinfinin maraqlarını təmsil edən məmurların bilavasitə nəzarəti altında olduğunu bildirsə də, strukturalist nəzəriyyədə əmindir ki, dövlət institutları bütövlükdə kapitalizmin həyat qabiliyyətinə təminat vermək üçün bu şəkildə fəaliyyət göstərməlidir.
Strukturalizm
Strukturalizm — XX əsrin əvvəllərində dilin təbiəti haqqında meydana çıxan yeni nəzəriyyələrin tərkibində yaranmış ədəbi şərhin tarixi formalarından biri. == Ümumi məlumat == Qədimlərdən bir elm sayılmış ədəbiyyat və dilçilik strukturalizmdə yenidən birləşmişdir. Strukturalizmə qədərki dilçilik əsas iki anlayışa – söz və məna anlayışlarına bağlı idi. Klassik dilçilik çox zaman sözlərin mənasını izah edən və tərcümədə gərəkli olan lüğətçilik elmindən ibarət idi. Lap qədimdən, Platondan gələn sadə nəzəriyyəyə görə, sözlər mənalı səslər kimi qəbul edilirdi. Yeni dil nəzəriyyəsi klassik dilçiliyi alt-üst edən dilin işarəviliyi anlayışını irəli sürdü. Sözün yeni formulu belə oldu: işarə edilən – işarə – məna. Bu nəzəriyyədə sözlə onun bildirdiyi şeylər arasında heç bir əlaqə olmadığı aşkara çıxdı. Sözü işarə, dili isə işarə sistemi kimi təqdim edən semiotikanın əsas müddəalarını amerikan filosofu Çarlz Pirs (1839–1914) və isveçrəli dilçi və psixoloq Ferdinand De Sösür (1857–1913) irəli sürdülər. Ç. Pirs bu ideyaları F. Sösürdən əvvəl qələmə almışdı, lakin strukturalizm F. Sösürün müdiri olduğu Ümumi dilçilik kafedrasının tələbə və müəllimləri tərəfindən inkişaf etdirildi və Avropa universitetlərinin dilçilik kafedralarında yayıldı.
Strukturalizm məktəbi
Strukturalizm və ya struktural psixologiya — şüur nəzəriyyəsinin cərəyanı. Edvard Bredford Titçener tərəfindən hazırlanmışdır. Bu nəzəriyyə XX əsrdə qəbul edilməyə başlamışdır. Strukturalistlər yetkin şəxslərin zehnini (doğuşdan bu günə qədər olan təcrübənin ümumi məcmusu) təcrübənin ən sadə müəyyən edilə bilən komponentləri baxımından təhlil etməyə və sonra bu komponentlərin daha mürəkkəb təcrübələr yaratmaq üçün bir-birinə necə uyğunlaşdığını, eləcə də onların fiziki hadisələr ilə necə əlaqəli olduğunu tapmağa çalışırlar. Bunun üçün strukturalistlər introspeksiyadan istifadə edirlər: hisslər, baxışlar, hisslər və duyğular haqqında hesabatları. == Tarixi == XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-də geniş yayılmışdır. Onun əsasını E. Titçener (1867–1927) qoymuşdur. O, İngiltərədə doğulmuş, Oksford Universitetində təhsil almışdı. 1890-cı ildə elə həmin universitetdə magistr dərəcəsi almışdır. 1890-cı ildə Titçener psixologiya təhsilini davam etdirmək üçün Leypsiqə — Vundtun laboratoriyasına gəlir, Vundtun bacarıqlı və sadiq tələbələrindən biri olur.
Strukturlaşmış kabel sistemi
Strukturlaşmış kabel sistemi — kompüter infrastrukturunun qurulması və ya geniş telekommunikasiya infrastrukturudur ki, bu da standartlaşdırılmış kiçik elementlərdən (strukturlaşdırılmış) ibarətdir.
