SƏDƏ

sədə çüşməx’:
(Qazax)
işıqlaşmaq. – Dan yerində sədə çüşəndə yola çüşdüx’
SƏDBARI
SƏDƏF
OBASTAN VİKİ
"Sədərək" un dəyirmanı
1 saylı Şərur-Sədərək seçki dairəsi
Aleksandra sədəflisi
Aleksandra sədəflisi (lat. Argynnis alexandra) — Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ., == Təsviri == Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici — qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir. == Yayılması == Talış meşələri. == Həyat tərzi == Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır.
Dəmirçi (Sədərək)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə. == Statusu == Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular. 1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s.
Mirzə Cavad xan Sədəddövlə
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur. Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi. Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi. Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu.
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Novcadeh-i Sədət (Bostanabad)
Novcadeh-i Sədət (fars. نوجه ده سادات‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.918 nəfər yaşayır (431 ailə).
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Sədəf Tahiryan
Sədəf Tahiryan (fars. صدف طاهریان‎; 21 iyul 1988, Tehran) — İran aktrisası və model.
Sədəf adası
Sədəf adası (türk. Sedef Adası, yun. Τερέβινθος) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən kiçik adasıdır. Bizans imperiyası dönəmində sürgün yeri kimi istifadə edilirdi. Əvvəlki adı Terebinthosdur. Əvvəllər dovşanın bol olması ilə əlaqədar dovşan adası belə deyilirdi. Ada 1850-ci ildə Topxana müdiri Fəthi Əhmət Paşanın mülkiyyətinə verilmişdir. O, adaya zeytun ağacları əkdirmişdir. Paşanın ölümündən sonra ada baxımsız qalmışdır.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Sədəfi buludlar
Sədəfi buludlar və ya Perlamutr buludları — Stratosferdə 20–26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
Sədəfli
Sədəfli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Sədəf Yekəxanası olmuşdur. Tədqiqatçıların ehtimalma görə, oykonim kəndin ilk sakinlərindən olan Sədəf adlı şəxsin adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 335 nəfər əhali yaşayır. Kənd Mərəzə platosunda, Qarpızlı yaylasının yamacında yerləşir.
Sədənağac
Sədənağac (3 yanvar 1935-ci ildən: Güney) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. El arasında digər adı Hacı Qərib olub. Güney Göyçə mahalının ən qədim kəndlərindən olanSədənağac kəndi Göyçə gölünün sahilində, Basarkeçər-Çubuxlu yolunun üstündə, rayon mərkəzindən 25 km şimal-qərbdə, Basarkeçər –Çubuxlu yolunun üstündə, dəniz səviyyəsindən 2016 m hündürlükdə yerləşir. Kəndin eni 1,5 km, uzunluğu isə 3 km-dir. Kənd qərb tərəfdən Dərə kəndi ilə 3km, şərq tərəfdən Şişqaya kəndi ilə 7 km məsafədə həmsərhəd olaraq Kiçik Qafqaz sıra dağları cərgəsindəki Güney dağ silsiləsi ilə Göyçə gölü arasındakı düzənlik zolağında, soldan İtkəlləsi yüksəkliyi, sağdan "Qoca dağ" zirvəsinın ətəyində, Gədəbəy rayonunu (Qalakənd kəndindən keçməklə) Göyçə gölü ilə birləşdirən "Böyük yoxuş" yol aşırımının Göyçə gölü tərəfində yolun başlanğıcında, dağa qalxan hissəsində yerləşir. Bu yol Göyçə gölünün şimal sahilindən başlayaraq kəndin ortasından keçir və kənd qurtardıqdan sonra Yolçıxan ilə (Yolçıxan - yolun qayalıqlardan ibarət, təxminən 3-4 km uzunluğunda, yuxarı — dağa qalxan hissəsini göstərən toponim) Maralbulağı düzənliyinə qalxır, oradan Şahdağ silsiləsinin suayrıcındakı Qocadağ zirvəsinin (hündürlüyü 3317 m) sinəsində yerləşən "Mədədin yurdu" deyilən düzənlikdən keçib Böyükyoxuşa çatır və Qoca dağın sinəsindən aşağı şimala doğru enərək Şəmkir çayının sol sahili ilə Qalakənd kəndi, oradan isə Azərbaycanın digər bölgələri ilə birləşir. Sədənağac toponimi iki hissədən: "sədən" və "ağac" söz birləşmələrindən əmələ gəlmişdir. "Sədən" sözü farscada və azərbaycan dilində işlədilən "zədən" sözünün əsrlər boyu azca dəyişilmiş şəklidir. Mənaca "vurulmuş, zərbəyə məruz qalmış, zədələnmiş anlamındadır. Kəndin yerləşdiyi yer bir vaxtlar yüz illər yaşı olan nəhəng palıd ağaclarından ibarət qalın meşəlik olub.
