sürücü-mexanik

sürücü-mexanik
sürücü
sürücülük
OBASTAN VİKİ
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib. == İstinadlar == == Xarici keçidlər == Drive — Internet Movie Database saytında.
Balaca sürücü
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Sürücü (dəqiqləşdirmə)
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Henri Modsli (mexanik)
Henri Modsli (ing. Henry Maudsley; 22 avqust 1771, Vulviç, Böyük London – 14 fevral 1831, Lambet[d], Böyük London) — İngiltərə mexaniki və sənayeçisi. == Həyatı == Henri Modsli 22 avqust 1771-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərinin Vulic rayonunda anadan olmuşdur. O, 12 yaşından Vulic cəbbəxanasının emalatxanalarında işləməyə başlamışdır. Modsli 1797-ci ildə supportlu torna dəzgahı quraşdırmaqda vinq və qayka istehsalını mexanikləşdirmişdir. Onun 1810-cu ildə açdığı böyük maşınqayırma zavodunda bir çox yeni dəzgah növləri, buxar maşınları və s. işlənib hazırlanmışdır. Modsli 1815-ci ildə gənclər üçün kanat blokları istehsal edən dəzgahlar xətti yaratmışdır. O, 14 fevral 1831-ci il tarixində Londonun Lambet borosunda vəfat etmişdir. Modsli Vulicdə dəfn edilmişdir.
Sənan Axundov (mexanik)
Sənan Səməndər oğlu Axundov (28 mart 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1987–1989), Azərbaycan SSR yerli sənayesi naziri (1982–1987). == Həyatı == Sənan Səməndər oğlu Axundov 28 mart 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1950-ci ildə Bakıda orta məktəbi, 1955-ci ildə Moskvada Avtomexanika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1958-ci ildə Bakı Elektrik Maşınqayırma zavodunda başlayan Sənan Axundov burada usta, sahə, sonra isə sex rəisi, zavodun baş mühəndisinin müavini işləmişdir. 1968–1972-ci illərdə SSRİ Avtomobil Sənayesi Nazirliyi Avtomobil Ehtiyatları Hissələri zavodunun direktoru, 1972–1976-cı illərdə Bakı Məişət Kondisionerləri zavodunun direktoru, 1976–1982-ci illərdə İttifaq Elektrik Maşınqayırma BİB Məişət Kondisionerləri zavodunun direktoru işləmişdir. Sənan Axundov 1982–1987-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1987–1989-cu illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində işləmişdir. 1989-cu ilin iyun ayından SSRİ Dövlət Standartları Komitəsi Azərbaycan respublika idarəsinin rəisi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi vəzifəsində işləmiş, eyni zamanda standartlara və ölçü vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş inspektoru olmuşdur. Sənan Axundov 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (9–11-ci) deputatı olmuşdur. "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, bir sıra medallarla və iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1991-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Balaca sürücü (film, 2017)
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.