Strukturlu proqramlaşdırma
Strukturlu proqramlaşdırma (ing. structured programming,rus. структурное программирование, türk. yapısal programlama) — proqramların "ayır və buyur" ideyasına uyğun gələn layihələndirilməsi metodologiyası. E. Deykstra (Edsger Dijkstra) tərəfindən işlənib hazırlanıb. Proqram məsələlər toplusu kimi layihələndirilir. Sadə təsvir üçün çox çətin olan məsələlər bir neçə daha kiçik altməsələlərə bölünür və proses bütün məsələlər yetərincə anlaşıqlı olanadək davam etdirilir. Belə layihələndirmə nəticəsində proqram iyerarxik təşkil olunmuş və hər birinin yalnız bir giriş və bir çıxış nöqtəsi olan yığcam modullardan ibarət olacaq. Bundan başqa, strukturlu proqramlaşdırma GOTO deyimlərindən istifadəyə məhdudiyyət qoyur, çünki hesab edilir ki, proqramda xətaların sayı keçidlərin sayının kvadratına mütənasib artır. İri layihələrdə strukturlaşmış proqramları işləyib hazırlamaq və müşayət etmək asandır.
Teleavtomatik sistemin strukturu
Teleavtomatik sistemin strukturu — Məlumatı yenidən emal edən, ötürən, əks etdirən, yadda saxlayan və müəyyən texnoloji proseslərin idarəsi üçün məlumat əldə edən sistem strukturudu == Haqqında == Məlumat (informasiya) mübadiləsinin təşkili, ötürülməsi, paylanması və emalı avtomatika və telemexanika qurğuları, eləcə də elektrik rabitəsi vasitələri ilə yerinə yetirilir. Dəmir yolu nəqliyyatında geniş şəkildə budaqlanmış avtomatlaşdırılmış rabitə qovşağı yaradılmışdır. Bu rabitə qovşağı daşınma proseslərinin idarəsi üçün tələb olunan həcmdə məlumatın ötürülməsini təmin edir. Avtomatika, telemexanika və rabitə sistemində məlumat mübadiləsi və onun yenidən işlənməsi mürəkkəb xarakter daşıyır və bu proses bir neçə mərhələdən keçir. Məlumat şifirlənmə, yenidən kodlaşdırma, yadda saxlama və s. kimi müxtəlif çevirmələrə məruz qalır. == Rabitə qovşaqları == Məlumat (informasiya) mübadiləsinin təşkili, ötürülməsi, paylanması və emalı avtomatika və telemexanika qurğuları, eləcə də elektrik rabitəsi vasitələri ilə yerinə yetirilir. Dəmir yolu nəqliyyatında geniş şəkildə budaqlanmış avtomatlaşdırılmış rabitə qovşağı yaradılmışdır. Bu rabitə qovşağı daşınma proseslərinin idarəsi üçün tələb olunan həcmdə məlumatın ötürülməsini təmin edir. Avtomatika, telemexanika və rabitə sistemində məlumat mübadiləsi və onun yenidən işlənməsi mürəkkəb xarakter daşıyır və bu proses bir neçə mərhələdən keçir.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. == Tarixi == Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Ümid dəniz strukturu
"Ümid" dəniz strukturu — Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində qaz yatağı "Ümid" yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir ("Bulla-dəniz" yatağının 15 kilometrliyində). 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. 1977–1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib. 2009-cu ilin iyununda "Ümid" dəniz strukturunda işlərin görülməsi üçün SOCAR "Ümid" MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i "Nobel Oil Exploration & Production" (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur. 2009-cu ilin avqustunda "Sahil" qazma işləri idarəsi (SOCAR-ın strukturu) "Ümid"də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan "Ümid-1" stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2–3 dəfə azaldır. 2010-cu il noyabrın 24-də Azərbaycanın ilk neft naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun 100 illik yubileyi Bakıda təntənə ilə qeyd edilirdi.