Sədənrud mahalı
Sədənrud və ya Sərdərin mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Hacı Abdulla bəy idi. 1821-ci ildə 9 oba (Muğanlı, Türkman, Müsüslü, Murtı, Xəlilli, Kürd, Şıxlı, Bağırbəyli, Cakirli) və 37 kənddə (Bərgüşad, Qaracallı, Şıxəmir, Hacalı, Şəkili, Yalmən, Dulusçu çarxı Yenikənd, Qaziyan, Bığır, Çiyni, Çaxırlı, Əlikəndi, Şıxbəy, Mollahacılı, Qaraxıdır, Danabasan Türkədi, Məlikkəndi və Alpı, Kəlbəndə, Qurd, Şaharxı, Ləki, Çərəkə, Bevdəvil, Kürdşaban, Alxasova, Qulabənd, Çayarxı, Pirkəndi Küçəgədi, Qarabucaq, Şıxnəsir, Alpout, Şəkər, Keşxurd, Ərəb, Ərəb, Bozavand) 1210 ailə yaşayırdı. Sərdərin mahalının sakinləri əkinçilik, maldarlıq, xalçaçılıq, üzümçülük və baramaçılıqla məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Sədəqiyan (Salmas)
Sədəqiyan (fars. صدقيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 954 nəfər yaşayır (197 ailə).
Sədəqə
Sədəqə (din)
Sədəqə (Urmiya)
Sədəqə (fars. صداقه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 307 nəfər yaşayır (85 ailə).
Sədəqə (din)
Sədəqə — Allah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır.
Sədərək döyüşləri
Sədərək döyüşləri — 1990–1993-cü ildə Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Ermənilərin Sədərəyə, ümumən Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdən başlamır. 1918–1920-ci illərdə Sədərək əhalisinin ermənilərə qarşı apardığı mübarizədə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş "Qırmızı Tabor"un böyük xidmətləri olub. Qırx nəfəri sədərəkli olan "Qırmızı Tabor"un əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmayanda "Qırmızı Tabor"un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində daşnak dəstələrini susturmuşdur. Moskva və 1921-ci il oktyabr ayının 13-də imzalanmış Qars müqavilələrinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr torpaq sahəsi Ermənistan SSR-ə verilmişdir. Nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi.
Sədərək (qədim yaşayış yeri)
Sədərək yaşayış yeri Araz çayının sol sahilində Naxçıvan MR eyni adlı kəndindən cənub-şərq tərəfə geniş bir ərazini əhatə edən orta əsr şəhərtipli iri yaşayış yeri. Abidə ərazisində kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində daş və bişmiş kərpicdən inşa edilmiş yaşayış evlərinin qalıqları, külli miqdarda maddi mədəniyyət nümunələri aşkar edilmiş, yaşayış məskəninin su təchizatına dair maraqlı materiallar əldə olunmuşdur. Tapıntılar arasında şirli və şirsiz saxsı məmulat daha çoxdur. Buradan pəncərə şüşələrinin qırıqlarının tapılması da qeyd olunmalıdır. Arxeoloji kompleks Sədərək orta əsr şəhərtipli yaşayış yerinin IX-XVIII yüzilliklərdə mövcud olduğuna dəlalət edir .
