SURƏLƏR
Quranın fəsilləridir.
Surələr ayələrdən ibarətdir. Onlar şərti olaraq uzun, orta və qısa surələr olmaqla üç yerə bölünürlər. Surələrdə ayələrin sayı yüzdən çoxdursa, onları uzun surələr hesab edirlər. “Bəqərə”dən (2) “Tövbə”yə (9) qədər olan surələr uzun surələrdir. Ayələrin sayı yüzdən az olan surələr orta, bir neçə ayədən ibarət olan surələrə isə qısa surələrdir. Ən qısa surə “Kövsər” (108-ci surə) surəsidir.
Bütün surələr baş vermiş hadisələrin, insanların adı və ya ilk ayələrinin birinci sözü ilə adlandırılmışlar. Bəzi surələrin bir-neçə adı vardır. Məsələn, “Tövbə” surəsini “Bəraət” də adlandırırlar.
Quranın bütün surələri nazil olduğu yerdən asılı olaraq Məkkə və Mədinə surələrinə bölünürlər. Məkkə surələri hicrətdən öncə, Mədinə surələri isə hicrətdən sonra nazil olunmuşdur. Quranda surələrin düzülmə ardıcıllığı məsələsində ilahiyyatçıların fərqli fikirləri mövcuddur. Əksəriyyət ən uzun surələri Quranın əvvəlində, sonra isə orta və qısa surələrin gəldiyini qeyd edirlər. Bəziləri isə surələri mövzulara görə ardıcıl yerləşdirməyin tərəfdarıdırlar. Onlar hesab edir ki, Məhəmməd peyğəmbərə surələr elə bu ardıcıllıqla nazil olunmuşdur.
İslam alimlərinin bir çoxu hesab etmişdir ki, Quran surələrinin müəyyən olmuş ardıcıllığı yoxdur və bu ictihadın obyektidir. Digər ilahiyyatçılar isə bu məsələdə orta mövqedə olmuşdurlar. Onlara görə surələrin ardıcıllığını Allah müəyyən etmişdir.