Əhalinin dinamikası və strukturu
XX əsrdə dünya əhalisi 1,5 mlrd. nəfərədək artmışdır. Lakin ayrı-ayrı ölkələrdə və regionlarda bu artım qeyri-bərabər gedir. IEÖ-də artım sürəti son iki onillikdə sabit alçaqdır. Keçid iqtisadiyyatına malik ölkələrdə artım sürəti kəskin azalmışdır. Rusiyada, bir sıra MDB ölkələrində, Baltikyanı ölkələrdə, Şərqi Avropada əhalinin təbii azalması prosesi müşahidə olunur. Əhalinin artım sürətinin azalması IEOÖ-də, xüsusən, Şərqi Asiya, Cənub-şərqi Asiya və Latın Amerikası ölkələri hesabına baş verir. Hal-hazırda işçi qüvvəsinin 2/3-i adambaşına ən kiçik ÜDM göstəricilərinə malik ölkələrin payına düşür. == Əhalinin yaş strukturu == Yaş strukturunun 2 əsas tipi mövcuddur. 1-ci tip əksər IEOÖ üçün səciyyəvidir və uşaqların çox olması, yaşlı insanların (65 yaşdan yuxarı) isə az olması ilə səciyyələnir.
Strukturalizm (psixologiya)
Strukturalizm və ya struktural psixologiya — şüur nəzəriyyəsinin cərəyanı. Edvard Bredford Titçener tərəfindən hazırlanmışdır. Bu nəzəriyyə XX əsrdə qəbul edilməyə başlamışdır. Strukturalistlər yetkin şəxslərin zehnini (doğuşdan bu günə qədər olan təcrübənin ümumi məcmusu) təcrübənin ən sadə müəyyən edilə bilən komponentləri baxımından təhlil etməyə və sonra bu komponentlərin daha mürəkkəb təcrübələr yaratmaq üçün bir-birinə necə uyğunlaşdığını, eləcə də onların fiziki hadisələr ilə necə əlaqəli olduğunu tapmağa çalışırlar. Bunun üçün strukturalistlər introspeksiyadan istifadə edirlər: hisslər, baxışlar, hisslər və duyğular haqqında hesabatları. == Tarixi == XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-də geniş yayılmışdır. Onun əsasını E. Titçener (1867–1927) qoymuşdur. O, İngiltərədə doğulmuş, Oksford Universitetində təhsil almışdı. 1890-cı ildə elə həmin universitetdə magistr dərəcəsi almışdır. 1890-cı ildə Titçener psixologiya təhsilini davam etdirmək üçün Leypsiqə — Vundtun laboratoriyasına gəlir, Vundtun bacarıqlı və sadiq tələbələrindən biri olur.
Kapitalın strukturu
Kapitalın strukturu – şirkətin öz fəaliyyətini maliyyələşdirməsi və müxtəlif maliyyə mənbələrindən istifadə etməklə böyüməsini təmin etməsi üsuludur. Həm öz (səhmli maliyyələşdirmə), həm də borc (borc maliyyələşdirmə) vəsaitlərindən maliyyələşdirməni əhatə edir. Borcla maliyyələşdirmə borc alətlərinin emissiyası yolu ilə, paylı maliyyələşdirmə isə cəmiyyətin mülkiyyət hüququnun genişləndirilməsi yolu ilə səhmdarların (maraqlıların) öz vəsaitlərinin cəlb edilməsi ilə həyata keçirilir. Borc kapitalına istiqrazların buraxılışı, ödənilməli uzunmüddətli notlar daxildir, kapital isə adi səhmləri, imtiyazlı səhmləri və bölüşdürülməmiş mənfəəti əhatə edir. Dövriyyə kapitalı öhdəlikləri kimi qısamüddətli borclar da kapital strukturunun bir hissəsi hesab olunur. Kapitalın strukturu uzunmüddətli öhdəliklərin, qısamüddətli borcların, adi səhmlərin və şirkətin imtiyazlı səhmlərinin birləşməsindən ibarət ola bilər. Kapital strukturunun təhlili adətən şirkətin qısamüddətli və uzunmüddətli öhdəliklərinə baxır. Şirkətin kapital strukturunun əsas göstəricisi şirkətin risk səviyyəsini göstərən borcun kapitala nisbətidir (debt-to-equity ratio, D/E). Tipik olaraq, ilk növbədə borcla maliyyələşən şirkət daha aqressiv kapital strukturuna malikdir və buna görə də investorlar üçün daha çox risk yaradır. Bununla yanaşı, yaranan risk şirkət üçün əsas artım mənbəyi ola bilər.

Значение слова в других словарях