İbrahim Ədhəm Sədəf
İbrahim Ədhəm Sədəf (1980, Yozqat ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. İbrahim Ədhəm Sədəf 1980-ci ildə Yozqat ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Yozqatda alıb. İstanbul Okan Universiteti İdarəetmə Bölməsindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Uzun illərdir MHP üzvüdür. 2006-2014-cü illərdə MHP Yozqat ilçə sədri olub. 2015 və 2017-ci illərdə MHP Yozqat il sədri seçilib. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Yozqat ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.
Sədəqəçi ordenlər (Katolik kilsəsində)
Sədəqəçi və ya dilənçi ordenlər, Katolik kilsəsi daxilində XII-XIII -cü əsrlər arasında yaranan və öz üzərlərində ilkin olaraq yoxsulluq andının verilməsini tətbiq edirdilər. Özü də bu, təkcə ordenin ayrı-ayrı üzvlərinin şəxsi vəsaitinin deyil, həm də bütün ordenin özünün və bütün üzvlərinin sahib olduqları bütün əmlaklarından imtina etməsini nəzərdə tuturdu. Ordenin və onun üzvlərinin nə pulu, nə də əmlakı ola bilməzdi. Onlar, bütün vaxt və enerjilərini ancaq Allaha ibadətə sərf etmək üçün ruzilərini ancaq sədəqə toplamaqla əldə edirdilər. Bu ordenlərin üzvləri şəhərləri gəzir, xristian dinini yayır, vaizlər oxuyur, monastrlarda gecələyir, sədəqə ilə qidalanırdılar. Orden üzvləri rahib yox qardaş (frer və ya freder) adlanırlar. == Xristianlıqda sədəqəçi (dilənçi) ordenlər == === Fəaliyyət göstərən ordenlər === İkinci Lion məclisi (1274-cü il) XIII əsrin birinci yarısında yaranan dörd əsas ordeni qəbul etmişdir. Karmelitlilər (Karmelo dağı Müqəddəs Bakirə Məryəm qardaşları ordeni), tarixi mənbələrdə ilk dəfə 1155-ci ildə adı çəkilmişdir və onların islahatçı qanadı olan Ayaqyalın karmelitlər (XVI əsrdə yaradılmışdır); Fransiskanlılar (Kiçik qardaşlar ordeni), 1209-cu ildə yaradılıb; Dominikanlılar (Vaizlər ordeni), 1216-cı ildə yaradılıb; Avqustinlilər (Müqəddəs Avqustin təkliyə çəkilənlər), 1244-cu ildə yaradılmışdır. === Keçmişdə olan ordenlər === === Olub dağılanlar === Ambrozianlılar və ya Fratres Şanti Ambrosii ad Nemus, 1378-ci ilədək fəaliyyət göstərmislər, lakin 1650-ci ildə Papa X İnnokenti tərəfindən yetirilmişdir; Monte Malbeli Fratiçell ordeni, Peruca yaxınlığındakı Monte Malbedə XlV əsrdə yaradılmış, lakin əsrin sonunda dağılmışdır; San İppolito hospitalyerlər və ya San İppolito mərhəmət qardaşları ordeni, 1700-cu ildə Meksikada yaradılmış, Roma tərəfindən sədəqəçi orden kimi qəbul olunmuşdur. XVlll əsrdə başqa ordenə birləşmişdir; Jesuati və ya Clerici apostolici Sancti Hieronymim (Müqəddəs İeronim) ordeni, 1360-cı ildə yaradılıb, 1688-ci ildə Papa Klement tərəfindən ləğv olunub; Sakkati və ya "Kisə qardaşları" (Fratres Saccati) ordeninin tarixi məlum deyil; Səlibçi qardaşlar (Crutted Friars) və ya səlibçilər (Fratres Cruciferi) ordeni - çarmıxa cəkilmiş xaç təfsiri olan əsa gəzdirdiklərinə görə belə adlandırılmışlar, 1100-cu ilə qədər mövcud olmuş, 1656-cı ildə Papa Aleksandr tərəfindən ləğv edilmişdir.

Значение слова в других словарях