SƏHABƏLƏR

İslamı qəbul etmiş, Məhəmməd peyğəmbəri görmüş, onu dinləmiş ardıcılları, tərəfdarları və yaxınlarıdır. İslamda səhabə sayılmaq üçün onların həyatlarının sonuna kimi müsəlman qalmaları şərti vardır. Reyğəmbəri görmüş və İslamı qəbul etmiş, daha sonra dini etiqadından dönən, başqa inancları dini etiqad kimi seçən insanlar səhabə hesab edilmirlər. Ancaq onlardan kimsə inancından döndükdən sonra, yenə də təkrar İslama qayıtmışdırsa səhabə sayılmışdırlar. Peyğəmbərin əhli-beyti, eləcə də onunla görüşmüş uşaqlar da səhabələr hesab edilirlər. Məhəmmədin peyğəmbərliyindən öncə onunla görüşənlər, ancaq sonra onu görməyənlər səhabə sayılmırlar. Peyğəmbərlə görüşmüş, İslamı isə yalnız onun vəfatından sonra qəbul etmiş müsəlmanlar da səhabə deyildirlər. Məhəmməd peyğəmbərin ilk səhabəsi onun həyat yoldaşı Xədicə, sonuncusu isə 100/729-cu ildə vəfat edən Əbu Tufeyl Əmir Vasil oğlu Leysi Kinani olmuşdur. Bəzi rəvayətlərə görə Məhəmməd peyğəmbərin vəfatına qədər onun səhabələrinin sayı 114000 nəfərə çatmışdır. İslam dininin bütün sahələrinin düzgün anlaşılması üçün Məhəmməd peyğəmbərin, onun əhli-beytinin və səhabələrinin həyatlarını yaxşı bilmək vacibdir. Buna görə İslam tarixçiləri əsərlərində onların həyatlarının bütün tərəflərini işıqlandırmışdırlar. Onların kitablarında əlifba düzülüşü ilə peyğəmbərin 10000-ə yaxın səhabəsinin həyatları qələmə alınmışdır. Səhabələrdən bəziləri peyğəmbərə daha yaxın olmuş, İslamın inkişaf etməsində böyük işlər görmüşdürlər. Digərlərinin isə o qədər də böyük fəaliyyəti olmamışdır. Bilik baxımından səhabələrin arasında böyük fərqlər olmuşdur. Məhəmməd peyğəmbərə ən yaxın olan səhabələr digərlərindən fərqləndirilir. Onları Əshabül-Kiram adlandırırlar. Onlar İslamın inkişafı üçün böyük işlər görmüş, Məhəmməd peyğəmbərə yardım edərək İslam idealları uğrunda varlarını, həyatlarını da qurban etmişdirlər. Müsəlmanlar onlara qarşı böyük sevgi bəsləyirdilər. Bir çox alimlərə görə peyğəmbərin səhabələri doğru və inanclı insanlar olmuşdurlar. Kitablarda onların hər birinin adları anılandan sonra, “Allah onlardan razı olsun” sözləri qeyd edilir. Quran (9: 100, 48: 18) və hədislərdə səhabələr haqqında fikirlər mövcuddur. Məhəmməd peyğəmbərin səhabələri onun irsinin qoruyucuları, eləcə də davamçıları olmuşdurlar. Onların səyləri nəticəsində erkən İslam tarixi, peyğəmbərin həyatı, onun hədisləri günümüzə gəlib çatmışdır. Xilafətin genişlənməsindən sonra səhabələr Ərəbistandan dörd bir tərəfə yayılaraq İslamın təbliğinə başlamışdırlar. Orada onlar yerli xalqları İslamın əsasları ilə tanış etmiş, Quranın təcvidi, eləcə də təfsirini öyrətmiş, peyğəmbərin həyatı haqqında onlara məlumatlar vermişdirlər. Aralarında ən bilikli olanlar isə Xilafətin müxtəlif mədəni mərkəzlərində fiqhi, etiqadi məzhəblərin əsaslarını qoymuşdurlar. Bununla da, səhabələr İslamın dünya dininə çevrilməsində böyük rol oynamışdırlar.
SƏFİYYƏ BİNT HÜYEY
SƏHİH HƏDİSLƏR
OBASTAN VİKİ
Məhəmməd peyğəmbərin səhabələri siyahısı
Əbu Bəkr Ömər Osman Əli Əbu Rafe əl-Qibti Əbu Leyla əl-Ğəffari Əbu Fəzalə əl-Ənsari Əbu Sufyan Əbu Haris ibn Əbdulmuttəlib əl-Haşimi Əbu Hüreyrə Ayətullah Şeyx Usamə Ali Şeyx Bilal Nəcəfinin araşdırmaları Məhəmməd peyğəmbərin qeyri-ərəb səhabələrinin siyahısı (en) Tabein "Əhli beyt (ə.s) məktəbində adil sayılan səhabələr" ( (az.)). saqaleyn.wordpress.com. 2013-02-16. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Məhəmməd peyğəmbərin səhabələrinin siyahısı

Məhəmmədin səhabələrinin siyahısı

Səhabələrin siyahısı

Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi. Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər.