TƏBRİZ

1. тавриз (город в южном азербайджане); 2. тавризский;
TƏBRİKNAMƏ
TƏCAVÜZ
OBASTAN VİKİ
Estiyar (Təbriz)
Estiyar (fars. استيار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).
Fəthabad (Təbriz)
Fəthabad (fars. فتح اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.610 nəfər yaşayır (461 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Güllücə (Təbriz)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (67 ailə).
Gülzar (Təbriz)
Gülzar (fars. گلزار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (18 ailə).
Hizəburan (Təbriz)
Hizəburan (fars. هزه بوران‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 962 nəfər yaşayır (266 ailə).
Kolludərə (Təbriz)
Kolludərə (fars. كلوكدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (22 ailə).
Közənəq (Təbriz)
Közənəq (fars. كزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (33 ailə).
Kücüvar (Təbriz)
Kücüvar (fars. كوجووار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhərində bir məhəllə. == Əhalisi == 2016-cı il məlumatına görə kənddə 6.001 nəfər yaşayır (1.881 ailə).
Kündrud (Təbriz)
Kündrud (fars. كندرود‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.758 nəfər yaşayır (1.744 ailə).
Kürcan (Təbriz)
Kürcan (fars. كرجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (141 ailə).
Kürdkəndi (Təbriz)
Kürdkəndi (fars. كردكندي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (11 ailə).
Lahican (Təbriz)
Lahican (fars. لاهيجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5.430 nəfər yaşayır (1.663 ailə).
Təbriz
Təbriz (fars. تبریز‎) — iran , Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri, sonra isə 1963-cü ilə qədər ölkənin 2-ci ən böyük şəhəri olmuşdur. Təbriz şəhəri İran Azərbaycanlıların mənəvi və tarixi paytaxtı sayılır. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin əksəriyyətini Azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350–1410 metr yüksəklikdə yerləşir. Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri olmuşdur; Bu şəhər Rəvvadilər, Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər (Elkanilər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.189 nəfər yaşayır (349 ailə).
Kərkəc (Təbriz)
Kərkəc (fars. كركج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 8.228 nəfər yaşayır (2.162 ailə).
Kərəc (Təbriz)
Kərəc — İranda, yerləşən Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərinin ərazilərindən biri. Kərəcin ilkin adı "Kərgic"dir, mənası gips və əhəngin tapıldığı yerdir. Bura hal-hazırda Təbriz şəhərinin məhəllələrindən biridir və Təbrizin beşinci mahalı bələdiyyəsinin mühafizə zonasında yerləşir. 1977-ci ildə burada "Kərəc parkı" salınmışdır.
Meydançay (Təbriz)
Meydançay — Təbriz şəhərinin mərkəzindən 25 km uzunluğundakı çaydır. Bu çayın mənbəyi Səhənd dağlarından gəlir. Bu şəhərin şərq və şimal hissəsində Təbriz girdikdən sonra Basmanj Chai çay edilir Asbehriz adlanır və cənub hissəsi adlanır Quri Chai. Bu iki hissə Bağmışheh Pulsangi xiyabanında bir-birinə qovuşur və çay sahəsini təşkil edir və Təbrizin qərb hissəsində Acıçay ilə birləşir.
Müşirabad (Təbriz)
Müşirabad (fars. مشيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Məralan (Təbriz)
Məralan — Cənubi Azərbaycan bölgəsinin ən böyük şəhəri olan Təbriz şəhərinin cənub-şərqində yerləşən məhəlləsi. Məralan məhəlləsi şimaldan Xiyavan məhəlləsi ilə qonşudur. Qərb tərəfdən isə Nobar məhəlləsi ilə həmsərhəddir. Azadi bulvarı Məralan məhəlləsini şimal və cənub hissələrinə bölür.
Nemətabad (Təbriz)
Nemətabad (fars. نعمت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.020 nəfər yaşayır (551 ailə).
Novcadeh (Təbriz)
Novcadeh (fars. نوجه ده‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.057 nəfər yaşayır (372 ailə).
Nüsrətabad (Təbriz)
Nüsrətabad (fars. نصرت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (50 ailə).
Nəzmiyyeyi Təbriz
"Nəzmiyyeyi Təbriz" — Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri. Məşrutə fərmanı verildikdən sonra Təbrizdə nəşr edilən qəzetlərdən biri olan "Nəzmiyyeyi Təbriz" şəhərin polis idarəsi tərəfindən təsis olunmuş və bu idarənin orqanı sayılırdı. Bu nəşrin ən mühüm cəhəti onun xalqa məxsusluğu və xalqla daimi ünsiyyəti idi. İngilis Edvard Braun "İran mətbuatı və ədəbiyyatı tarixi" kitabında bu qəzet haqqındakı təəssüratlarını belə bölüşür: "Bu təsvirli qəzet həftəlik olaraq 1326 h.q. və ya 1908-1909 tarixində Mahmud İskəndaninin rəhbərliyi ilə Təbrizdə nəşr olunurdu.
