SƏNUSİLƏR

Şimali Afrikada sufi qardaşlığı birliyinin ardıcıllarıdırlar. Onun yaranması Məhəmməd ibn Əli Sənusinin (1791 – 1859) adı ilə bağlıdır. O, Əlcəzairdə doğulmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş, özünü maliki hüquq məzhəbinin davamçısı saymışdır. Mənəvi yetkinləşmə yoluna o, Hidrilər adlı sufi qardaşlığının şeyxi Əhməd ibn İdrisin rəhbərliyi altında başlamışdır. Ticani adlı sufi qardaşlığının yaradıcısı Əhməd Ticaninin ideyaları ona böyük təsir göstərmişdir. Sonralar Sənusi öz sufi qardaşlığının əsaslarını qoymuşdur. O öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif sufi qardaşlığına başçılıq etmişdirlər. Sənusilər İslamın ilkin saflığına qayıtmağa çağırmış, dinə sonradan gətirilmiş bidətlərdən çəkinmək yolu ilə müsəlmanlar arasındakı qarşıdurmaları aradan qaldırmaq istəmişdirlər. Bu qardaşlıqda səssiz zikrlər oxunmuş, coşqu vasitəsi ilə trans durumlarına girmək, oynamaq qadağan edilmişdir. Onlar müqəddəslərin məzarlarının ziyarət edilməsini yasaq etməmiş, Məhəmməd peyğəmbərə özəl dualar oxumuşdurlar. Sənusilər ölkə hakimiyyətinin şəriət üzərində qurulmasının tərəfdarları idilər. Sənusi qardaşlığı Liviya, Əlcəzair, eləcə də Şimali Afrikanın digər bölgələrində, bundan başqa Hicaz və Sudanda yayılmışdır. Qardaşlığın ardıcılları bu bölgələrin siyasi həyatında aktiv iştirak etmişdirlər. XIX – XX əsrlərdə onlar Avropa müstəmləkəçilərinə, xüsusən də italyanlara qarşı mübarizə aparmışdırlar.
SƏMUD
SƏRİYYƏLƏR
OBASTAN VİKİ
Sənusilər
Sənusilər — Şimali Afrikada Məhəmməd ibn Əli Sənusi (1791–1859) tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar. Məhəmməd ibn Əli Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir. Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin — Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər. Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Həzrət Məhəmməd peyğəmbərə (s) xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır.
Sənusilər təriqəti