SÜMÜRMƏK

f.
1. Ağız və dodaqları ilə bir şeyi sorub çəkmək: əmmək. Suyu sümürmək. Papirosu sümürmək.
– Cümşüd bəy qəlyanı hərdənbir sümürüb qəhvəni qarışdırır və qurtum-qurtum içib söhbətə qulaq asırdı. E.Sultanov.
Qarı bu suala diqqətlə qulaq asıb çubuğunu sümürdü… S.Rəhman.

2. məc. Aldadaraq, dilə tutaraq birinin varyoxunu sorub çəkmək, soymaq.
◊ Qanını sümürmək – bax qanını sormaq (“qan”da).
[Şeyda:] Təbii, o sizin qanınızı sorub sümürmək istər. H.Cavid.
[Qarakişi Hümmətə:] …Taxtabiti kimi kolxozun qanını sümürdün, indi də bizim üstümüzə yıxırsan?! B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜMÜRMƏK sormaq — əmmək

Etimologiya

  • SÜMÜRMƏK Mənaca sormaq, yağlanmaq, piylənmək, hopmaq,öpmək kəlmələri ilə yaxındır. Mənbələrdə sümür sözü “əmmək”, “sormaq” kimi açıqlanıb
SÜMÜRMƏ
SÜNBƏ

Digər lüğətlərdə