Ovlakənd (Təbriz)
Ovlakənd (fars. اولي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 778 nəfər yaşayır (197 ailə).
Fədai Təbrizi
Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
Göy məscid (Təbriz)
Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri. Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. == Tarixi == XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.
Göybulaq-i Pain (Təbriz)
Göybulaq-i Pain (fars. گوي بلاغ پائين‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).
Hacı Abdal (Təbriz)
Hacı Abdal (fars. حاج عبدال‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 754 nəfər yaşayır (201 ailə).
Hacı Rza Sərraf Təbrizi
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
Hacı Seyid Hüseyn Təbrizi
Hacı Seyid Hüseyn Təbrizi (1841-1917) — XIX-XX əsr Azərbaycan şairi. == Həyatı == Seyid Hüseyn 1841-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Müzəffərəddin mirzə Qacara xidmət etmişdi. Əbdülmülk ləqəbini daşıyırdı.Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Ünlü bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət yazır: "Hacı Seyid Hüseyn, Şamqazandan, hicri qəməri XIV (XIX-XX) əsr ədiblərindəndir. O, hicri qəməri 1257 (1841)-ci ildə anadan olmuş və hicri qəməri 1336 (1917)-cı ildə vəfat etmişdir. Aşağıdakı beyti gözü sağaldıqdan sonra amerikalı doktor Homs haqqında demişdir. Hacı Seyid Hüseyn Təbrizi Məşrutə hərəkatında iştirak etmişdi. Hacı Seyid Hüseyn Təbrizi 1917-ci ildə vəfat edib.
Hümam Təbrizi
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. == Həyatı == Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Hüseyn Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Həqiri Təbrizi
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. Əliyar Səfərli "Azərbaycan Ədəbiyyatı Tarixi" kitabında yazır ki, Həqiri haqqında mənbələrdə geniş məlumata rast gəlmirik. Olan məlumat özü də dolaşıq və ziddiyyətlidir. 1550-ci ildə öz təzkirəsini bitirən Sam Mirzə "Töhfeyi-Sami"də yazır: "Həqiri o şairlərdəndir ki, təzə peyda olubdur. Şeir yazmağa yaxşı təbi var" Təqiəddin Məhəmməd Kaşani isə 1577-ci ildə bitirdiyi “Xülasətül-əşar və zibdətül-əfkar" adlı təzkirəsində Həqiri haqqında nisbətən geniş məlumat verərək yazır: “Həqiri Azərbaycanın ən ustad şairlərindəndir. Şirin sözlü bir sənətkardır. Fikirləri incə bəyan edir, əxlaqının və davranışının xoşagələn və bəyənilən olmasında tayı-bərabəri yoxdur...
Həsən Enami Təbrizi
Enami Oliya Həsən Əli Abbas oğlu — opera müğənnisi, Xalq artisti və Prezident mükafatçısı. == Həyatı == Həsən Enami 1967-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuşdur. Azərbaycan Musiqi Antologiyasına əsasən müasir dövrdə Azərbaycanın ən məşhur opera sənətçilərindən biridir. == Ailəsi == Azərbaycanın məşhur piano ifaçısı Nərminə Əfəndiyeva ilə evlidir. Biri qız, biri oğlan olmala iki övladları vardır. == Təhsili == 1972-ci ildə ibtidai sinifə daxil olmuşdur. 1981–1985-ci illərdə Vəhdət İnturimental məktəbində təhsil almışdır. Məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanmış və 1988-ci ildə xidmətini tamamlamışdır. == Musiqiçi olması == Uşaqlığından bəri musiqiyə qarşı heyranlıq hiss olmuş, lakin İran İslam İnqilabının musiqini qadağan etməsinə görə peşəkar musiqi təhsili almaq şansı olmamışdır. 14 yaşında ikən o video yazılardan Azərbaycan musiqisini öyrənməyə başlamışdır.
Kamal Təbrizi
Kamal Təbrizi - azərbaycanlı məşhur kinorejissor. == Həyatı == 1959-cu ildə Tehran şəhərində anadan olmuşdur. O, anadan olmamışdan əvvəl valideynləri Təbriz şəhərindən Tehran şəhərinə köçmüşdü. Yeni üzə çıxan şəkillərə əsasən demək olar ki, 1979-cü ildə Tehrandakı ABŞ səfirliyinin işçiləri əsir götürülən zaman Kamal Təbrizi orada fotoqraf və jurnalist kimi fəaliyyət göstərmişdir. == Təhsili == Kamal Təbrizi Tehran İncəsənət Universitetinin Film və Teatr fakültəsini bitirmişdir.

Значение слова в других словарях