TÖVRAT

Allahın Musa peyğəmbərə nazil etdiyi müqəddəs kitabdır. Tövrat Quranın 3: 48, 5: 43, 62: 5 kimi surə və ayələrində anılmışdır. Rəvayətlərə görə Tövratın 40 bölümü (cüzləri), bunların da hər birinin 1000 ayəsi olmuşdur. Tövratı yalnız Musa, Harun, Yuşa, Üzeyir, İsa əzbərdən bilmişdirlər. Babil kralı Buhtunnəsr Qüdsü ələ keçirdikdən sonra, Tövratın lövhələrini məhv etmişdir. Bundan sonra onun bəzi şifahi yolla rəvayət edilən söyləntiləri İsrail oğullarının arasında yayılmışdır. Müsəlman ilahiyyatçılarının çoxusuna görə bir neçə əsr keçdikdən sonra onlar bir kitabda toplansa da, bu Musa peyğəmbərin gətirdiyi Tövrat olmamışdır. Quran nazil olunduqdan sonra Allah Tövratın hökmünü ortadan qaldırmışdır. Ancaq, bəzi İslam alimləri Tövratın təhrif olunmadığını da qeyd etmişdirlər.
TÖVHİD
TUR DAĞI
OBASTAN VİKİ
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Nömrələr (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.

Digər lüğətlərdə