SƏNDƏLİ
SƏNƏDLİ
OBASTAN VİKİ
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Sənəd-yönlü verilənlər bazası
Sənəd-yönlü verilənlər bazası (ing. document-oriented database) — əsasən sənədləri bir vahid olaraq saxlamaq üçün nəzərdə tutulmuş NoSQL tipli verilənlər bazasıdır. Ənənəvi relasional verilənlər bazalarından fərqli olaraq, sənəd-yönlü bazalar məlumatları cədvəl və sətirlər şəklində deyil, sənədlər şəklində saxlayır. Bu sənədlər adətən JSON, BSON, XML və ya digər formatlarda olur. == Əsas xüsusiyyətləri == Elastik məlumat strukturu Məlumatlar sabit bir sxemaya bağlı olmadan saxlanılır, bu da sxema dəyişikliklərini sadələşdirir. Yüksək performans Böyük həcmdə məlumatların tez bir zamanda sorğulanması və işlənməsi mümkündür. Paylanmış memarlıq Verilənlər bazası müxtəlif serverlər üzərində paylanmış şəkildə işləyə bilər, bu da onun şkalabilməsini təmin edir. Asan inteqrasiya Xüsusilə müasir veb tətbiqləri ilə asan inteqrasiya olur, çünki JSON kimi formatlar geniş istifadə olunur. Sənəd anbarında olan sənədlər obyektin proqram təminatı anlayışına təxminən bərabərdir. Onlardan standart tərtibata riayət etmək tələb olunmur və onların hamısı eyni bölmələrə, yuvalara, hissələrə və ya açarlara malik olmayacaq.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur. 2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır. 18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb. Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes — kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
"Rossiya" açıq sənədli filmlər festivalı
"Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı. == Tarixi == "Rossiya" açıq sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən bəri hər il keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Yaddaş" Sənədli Filmlər Studiyası
== Tarixi == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Yaddaş" Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var. Direktor: Cavid İmamverdiyev Prodüser: Xanlar Cəfərov əməkdar mədəniyyət işçisi Rejissor-operator: Nizami Abbas əməkdar incəsənət xadimi Rejissor: Mübariz Nağıyev == Mənbə == Zaur Məhərrəmov.
ABŞ diplomatik sənədlərinin açıqlanması
ABŞ diplomatik sənədlərinin açıqlanması 2010 il noyabrın 28-də baş vermişdir. "Wikileaks.org" saytının ABŞ Dövlət Departamentinin məxfi sənədlərini kütləvi dərc etməsi. Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərinin məktub, teleqram və yazışmalarını açıqlayan sayt artıq 251288 sənədi dərc etmişdir. Onların 15500-dən artığı ABŞ-nin dünya ölkələrindəki 274 səfirlik və diplomatik nümayəndəliklərinin Vaşinqtona yolladığı məlumatlarda Vaşinqtondan aldığı xəbərlərdir.
IETF sənədlər seriyası
IETF sənədlər seriyası (ing. Request for Comments) – İnternetin “quruluşunu” (məsələn, TCP/IP standartlarını) müəyyən edən IETF sənədlər seriyası (standartlar, təlimatlar, işçi qrupların hesabatları və s.). ISOC üzvü olan istənilən şəxs RFC-də dərc olunmaq üçün sənədi müzakirəyə təqdim edə bilər. Dərc olunan sənədə nömrə verilir. Dərc olunmuş variant heç vaxt dəyişdirilmir, dəyişdirilmiş variant yeni nömrə alır, ona görə də verilmiş standartın son RFC-lərini tapmaqda problem olur. 1969-cu ildən buraxılışına başlanmış belə sənədlərin sayı bir neçə mindir. RFC ödənişsizdir və hamı üçün açıqdır. Standart kimi nəzərdən keçirilən sənəd standartın işlənib hazırlanması, testlənməsi və təsdiqinin bütün mərhələləri keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir. Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur. Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir. == Kitabın təqdimatı haqqında == Kitabın təqdimatı 2009-cu il aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında keçirilmişdir.
Milli Arxiv və Sənədlər İdarəsi (ABŞ)
Milli Arxiv və Sənədlər İdarəsi (ing. National Archives and Records Administration (NARA)) və ya sadəcə ABŞ Milli arxivi — Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir. 1984-cü ildə yaradılmışdır. Milli Arxiv Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Bəyannaməsi, ABŞ Konstitusiyası, Hüquqlar haqqında Bill kimi fundamental tarixi sənədlərin orijinallarının saxlanmasına, ABŞ hökumətinin fəaliyyətinin sənədləşdirilməsinə, həmin sənədlərə ictimaiyyətin çıxışının sərhədlərinin genişləndirilməsinə cavabdehdir. NARA rəsmi olaraq ABŞ Konqresi Aktlarının, Prezident müraciətlərinin və icra sərəncamlarının və federal qaydaların hüquqi cəhətdən dəqiq və nüfuzlu nüsxələrinin saxlanması və dərc edilməsi üçün məsuliyyət daşıyır. NARA-nın Baş Administratoru Amerika Birləşmiş Ştatlarının arxivariusudur və o, ABŞ Konstitusiyasına düzəlişlərin ştatların qanunvericilik orqanları tərəfindən qəbul edilməsinə dair rəsmi sənədləşməyə nəzarət edir.
