Utrext sülhü
Utrext sülhü — Yeddi Birləşmiş Əyalət Respublikasının Utrext şəhərində 1713-cü il aprel və 1715-ci fevral ayları arasında İspaniya mirası uğrunda müharibədə döyüşən tərəflər arasında imzalanmış sülh müqaviləsi.
II Karlos 1700-cü ildə uşaqsız ölməmişdən əvvəl, Fransadakı nəvəsi V Filippi özünün son vəsiyyətinə əsasən varisi olaraq təyin etdi. Bununla birlikdə V Filip Fransız şahzadəsi idi, XIV Lüdovikin nəvəsi idi və eyni zamanda Fransız taxtınada namizəd idi. Avropadakı digər böyük dövlətlər iki güclü dövlətin potensial birliyinə dözmək istəmirdilər. Əslində, müqavilələr, Fransanın və İspaniyanın birləşməməsini təmin edən digər zəruri təminatlarla birlikdə Avropadakı güc balansını qorumaq şərtilə, Fransız taxtına olan iddiasından da imtina etməsi müqabilində V Filipin İspan taxtını almasına icazə verdi.
İspaniya, Böyük Britaniya, Fransa, Portuqaliya, Savoy hersoqluğu və Hollandiya Respublikası da daxil olmaqla bir sıra Avropa dövlətləri arasındakı müqavilələr müharibənin sona çatmasına kömək etdi. Müqavilələr, Fransadan XIV Lüdovikin nümayəndələri və bir tərəfdən nəvəsi V Filipp ilə Böyük Britaniyadan Anna Stüart, Sardiniyalı II Viktor Amadey, Portuqaliyadan V Juan və digər tərəfdən Hollandiyanın Birləşmiş Vilayətlərinin nümayəndələri arasında bağlandı. Fransa kralı sülaləsi üçün İspan tacını təmin etsə də,
XIV Lüdovikin davamlı müharibələrində ifadə edilən Avropadakı Fransız hegemonluğunun sona çatmasına dair müqavilələr,güc balansına əsaslanan Avropa sisteminə yol açdı . İngilis tarixçisi G. M. Trevelyan iddia edir:
XVIII əsr sivilizasiyasının sabit və səciyyəvi dövründə bağlanmış bu müqavilə, köhnə Fransa monarxiyasından Avropa üçün təhlükənin sonunu və bu ümumilikdə dünya üçün daha az əhəmiyyət kəsb edən bir dəyişikliyi - Böyük Britaniyanın dəniz, ticarət və maliyyə üstünlüyünü qeyd etdi.
Başqa bir davamlı nəticə,orijinal Burbon Evi Fransada çoxdan devrilsədə,İspan Burbon sülaləsinin yaradılması idi.