TÖRƏMƏ RELYEF

1) hər hansı qədim relyefin üzərində yaranmış relyef. Məs: Şərqi Avropa düzənliyində Pleystosen buzlaşması vilayətinin müasir erozion relyefi; 2) endogen proseslərlə yaranmış ilkin relyefdə ekzogen proseslərin əmələ gətirdiyi relyef. Р–вторичный рельеф secondary relief
TÖRƏMƏ MULDA
TÖRƏMƏ TERRAS
OBASTAN VİKİ
Törəmə
Törəmə — funksiyanın hər hansı verilmiş bir nöqtədə dəyişmə sürətini göstərir. y=f(x) funksiyası hər hansı a nöqtəsində kəsilməzdirsə, arqumentin sonsuz kiçilən artımına funksiyanın da sonsuz kiçilən artımı uyğun olur ki, bu təklifin əksi də doğrudur. Yəni arqumentin a nöqtəsindəki sonsuz kiçilən artımına funksiyanın da bu nöqtədə sonsuz kiçilən artımı uyğundursa, funksiya bu nöqtədə kəsilməzdir. Arqument artımı sifra yaxınlaşdıqda funksiya artımının arqument artımına nisbətinin limiti varsa, bu limitə f(x) funksiyasının a nöqtəsində törəməsi deyilir. Əgər Δ x {\displaystyle \Delta x} →0 şərtində Δ y Δ x = f ( x + Δ x ) − f ( x ) ( Δ x ) {\displaystyle {\frac {\Delta y}{\Delta x}}={\frac {f(x+\Delta x)-f(x)}{(\Delta x)}}} nisbətinin sonlu limiti varsa, onda həmin limitə y=f(x) funksiyasının x nöqtəsində törəməsi deyilir. Verilmiş x nöqtəsində törəməsi olan funksiyaya həmin nöqtədə diferensiallanan funksiya deyilir. (a, b) intervalının hər bir nöqtəsində törəməsi olan funksiya həmin intervalda diferensiallanan funksiya adlanır. Funksiyanın törəməsini tapmaq əməlinə həmin funksiyanın diferensiallanması deyilir. Eksponensial və alqoritmik funksiyalar: d d x e x = e x . {\displaystyle {\frac {d}{dx}}e^{x}=e^{x}.} d d x a x = ln ⁡ ( a ) a x .
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Törəmə landşaftlar
Törəmə landşaftlar — təbii-antropogen landşaftlar olub hazırda və ya keçmişdə insanın təsərrüfat fəaliyyəti nəticəsində ilkin landşaftların yerində formalaşmış landşaftlar. Bu landşaftlar özü-özünü təbii nizamlama prosesləri sayəsində on illər və ya ilk yüz il ərzində nisbətən sabit (dayanıqlı) vəziyyətdə qalır. Törəmə landşaft qrupuna bir sıra misallar göstərmək olar. Bura Rusiya düzənliyinin xırdayarpaq meşələri (tozağacı və titrəkyarpaq qovaq meşələri), Aralıq dənizi sahili tipli kserofıt kolluqları, deqradasiyaya uğramış bozqırları, transformasiyaya uğramış savannaları, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda fıstıq və palıd, ardıc və s. meşələrin yerində formalaşmış vələs, dəmirqara meşələrini, müxtəlif şiblək tiplərini göstərmək olar. Bu kateqoriyaya aid olan bütün landşaftlar üçün ümumi cəhət insan tərəfindən çox dəyişilmiş bitki qruplaşmalarının (törəmə bitkilik) kəskin nəzərə çapmasıdır. Bununla yanaşı, torpağın, mikroiqlimin və landşaftın digər komponentlərinin xüsusiyyətlərinin dəyişməsi də baş verir.
Törəmə meşələr
Törəmə meşələr – İnsan fəaliyyətinin və təbii (kortəbii) hadisələrin təsiri ilə dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi, quruluşu, məhsuldarlığı, ilkin meşələrə xas olan meşəbitmə şəraiti və digər xassələri dərindən dəyişir. Törəmə meşələr ağacların təbii əvəz olunması və təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları) öz ilkin vəziyyətinə bərpa olunması intensivliyindən asılı olaraq qısa müddətli, uzunmüddətli və davamlı uzunmüddətli törəmə meşələrə.bölünür. Qısa müddətli törəmə meşələrdə bu proses əsas meşəyaradan ağac cinsinin (edifikatorun) bir nəslinin həyat müddətində Uzunmüddətli törəmə meşələrdə 2–3 nəsil, davamlı uzunmüddətli törəmə meşələrdə isə 3 nəsildən artıq müddətdə başa çatır. Azərbaycan respublikasında ilkin palıd və fıstıq meşlərinin yerinə törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə tutur.
