türkçü

türkçü
türkcələşmək
türkçülük
OBASTAN VİKİ
Türkçülük
Türkçülük, Türkizm və ya Pantürkizm — bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını məqsəd görən siyasi düşüncədir. 1880-ci illərdə Rusiya imperiyasının türk ziyalıları arasında yaranmış və türk xalqlarının mədəni və siyasi birliyini məqsəd görən ictimai-siyasi hərəkat. 1804-cü ildə tatar əsilli ilahiyyatçı Kursavi İslam dinində müasirləşmə iddiasını irəli sürən bir traktat yazmışdır. Kursavi eyni zamanda Cədidçilik (ərəb. 'cədid' – 'yeni') dini təfəkkürünün əsasını qoymuşdur ki, bu düşüncə etirassız loyallıq əvəzində tənqidi təfəkkürü təşfiq etmişdir. Cədidçilik müsəlmanlar üçün təhsili, cins bərabərliyini, fərqli dinlərə qarşı tolerantlığı, türk mədəni birliyini və Avropa mədəni dəyərlərinə bağlılığı təbliğ etmişdir. 1843-cü ildə Kazan şəhərində Cədid hərəkatının əsası qoyulmuşdur. Hərəkat, yarı-dünyəvi müasirləşdirməni və təhsildə islahatları özünə məqsəd götürdüyü halda, tarxidə ilk dəfə dindən müstəqil Türk milli kimliyini irəli sürmüşdür. Görkəmli Krım tatar yazıçısı və ictimai xadimi, İsmayıl Qaspiralı, 1883-cü ildən dərc etdiyi "Tərcüman" qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında birləşməsini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu.
Türkçülük günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. Türkman Şəhidlər Günü Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu
Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu — türkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında bəhs edən kitab Aydın Balayev tərəfindən yazılıb. Kitabda türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib. Tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər "TEAS Press" Nəşriyyat Evi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.
Türkçülüyün əsasları
Türkçülüyün əsasları — Ziya Gökalpın 1923-cü ildə çap elədiyi, Türk millətçiliyinin bütün fikir və təkliflərini bir sistem bütünlüyü içində ortaya qoyan, yazıçının müxtəlif zamanlarda yazmış olduğu, sınaqlardan keçirdiyi sosioloji kitabdır. Türk millətçiliyinin təməl əsərlərindən biri hesab olunur. Mustafa Kamal Atatürkün də güclü şəkildə təsirləndiyi, etdiyi inqilablarda və dəyişiklərdə rəhbər tutduğu əsərlərdən biridir. Müxtəlif dövrlərdə rəsmi və özəl qurumlar tərəfindən nəşr edilmişdir. Bunların içində əsəri qismən sadələşdirənlər olduğu kimi, əsərin dil və üslubunu tamamən dəyişdirmiş olanlar da vardır. Türkçülüyün tarixi Türkçülük nədir?
Türkçülüyün əsasları (kitab)

Türkçülər günü