Məhəmməd (ad)
Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub.
Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır.
Muhəmməd (Muhammad مُحَمَّد),Muhammed,Mohamed,Mahammad(Məhəmməd),Mohammed və Mohamad:Ərəb ölkələri
Mohəmməd(Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan
Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet :Türkiyə,Albaniya
Muhammed, Muhamed:Bosniya və Herseqovina
Mamadou:Seneqal
Mahometus:Latın dilində
Maometto:İtalyan dilində
Μωάμεθ (Moameth):Yunan dilində
Mahoma:İspan və Katalan dillərində
Mamede: Qalisiya dilində
Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində
Maxamed:Somali dilində
Мұхаммед (Mukhammed-Muxamed):Qazax dilində
穆罕默德 (Mùhǎnmòdé): Çin dilində
Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində
Məhəmməd:Peyğəmbər, İslam dininin banisi
Məhəmməd Füzuli:görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri.
Şeyx Məhəmməd Xiyabani:İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi.
Məhəmməd Cahan Pəhləvan: Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu.
Məhəmməd ibn Heysam: Şirvanşahlar dövlətinin ikinci hökmdarı
Məhəmməd Hacıyev (işıqçı):işıqçı
Məhəmməd ibn Zəkəriyə əl-Razi:Fars tibb və kimya elm adamı
Məhəmməd Musaddıq:28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri.
Məhəmməd Behişti:İranın Ədliyyə başçısı
Məhəmməd Fazil Lənkərani:İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi.
Molla Məhəmməd Ömər:"Taliban" hərəkatının lideri
Məhəmməd Əbdüh: XIX–XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.