Mətn sənədi və onun obyektləri
Kompüterdən ən geniş istifadə olunan sahələrdən biri mətnlərin hazırlanmasıdır. Mətnlər hazırlanarkən çox zaman bir neçə dəfə dəyişdirilir. Kağızda edilən hər hansı dəyişikliyin izi qalır və buna gorə də istənilən kompüterdə mətnlərlə işləmək üçün xüsusi proqramlar – mətn redaktorları quraşdırılıb. Mətn redaktorunda hazırlanmış istənilən mətnə, ona daxil edilmiş mətn olmayan materiallarla birlikdə sənəd (document) deyilir. Mətn sənədinin obyektləri aşağıdakılardır: simvol, sətir, abzas, mətn cədvəl düstur diaqram rəsim, şəkil və s. Mətn redaktorunda yaradılan ən kiçik obyekt "simvol"dur.
Naxçıvan Əlyazma Sənədləri
Naxçıvan Əlyazma Sənədləri — Kəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər). Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, Türkiyə və Rusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.
O sizə Dimon deyil (sənədli film, 2017)
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Panama sənədləri
Panama sənədləri (ing. Panama Papers) — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd. Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir. Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir. Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Qafqaz Neoliti (sənədli film)
Qafqaz Neoliti — sənədli film. Azərbaycan Dövlət Televiziyası — Azərbaycantelefilm Yaradıcılıq Birliyinin istehsalı. "Qafqaz Neoliti" sənədli filmində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələri əks olunmuşdu. Filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. Sənədli film Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacaq. "Qafqaz Neoliti" filminin ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, prodüseri Xalq artisti, Ramiz Həsənoğlu, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir. Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dövlət Televiziyası – “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Qafqaz Neoliti” sənədli filminin təqdimatı keçirilib. Tədbiri Milli Məclisin deputatı Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd olunub ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb.
Natiq Qasımov (sənədli film)
Natiq Qasımov sənədli filmi — 24 fevral 2017-ci ildə təqdimatı keçirilmiş sənədli film. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. Film 2016-cı ildə çəkilmişdir. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Rejissor Elçin Musaoğlu isə film haqqında bunları söyləyib: Mən əvvəl bu filmi müstəqil çəkmək istəyirdim, maliyyə tapa bilmədim. Millətçilikdən danışan adamlara da müraciət etdim, bir şey çıxmadı. Sonra prodüser Müşfiq Hətəmovla danışdım, filmin mövzusu, ideyası xoşuna gəldi və dedi ki, sənə mütləq dəstək olacam. Müşfiq bəy Mədəniyyət Nazirliyinə film haqqında danışdı və nəhayət, maliyyəni əldə edə bildik.
Oğul (sənədli film)
Oğul sənədli filmi — 2022-ci ildə təqdimatı keçirilən sənədli film nəzərdə tutulur. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. “Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: Bu ad doğrudan da yadımda deyil.
Xarıbülbül əfsanəsi (sənədli filmi)
Almaniyya Sinti və Roma Sənədləşdirmə və Mədəniyyət Mərkəzi
Almaniyya Sinti və Roma Sənədləşdirmə və Mədəniyyət Mərkəzi — Almaniyanın Heydelberq şəhərində yerləşən mədəniyyət mərkəzi. 1990-cı illərin əvvəllərində Porraymos zamanı Nasional Sosialist Partiyası tərəfindən öldürülən sinti və romanilərin xatirəsinə abidə olaraq yaradılmışdır. Qurbanlardan hekayələr toplayan, araşdırma aparan və konversiya edən bir neçə illik genişləndirmə işindən sonra bina kompleksi 16 mart 1997-ci ildə təntənəli şəkildə ictimaiyyətə açılmışdır. Layihəyə soyqırımından sağ qalmış bir çox qaraçı və sinti dəstək göstərmişdir. Bu, Porraymos ilə bağlı dünyada ilk daimi sərgidir. Sənədləşdirmə Mərkəzi üç səviyyədən ibarətdir və demək olar ki, 700 kvadratmetr ərazini əhatə edir. Müəssisə Heydelberq şəhəri tərəfindən dəstəklənən Almaniya Sinti və Roma Mərkəzi Şurası tərəfindən idarə olunur. Almaniya Federal Hökumətinin və Baden-Vürtemberq torpağının xüsusi fondlarından maliyyə dəstəyi alır.
Səyahət sənədi
Səyahət sənədi, bir icmanın bir ölkədən və ya dövlətdən digər dövlətə gedərkən hətta pasportsuz da gedə biləcəyi ölkələr üçün pasport polisi tərəfindən verilən sənəddir. Pasportlarını xaricdə itirən (yeni pasport almaq üçün kifayət qədər vaxtları olmadıqda) vətəndaşlar dərhal vətənə qayıtmaq istədikdə; öz adlarına səyahət bileti və ya rezervasiya təqdim etdikdə konsulluqlar tərəfindən verilən müvəqqəti sənəddir. Etibarlılıq müddəti maksimum bir ay müddətinə olur və cari ölkədən qayıtmaq üçün yalnız birtərəfli formada verilir. Bu sənəddən üçüncü bir ölkəyə səyahət məqsədi üçün istifadə etmək mümkün deyildir.
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında
Çox sənədli interfeys
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
İctimai-Siyasi Sənədlər Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.

Значение слова в других словарях