Törəmə müəssisə
Törəmə müəssisə — başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır. Filiallar iş həyatının ümumi bir xüsusiyyətidir və bütün transmilli şirkətlər öz fəaliyyətlərini bu şəkildə idarə edirlər. Başqa bir (əsas) iş ortaqlığı və ya bir şirkət, nizamnamə kapitalında üstün iştirak səbəbi ilə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq və ya başqa bir şirkətin qəbul etdiyi qərarları müəyyən etmək imkanına malik olduqda hüquqi mövqedə olan bir iş şirkəti (Maddə 67.3) Rusiya Federasiyasının Mülki Məcəlləsi). İqtisadi baxımdan törəmə müəssisə, əmlakının bir hissəsini tam iqtisadi yurisdiksiyaya verərək başqa bir müəssisə (təsisçi) tərəfindən hüquqi şəxs kimi yaradılan bir müəssisədir. Törəmə müəssisənin təsisçisi cəmiyyətin nizamnaməsini təsdiq edir, rəhbərini təyin edir və şirkət haqqında qanunvericilik aktlarında nəzərdə tutulmuş törəmə müəssisəyə münasibətdə digər sahibkar hüquqlarını həyata keçirir. "Nəzarət" sözü və onun törəmələri fərqli məzmunlarda fərqli mənalara sahib ola bilərlər. Bu anlayışlar qanunun müxtəlif sahələrində (məsələn, korporativ hüquq, rəqabət hüququ, kapital bazarları haqqında qanun) və ya mühasibatlıqda fərqli mənalara sahib ola bilər. Məsələn, A şirkəti B şirkətinin səhmlərini satın alırsa, əməliyyatın birləşmə nəzarətinə məruz qalmaması olduqca mümkündür (çünki şirkətin B şirkətinin rəqabət qanunlarına uyğun olaraq səhmlərin satın alınmasından əvvəl idarə olunduğuna inanılırdı), lakin eyni zamanda A şirkətindən Müvafiq mühasibat qaydalarına uyğun olaraq B Müəssisəsini maliyyə hesabatlarına birləşdirməyə başlamağınız lazım ola bilər (satın alınmadan əvvəl mühasibat uçotu məqsədləri üçün ortaq müəssisə kimi istifadə edildiyi üçün). Nəzarət birbaşa ola bilər (məsələn, əsas ana müəssisə birbaşa birinci dərəcəli törəmə müəssisəni idarə edir) və ya dolayı (məsələn, son ana ikinci və aşağı səviyyəli törəmə şirkətləri dolayı yolla birinci səviyyəli törəmə şirkətlər vasitəsilə idarə edir). rus dilində Борисов А. Б. Большой экономический словарь.
Xüsusi törəmə
Xüsusi törəmə, çoxdəyişənli funksiyanın digər dəyişənləri sabit saxlanmaqla bir dəyişənə görə törəməsidir. f ( x , y , … ) {\displaystyle f(x,y,\dots )} funksiyasının x {\displaystyle x} dəyişəninə görə xüsusi törəməsi ∂ f ∂ x = lim h → 0 f ( x + h , y , . . . ) − f ( x , y , . . . ) h {\displaystyle {\frac {\partial f}{\partial x}}=\lim _{h\to 0}{\frac {f(x+h,y,...)-f(x,y,...)}{h}}} kimi təyin olunur. f {\displaystyle f} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi f x ′ , f x , ∂ x f , D x f , D 1 f , ya da ∂ ∂ x f {\displaystyle f'_{x},f_{x},\partial _{x}f,\ D_{x}f,D_{1}f,{\text{ ya da }}{\frac {\partial }{\partial x}}f} kimi də ifadə oluna bilər. Bəzi hallarda, təyin olunmuş z = f ( x , y , … ) {\displaystyle z=f(x,y,\ldots )} funksiyası üçün z {\displaystyle z} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi ∂ z ∂ x {\displaystyle {\tfrac {\partial z}{\partial x}}} kimi ifadə edilir.
Akkumlyativ relyef
Akkumulyativ relyef
Antropogen relyef
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Barik relyef
Barik relyef — Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Biogen relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Çalalı relyef