Sums

der; -es F səs, səs-küy
sumpfig
Sund
OBASTAN VİKİ
Natalya Sumskaya
Natalya Sumskaya (ukr. Наталія В'ячеславівна Сумська; 22 aprel 1956) — Sovet və Ukrayna aktrisası və teleaparıcısı, Şevçenko mükafatı laureatı (2008), Ukraynanın xalq artisti (2000). 22 aprel 1956-cı ildə Kiyev vilayətinin Katyujanka kəndində Akademik Dram Teatrının aktyorları ailəsində anadan olub. Kiçik bacısı Olqa Sumskaya, aktrisa və teleaparıcıdır. Atası Vyaçeslav İqnatyeviç Sumskoy (Ukraynanın xalq artisti) (09.06.1934 - 09.12.2007), anası Ukrayna SSR-nin əməkdar artisti Anna İvanovna Opanasenko-Sumskayadır. 1966-cı ilə qədər Lvovda yaşayıb. 1977-ci ildə Kiyev Dövlət Teatr Sənəti İnstitutunu bitirib. 1977-ci ildən Nataliya Sumskaya İvan Franko adına Milli Akademik Teatrın aktrisasıdır. 2003-cü ilin payızından 2010-cu ilin əvvəlinə qədər İnter telekanalında çox yüksək reytinqlərə baxmayaraq yayımı dayandırılmış "Klyuçovoy momaent" verilişinə aparıcılıq etmişdir "Benyuk və Xostikoev" teatr şirkətində də işləyir. Atası - Vyaçeslav İqnatyeviç Sumskoy (Ukraynanın xalq artisti) (09.06.1934 - 09.12.2007), Anası - Anna İvanovna Opanasenko-Sumskaya (15 oktyabr 1933 - 27 fevral 2022), Ukrayna SSR əməkdar artisti, Kiçik bacısı - Olqa Sumskaya aktrisa, Birinci əri - İqor Yuriyeviç Mamay (Ukrayna) (23 iyul 1955-ci il təvəllüdlü) - operator, Qızı - Daria Mamay-Sumskaya (16 iyun 1982-ci il təvəllüdlü), müğənni, aktrisa, İkinci əri - Anatoli Georgieviç Xostikoyev (15 fevral 1953-cü il təvəllüdlü) - aktyor, Oğlu - Vyaçeslav Xostikoyev (26 iyun 1996-cı il təvəllüdlü).
Olqa Sumskaya
Olqa Sumskaya (ukr. Ольга В'ячеславівна Сумська; 22 avqust 1966, Lvov) — Sovet və Ukrayna aktrisası və teleaparıcısı. Ukraynanın əməkdar artisti (1997), Ukraynanın xalq artisti (2009). Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (1996).