SƏCCAH
Ərəbistanda özünü peyğəmbər elan etmiş qadın olmuşdur. O, Təmim qəbiləsindən idi. Səccah uzun müddət Ərəbistanın şimalında Təqlib qəbiləsində yaşamışdır. Bu qadın özünü hələ Məhəmməd peyğəmbər sağ olarkən peyğəmbər elan etmişdir.
Sonra o, öz qəbiləsinə qayıdaraq oların başçısı olmuşdur. Bundan sonra təmimlilərin yaraqlı dəstələri qonşu qəbilələrə hücum etməyə başlamışdırlar. Onlar 12/633-cü ildə Yəmmaməyə girmiş, orada olan başqa bir yalançı peyğəmbər Müseylimə ilə anlaşmışdırlar. Səccah ona ərə də getmişdir.
Ancaq, onların cəmi üç gün birlikdə yaşamaları barəsində rəvayət vardır. Rəvayətlərə görə İslam ordusu yalançı peyğəmbərlərə qarşı savaşa başladıqdan sonra Səccah tövbə edərək İslamı qəbul etmişdir.