TÜND

TÜND I sif. Acı, bərk (çay). İndi də dalbadal tünd çay içməsi, çörək yeməməsi göstərirdi ki, Göyçək doğrudan da möhkəm acıqlanıbdır (Ə.Vəliyev).

TÜND II sif. Xasiyyəti pis olan, ağır olan, hirsli. Xasiyyətiniz bir az tünddür, ondan qorxuruq (S.Rəhman).

TÜND III sif. Açıq olmayan, tutqun (rəng). İti çənəsinin altında qara sapla tikilmiş tünd qırmızı düymə qalmışdı (N.Həsənzadə).

TÜMƏN
TÜTÜN

Значение слова в других словарях