Natalya Sumskaya
Natalya Sumskaya (ukr. Наталія В'ячеславівна Сумська; 22 aprel 1956) — Sovet və Ukrayna aktrisası və teleaparıcısı, Şevçenko mükafatı laureatı (2008), Ukraynanın xalq artisti (2000).
22 aprel 1956-cı ildə Kiyev vilayətinin Katyujanka kəndində Akademik Dram Teatrının aktyorları ailəsində anadan olub. Kiçik bacısı Olqa Sumskaya, aktrisa və teleaparıcıdır. Atası Vyaçeslav İqnatyeviç Sumskoy (Ukraynanın xalq artisti) (09.06.1934 - 09.12.2007), anası Ukrayna SSR-nin əməkdar artisti Anna İvanovna Opanasenko-Sumskayadır. 1966-cı ilə qədər Lvovda yaşayıb.
1977-ci ildə Kiyev Dövlət Teatr Sənəti İnstitutunu bitirib.
1977-ci ildən Nataliya Sumskaya İvan Franko adına Milli Akademik Teatrın aktrisasıdır.
2003-cü ilin payızından 2010-cu ilin əvvəlinə qədər İnter telekanalında çox yüksək reytinqlərə baxmayaraq yayımı dayandırılmış "Klyuçovoy momaent" verilişinə aparıcılıq etmişdir
"Benyuk və Xostikoev" teatr şirkətində də işləyir.
Atası - Vyaçeslav İqnatyeviç Sumskoy (Ukraynanın xalq artisti) (09.06.1934 - 09.12.2007),
Anası - Anna İvanovna Opanasenko-Sumskaya (15 oktyabr 1933 - 27 fevral 2022), Ukrayna SSR əməkdar artisti,
Kiçik bacısı - Olqa Sumskaya aktrisa,
Birinci əri - İqor Yuriyeviç Mamay (Ukrayna) (23 iyul 1955-ci il təvəllüdlü) - operator,
Qızı - Daria Mamay-Sumskaya (16 iyun 1982-ci il təvəllüdlü), müğənni, aktrisa,
İkinci əri - Anatoli Georgieviç Xostikoyev (15 fevral 1953-cü il təvəllüdlü) - aktyor,
Oğlu - Vyaçeslav Xostikoyev (26 iyun 1996-cı il təvəllüdlü).